Mərkəzi Bankın sədr müavini Vüsal Xəlilov “Binance” şirkətinin Mərkəzi və Şərqi Avropa, MDB və Afrika regionları üzrə regional rəhbəri Kirilo Xomyakovun başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb.
GDP xəbər verir ki, görüşdə kriptoaktivlər üzrə tənzimləmə çərçivəsinin inkişafı, xüsusi tənzimləmə rejimində kriptoaktivlərlə əlaqəli innovativ məhsulların sınaqdan keçirilməsi və real aktivlərin tokenləşdirilməsi imkanları müzakirə olunub.
Tərəflər bu sahələrdə digər ölkələrin təcrübələrini də nəzərdən keçiriblər.
Görüş zamanı qeyd olunan təşəbbüslər üzrə “Binance” ilə əməkdaşlığın mümkün istiqamətləri ətrafında fikir mübadiləsi aparılıb.

