İqtisadçı Nuriel Rubini qlobal enerji bazarının 1970-ci illərlə müqayisədə daha şaxələndirilmiş struktura malik olduğunu bildirərək Azərbaycanı OPEC-dən kənar istehsalçılar sırasında qeyd edib.
GDP xəbər verir ki, Beynəlxalq İnvestisiya Forumunda “Qlobal İqtisadi Proqnoz” panelində çıxış edən Rubini enerji təchizatının müxtəlif mənbələr hesabına genişlənməsini dünya iqtisadiyyatının neft şoklarına qarşı müqavimətini artıran amillərdən biri kimi göstərib.
İqtisadçı bu kontekstdə Azərbaycan və ABŞ da daxil olmaqla OPEC-dən kənarda fəaliyyət göstərən istehsalçıların roluna diqqət çəkib.
Rubininin fikrincə, strateji ehtiyatlar, alternativ enerji, yeni nüvə texnologiyaları, elektrikli avtomobillər və daha şaxələndirilmiş neft təklifi birlikdə hazırkı enerji şoklarının 1970-ci illərdəki böhranlarla eyni nəticəni yaratması riskini azaldan amillərdir.
Müəllif: Aynur Qəniyeva

