Azərbaycan Mərkəzi Bankında Avropa Yenidənqurma və İnkişaf Bankının (AYİB) Mərkəzi Asiya, Qafqaz və Türkiyə regionunda maliyyə institutu üzrə direktoru Corc Orlovun rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüş baş tutub.
Görüş zamanı ölkədəki makroiqtisadi mühit, maliyyə sabitliyi ilə bağlı aktuал məsələlər, AYİB-in Azərbaycandakı fəaliyyəti və icra olunmuş layihələrin cari vəziyyəti müzakirə edilib. Həmçinin maliyyə nəzarəti və tənzimləyici çərçivənin təkmilləşdirilməsi istiqamətləri nəzərdən keçirilib.
Bundan başqa, görüşdə maliyyə bazarlarının inkişafına yönəlmiş birgə təşəbbüslər və AYİB tərəfindən Mərkəzi Bank üçün texniki yardım imkanları üzrə ətraflı fikir mübadiləsi aparılıb.

