Gürcüstanın Kulevi limanında yerləşən neft emalı zavodu iyul ayında Qazaxıstan neftinin alışına başlayıb.
Məlumata görə, avqust ayından etibarən zavoda Liviya mənşəli xam neftin də tədarükü nəzərdə tutulur.
Qeyd edək ki, Avropa İttifaqı 21-ci sanksiyalar paketi çərçivəsində Kulevi limanındakı neft emalı zavodunu sanksiya siyahısına daxil edib.
Zavodun sahibi olan Gürcüstanın “Black Sea Petroleum” şirkəti daha əvvəl bildirmişdi ki, avqust-sentyabr aylarından başlayaraq Rusiya neftinin idxalından tamamilə imtina etməyi planlaşdırır.

