Azərbaycan Mərkəzi Bankının (AMB) sədri Taleh Kazımov Harvard Universitetinin “Growth Lab” Mərkəzinin təsisçisi və direktoru Rikardo Hausmanla görüş keçirib.
Görüş zamanı ölkədə makroiqtisadi və maliyyə sabitliyinin təmin edilməsi, pul siyasətinin ötürücülük mexanizminin təkmilləşdirilməsi və maliyyə vasitəçiliyinin genişləndirilməsi sahəsində əldə olunan nailiyyətlər və qarşıda duran prioritetlər barədə ətraflı fikir mübadiləsi aparılıb.
Bundan əlavə, “Growth Lab” Mərkəzi tərəfindən Azərbaycanda reallaşdırılmış layihənin yekun nəticələri müzakirə olunub.
Görüşdə həmçinin maliyyə bazarlarının inkişafına yönəlmiş birgə təşəbbüslər və gələcək əməkdaşlıq perspektivləri nəzərdən keçirilib.


