Düzgün investisiyaların və səmərəlilik tədbirlərinin həyata keçirilməsi Orta Dəhliz üzrə yük axınının əhəmiyyətli dərəcədə artmasına imkan verə bilər.
GDP xəbər verir ki, iqtisadiyyat naziri Mikayıl Cabbarov Azərbaycan Beynəlxalq İnvestisiya Forumunda Dünya Bankının 2023-cü il qiymətləndirməsinə istinadən bunu bildirib.
Nazirin sözlərinə görə, qiymətləndirmədə 2030-cu ilədək Orta Dəhliz boyunca yük axınının 3 dəfə artırılmasının və tranzit müddətinin yarıbayarı azaldılmasının mümkün olduğu göstərilib.
Müəllif: Aynur Qəniyeva

