Azərbaycan tərəfdaş ölkələrlə birlikdə nəqliyyat və logistika dəhlizlərinin rəqəmsallaşdırılmasına, o cümlədən süni intellekt əsaslı İT həllərinə investisiya yatırır.
GDP xəbər verir ki, bunu iqtisadiyyat naziri Mikayıl Cabbarov Azərbaycan Beynəlxalq İnvestisiya Forumunda deyib.
Nazirin sözlərinə görə, bu investisiyaların məqsədi Azərbaycandan keçən marşrutların xərc və vaxt baxımından rəqabət qabiliyyətini yüksəltməkdir.
Cabbarov əlavə edib ki, logistika terminalları, rəqəmsal xidmətlər və onların ətrafında formalaşan sənaye sahələri özəl investorlar üçün əlavə imkanlar yaradır.
Müəllif:Aynur Qəniyeva

