Brent neftinin qiyməti iyunun 26-da Hürmüz boğazının açılması xəbərindən sonra kəskin enişlə 88 dollara düşüb. Bu, əvvəlki bağlanışa nisbətən 9,45 dollar və ya 9,51 faizlik azalma deməkdir.
Bakı vaxtı ilə saat 17:28-ə olan məlumata görə, Brent nefti 11,75% ucuzlaşaraq 87,71 dollar/barel səviyyəsinə düşüb. Bu da 11 martdan bəri ilk dəfə 88 dollardan aşağı göstəricidir.
Daha sonra Brent neftiin qiymətinin enişi yavaşlayaraq 89,39 dollar/barel səviyyəsinə qalxıb (-10,06%). Eyni vaxtda WTI nefti 10,58% ucuzlaşaraq 81,52 dollar/barel olub.

