“AzerGold” QSC “Formula 1” üzrə Azərbaycan Qran-prisi ilə əlaqədar satış xidmətlərinin müvəqqəti olaraq yalnız onlayn formatda həyata keçiriləcəyini açıqlayıb.
GDP xəbər verir ki, şirkətin “AzerGold.Gift” səhifəsində yayımlanan məlumata görə, 23-26 sentyabr tarixlərində satış xidmətləri yalnız onlayn formatda təqdim ediləcək.
Bildirilib ki, müştərilər istədikləri məhsulları “AzerGold.Gift”in rəsmi internet səhifəsi vasitəsilə onlayn sifariş edə bilərlər.
Məlumata əsasən, bu müddətdə fiziki satış xidmətlərinin göstərilməsində müvəqqəti dəyişiklik tətbiq olunacaq.

