Close Menu
    What's Hot

    Azərbaycan və Dünya Bankı əməkdaşlığı genişləndirir – yeni istiqamətlər müzakirə edilib

    10 Sentyabr 2026

    ARDNF Çin-ASEAN Birgə İnvestisiya Şurasının təsisçi üzvü olub

    10 Sentyabr 2026

    “Unibank”ın sədr müavini vəzifədən ayrılıb

    10 Sentyabr 2026
    Trending
    • Azərbaycan və Dünya Bankı əməkdaşlığı genişləndirir – yeni istiqamətlər müzakirə edilib
    • ARDNF Çin-ASEAN Birgə İnvestisiya Şurasının təsisçi üzvü olub
    • “Unibank”ın sədr müavini vəzifədən ayrılıb
    • İlham Əliyev Qaradağ rayonunda kağız və gigiyenik məhsulların istehsalı müəssisəsinin açılışında iştirak edib
    • Brent neftinin qiyməti 102 , WTI isə 97 ABŞ dollarını keçib
    • FED gözləntilərin əksinə olaraq gələn həftə faiz dərəcəsini 25 baza bəndi artıra bilər
    • Azərbaycanla Dünya Bankı arasında 53 layihəyə 4,9 milyard dollar ayrılıb- Sahil Babayev Dünya Bankının Cənubi Qafqaz üzrə regional direktoru ilə görüşüb
    • Şəxsi baqaj üçün gömrük bəyannaməsi qaydaları yeniləndi, yeni qayda 30 gündən sonra qüvvəyə minəcək
    Gdp.azGdp.az
    • Ana səhifə
    • Rəsmi
    • Bank
      1. Mərkəzi Bank
      2. Banklar
      3. BOKT
      4. Fintex
      5. Bankların renkinqi
      Featured

      Azərbaycan və Dünya Bankı əməkdaşlığı genişləndirir – yeni istiqamətlər müzakirə edilib

      10 Sentyabr 2026
      Recent

      Azərbaycan və Dünya Bankı əməkdaşlığı genişləndirir – yeni istiqamətlər müzakirə edilib

      10 Sentyabr 2026

      ARDNF Çin-ASEAN Birgə İnvestisiya Şurasının təsisçi üzvü olub

      10 Sentyabr 2026

      “Unibank”ın sədr müavini vəzifədən ayrılıb

      10 Sentyabr 2026
    • Birja
      1. Yerli bazar
      2. Qlobal birjalar
      3. Kliptovalyuta
      4. View All

      “PAŞA Kapital”da yeni təyinat

      07 Sentyabr 2026

      Azərbaycan kapital bazarında yeni dinamika: Bakı Fond Birjasının dövriyyəsi azalıb, əqd sayı artıb

      07 Sentyabr 2026

      Milli Depozit Mərkəzi Avropa Mərkəzi Depozitarlar Assosiasiyasına üzv olub

      01 Sentyabr 2026

      Azərbaycanda 4 illik dövlət istiqrazlarının gəlirliliyi 91 baza bəndi azalıb

      21 Avqust 2026

      Brent neftinin qiyməti 102 , WTI isə 97 ABŞ dollarını keçib

      10 Sentyabr 2026

      Neft bazarında risk artır: Brent 100 dollar sərhədində

      09 Sentyabr 2026

      Xarici investorlar ABŞ istiqrazlarını satır: uzunmüddətli gəlirlilik 20 ilin maksimumuna çatıb

      09 Sentyabr 2026

      Neft İran və ABŞ arasında gərginlik fonunda bahalaşmaqda davam edir

      09 Sentyabr 2026

      Citi yaponiyalı korporativ müştərilər üçün blokçeyn ödənişlərini işə salır

      09 Sentyabr 2026

      Tramp tərəfdarının bitkoin şirkətində böyük çöküş: səhmlər 99% ucuzlaşdı

      03 Sentyabr 2026

      Coinbase “Apple” və “NVIDIA” səhmlərini tokenləşdirdi

      25 Avqust 2026

      Bitcoin bir neçə həftədən sonra ilk dəfə 69 min dolların altına düşüb

      02 İyun 2026

      Brent neftinin qiyməti 102 , WTI isə 97 ABŞ dollarını keçib

      10 Sentyabr 2026

      Neft bazarında risk artır: Brent 100 dollar sərhədində

      09 Sentyabr 2026

      Xarici investorlar ABŞ istiqrazlarını satır: uzunmüddətli gəlirlilik 20 ilin maksimumuna çatıb

      09 Sentyabr 2026

      Citi yaponiyalı korporativ müştərilər üçün blokçeyn ödənişlərini işə salır

      09 Sentyabr 2026
    • İqtisadiyyat
      1. Büdcə
      2. Vergi
      3. Kənd Təsərüfatı
      4. Nəqliyyat
      5. Energetika
      6. Neft qaz
      7. Əmlak
      8. Audit
      9. İKT
      Featured

      Azərbaycan iqtisadiyyatı1,2% böyüyüb amma artım tempi bir qədər zəifləyib

      09 Sentyabr 2026
      Recent

      Azərbaycan iqtisadiyyatı1,2% böyüyüb amma artım tempi bir qədər zəifləyib

      09 Sentyabr 2026

      Dövlət təşkilatlarının ödənişli xidmətlərindən büdcəyə 481 milyon manat daxil olub

      08 Sentyabr 2026

      Dövlət əmlakı üzrə büdcə daxilolmaları proqnozu 23,8 faiz üstələyib

      08 Sentyabr 2026
    • Sığorta
    • Biznes
      • Rəsmi
      • Yerli Bizneslər
      • Biznesmenlər
      • Startaplar
      • Gömrük
      • Tender
    • Vakansiya
    • Digər
      • Marketinq
      • Turizm
      • Moda
      • İdman
      • Bloq yazıları
    Gdp.azGdp.az
    Ana səhifə » Bank » Hər kəs “Capital Partners”in ofisinə yaxınlaşmaqla “PAŞA Bank”ın səhmlərinə abunə yazıla bilər – MÜSAHİBƏ
    Bank

    Hər kəs “Capital Partners”in ofisinə yaxınlaşmaqla “PAŞA Bank”ın səhmlərinə abunə yazıla bilər – MÜSAHİBƏ

    04 İyun 2026
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    Azərbaycanda kapital bazarlarının inkişafı yeni mərhələyə qədəm qoyur. Ölkənin aparıcı maliyyə institutlarından biri olan PAŞA Bank-ın səhmlərinin kütləvi şəkildə investorlara təklif edilməsi bu istiqamətdə atılan mühüm addımlardan hesab olunur. Bu prosesin investorlara yaratdığı imkanlar, kapital bazarlarının perspektivləri və səhmdar mədəniyyətinin formalaşması barədə “Capital Partners İnvestisiya Şirkəti” QSC-nin direktoru İkram Səfərəliyev danışıb.

    – PAŞA Bank-ın səhmlərinin kütləvi satışa çıxmasını siz necə qiymətləndirirsiniz?

    – Bu prosesi yalnız səhm satışı və ya IPO kimi qiymətləndirmək düzgün olmazdı. Məncə, burada söhbət maliyyə bazarlarının və iqtisadi münasibətlərin inkişafının yeni mərhələsindən gedir. Uzun illər insanlar bank xidmətlərindən istifadə edib, lakin bu gün artıq həmin sistemin inkişafında iştirak etmək imkanı əldə edirlər. Səhmdar olmaq təkcə səhm almaq deyil, şirkətin uzunmüddətli inkişafına ortaq olmaq deməkdir.

    PAŞA Bank kimi böyük və dayanıqlı maliyyə institutunun səhmlərinin geniş investor kütləsinə təqdim olunması insanlara bankın gələcək inkişafından və yaratdığı dəyərdən faydalanmaq imkanı yaradır. Eyni zamanda, bu addım ölkənin kapital bazarlarının dərinləşməsi, investisiya mədəniyyətinin formalaşması və maliyyə bazarlarının inkişafı baxımından mühüm əhəmiyyət daşıyır.

    – İlk dəfə səhmdar olan insanın maliyyəyə baxışı necə dəyişir?

    – Ən böyük dəyişiklik insanın düşüncə tərzində baş verir. O, artıq yalnız əmək fəaliyyəti hesabına gəlir əldə etməyi deyil, eyni zamanda kapitalının da onun üçün işləməsini düşünməyə başlayır. Səhmdar olduqdan sonra insanlar şirkətlərin fəaliyyətinə, iqtisadi proseslərə və maliyyə bazarlarına daha böyük maraq göstərirlər. Çünki artıq bu proseslər onların şəxsi maliyyə nəticələrinə birbaşa təsir edir. İlk dividend gəliri və ya investisiyadan əldə olunan ilk qazanc isə çox vaxt mühüm dönüş nöqtəsinə çevrilir. İnsan anlayır ki, düzgün qərarlar verildikdə kapital da əlavə dəyər yarada və gəlir gətirə bilər. Səhmdar olmaq insanı sadəcə maliyyə xidmətlərinin istifadəçisindən iqtisadiyyatın iştirakçısına çevirir.

    – Dünyada milyonlarla insanın səhmlərə investisiya etməsinin əsas səbəbi nədir?

    – İnkişaf etmiş ölkələrdə insanlar uzunmüddətli maliyyə rifahının yalnız əmək gəlirləri hesabına deyil, eyni zamanda investisiyalar vasitəsilə formalaşdığını yaxşı anlayırlar. Bu yanaşmanın əsasında kapitalın da insan kimi işləməsi prinsipi dayanır. İnsanlar zamanla formalaşdırdıqları vəsaiti düzgün investisiya alətlərinə yönləndirməklə onu əlavə dəyər və uzunmüddətli gəlir mənbəyinə çevirirlər. Məhz buna görə onlar maliyyə bazarlarını yaxından izləyir, iqtisadi prosesləri təhlil edir və yeni investisiya imkanlarını daim qiymətləndirirlər.

    Kapital bazarlarının ən mühüm üstünlüklərindən biri isə likvidlikdir. Məsələn, daşınmaz əmlak gəlirli investisiya hesab olunsa da, onun pula çevrilməsi müəyyən vaxt tələb edə bilər. Kapital bazarında isə investor ehtiyac yarandıqda aktivlərini daha operativ şəkildə idarə etmək, bazarda yaranan yeni imkanlardan çevik şəkildə yararlanmaq imkanı əldə edir. Bu xüsusiyyət kapital bazarlarını digər investisiya alətlərindən fərqləndirən əsas amillərdən biridir. Elə buna görə də, dünyada milyonlarla insan yalnız işləməklə kifayətlənmir, eyni zamanda istifadə etdikləri və etibar göstərdikləri şirkətlərin inkişafına ortaq olmaqla öz kapitallarını artırır və uzunmüddətli sərvət formalaşdırırlar.

    – Bank səhmlərini digər investisiya istiqamətlərindən fərqləndirən nədir?

    – Bank sektoru maliyyə sisteminin əsas sütunlarından biri olmaqla yanaşı, investorlar üçün ən şəffaf və hesabatlı fəaliyyət istiqamətlərindən hesab olunur. Sektorun güclü tənzimləmə mühiti, yüksək korporativ idarəetmə standartları və müntəzəm açıqlanan maliyyə göstəriciləri investorlara fəaliyyət nəticələrini obyektiv qiymətləndirmək və daha məlumatlı qərarlar qəbul etmək imkanı yaradır.

    Hesab edirəm ki, PAŞA Bank kimi ölkənin aparıcı maliyyə institutunun səhmlərinin investorlara təqdim olunması kapital bazarlarının inkişafı baxımından əhəmiyyətli hadisədir. Bu, insanlara yalnız maliyyə xidmətlərindən istifadə edən müştəri kimi deyil, həm də həmin dəyəri yaradan ekosistemin bir hissəsi kimi iştirak etmək imkanı verir.

    Fikrimcə, burada əsas məsələ yalnız investisiya etmək deyil, insanların ölkənin iqtisadi inkişafında daha aktiv iştirakçıya çevrilməsidir. Kapital bazarları insanlara aparıcı şirkətlərin inkişafına ortaq olmaq, iqtisadi artımın yaratdığı dəyərdə pay sahibi kimi iştirak etmək və uzunmüddətli sərvət formalaşdırmaq imkanı yaradır. Əslində bu, müasir kapital bazarlarının əsas fəlsəfəsi olan investorlarla şirkətlər arasında qarşılıqlı etimad və uzunmüddətli tərəfdaşlıq münasibətlərinin formalaşmasınıtəşkil edir.

    – Azərbaycanda əvvəlki IPO təcrübələri bazara nə göstərdi?

    – Son illərdə həyata keçirilən IPO-lar Azərbaycanda kapital bazarlarının inkişafında yeni mərhələnin əsasını qoymaqla yanaşı, investorların bu bazara artan marağını da aydın şəkildə nümayiş etdirib.Bunun ən uğurlu nümunələrindən biri ABB-nin IPO prosesi oldu. Həmin IPO-da 33 710 investor iştirak edib, 49 mindən çox sifariş yerləşdirilib, bankın fiziki şəxs səhmdarlarının sayı isə 1794 nəfərdən 35 mindən çox şəxsə yüksəlib. Fikrimcə, burada ən önəmli göstərici məhz kapital bazarlarına ilk dəfə daxil olan investorların sayı idi. Bu nəticələr göstərdi ki, Azərbaycanda insanlar investisiya imkanlarına maraq göstərir, kapital bazarlarına etibar edir və uzunmüddətli maliyyə alətlərində iştirak etməyə hazırdırlar.

    ABB-nin IPO təcrübəsi eyni zamanda onu da nümayiş etdirdi ki, bazarda şəffaf, etibarlı və güclü korporativ idarəetməyə malik şirkətlər tərəfindən təqdim olunan investisiya imkanlarına ciddi tələb mövcuddur. Bu, həm yeni investorların bazara cəlb olunması, həm də gələcəkdə digər şirkətlərin kapital bazarları vasitəsilə maliyyələşmə imkanlarını qiymətləndirməsi baxımından mühüm siqnal hesab oluna bilər.

    Ətraflı məlumat:  ABB IPO nəticələri – Bakı Fond Birjası

    – Kapital bazarlarında yeni investorların qərar verməsində likvidlik və çıxış strategiyası vacib rol oynayır. IPO-dan sonrakı mərhələdə investorların rahatlığı üçün hansı mexanizmlər nəzərdə tutulur?

    – İlk növbədə qeyd etmək istərdim ki, abunə yazılışı mərhələsi 12 iyun tarixinədək davam edəcək. Bundan sonra səhmlərin Bakı Fond Birjasında yerləşdirilməsi həyata keçiriləcək və investorlar üçün təkrar bazar əməliyyatları əlçatan olacaq.

    Kapital bazarlarının inkişafı baxımından investorların likvidliyə rahat çıxış imkanının olması mühüm əhəmiyyət daşıyır. Bu məqsədlə marketmeykerlər tərəfindən birjada gündəlik alış və satış qiymətləri təqdim ediləcək ki, bu da investorlara istədikləri zaman bazarda əməliyyat aparmaq və investisiyalarını çevik şəkildə idarə etmək imkanı yaradacaq.

    Biz “Capital Partnersİnvestisiya Şirkəti” olaraq bu prosesdə marketmeyker qismində iştirak etməyi planlaşdırırıq. Məqsədimiz yalnız investorların bazara çıxışını təmin etmək deyil, eyni zamanda onların investisiya təcrübəsini daha rahatvə əlçatan edən mexanizmlərin formalaşdırılmasına töhfə verməkdir. Hesab edirik ki, güclü və dayanıqlı kapital bazarının əsas şərtlərindən biri investor etimadının və bazar likvidliyinin davamlı şəkildə dəstəklənməsidir.

    – Sonda IPO-da iştirak etmək istəyən şəxslərə nə demək istərdiniz?

    –  Dünyanın inkişaf etmiş kapital bazarlarında insanlar istifadə və etibar etdikləri şirkətlərin səhmdarı olmaqla həm öz maliyyə gələcəklərini formalaşdırır, həm də həmin şirkətlərin uzunmüddətli inkişafına töhfə verirlər. Düşünürəm ki, Azərbaycanda da bu yanaşmanın daha geniş yayılması kapital bazarlarının inkişafına və investisiya mədəniyyətinin formalaşmasına mühüm töhfə verəcək.

    Bu baxımdan PAŞA Bank-ın səhmlərinin investorlara təqdim olunması bazarımız üçün əlamətdar hadisədir. Çünki, bu IPO-nun ən önəmli tərəfi insanların ölkənin aparıcı maliyyə institutlarından birinin inkişaf hekayəsinə ortaq olmaq imkanı əldə etməsidir.

    Səhmləri “Capital Partners İnvestisiya Şirkəti” QSC-nin ofisinə yaxınlaşmaqla və Bakı Fond Birjasının üzvü olan digər investisiya şirkətləri vasitəsilə abunə yazılışı sifarişi verməklə əldə edə bilərsiniz. Həmçinin, Rabitəbank ASC-nin bütün filiallarından və bütün banklarda pul köçürmələri etmək mümkündür.

    Eyni zamanda investorlar bu proses zamanı şirkətimiz tərəfindən təqdim olunan peşəkar investisiya məsləhəti, portfel idarəçiliyi və vasitəçilik xidmətlərindən, eləcə də mövcud qanunvericiliyin təqdim etdiyi vergi üstünlüklərindən faydalana bilərlər.

    Sonda qeyd etmək istərdim ki, əsas məqsəd yalnız vəsaiti saxlamaq deyil, kapitalınızın sizin üçün işləməsini və gəlir gətirməsini təmin etməkdir. Biz hər kəsi iqtisadiyyatın yeni mərhələsinin iştirakçısı olmağa dəvət edirik.

    IPO ilə bağlı ətraflı məlumat və müraciət üçün: PAŞA Bank IPO platforması

    ƏTRAFLI MƏLUMAT ÜÇÜN ƏLAQƏ:

    “Capital Partners İnvestisiya Şirkəti” QSC

    Tel.: (+99410) 230 88 09

    E-mail: info@capitalpartners.az

    Ünvan: AZ1010, Bakı şəhəri, Kövkəb Səfərəliyeva küç. 16,

    Time Biznes Mərkəzi, 7-ci mərtəbə.

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email Telegram WhatsApp

    Related Posts

    Azərbaycan və Dünya Bankı əməkdaşlığı genişləndirir – yeni istiqamətlər müzakirə edilib

    10 Sentyabr 2026

    ARDNF Çin-ASEAN Birgə İnvestisiya Şurasının təsisçi üzvü olub

    10 Sentyabr 2026

    “Unibank”ın sədr müavini vəzifədən ayrılıb

    10 Sentyabr 2026

    FED gözləntilərin əksinə olaraq gələn həftə faiz dərəcəsini 25 baza bəndi artıra bilər

    09 Sentyabr 2026
    Kateqoriyalar
    • Audit
    • Avto
    • Bank
    • Banklar
    • Bankların renkinqi
    • Birja
    • Biznes
    • Biznesmenlər
    • Bloq yazıları
    • BOKT
    • Bu günün xəbərləri
    • Büdcə
    • Digər
    • Dünya
    • Energetika
    • Əmlak
    • Fintex
    • Gömrük
    • İdman
    • İKT
    • İqtisadiyyat
    • Kənd Təsərüfatı
    • Kliptovalyuta
    • Marketinq
    • Mərkəzi Bank
    • Moda
    • Neft qaz
    • Nəqliyyat
    • qısa xəbərlər
    • Qlobal birjalar
    • Rəsmi
    • Rəsmi
    • Sığorta
    • Startaplar
    • Tender
    • Turizm
    • Vakansiya
    • Vergi
    • Yerli bazar
    • Yerli Bizneslər
    GDP.AZ bütün hüquqlar qorunur

    Type above and press Enter to search. Press Esc to cancel.