Close Menu
    What's Hot

    Qızılda alış siqnalı: qiymət 4 151 dollar ətrafında

    28 Sentyabr 2026

    Sərmayə uğrunda yarış əvəzinə yerli ekspertiza: Azərbaycanın investisiyalara yeni baxışı

    28 Sentyabr 2026

    Azərbaycanda 3 gün ardıcıl iş olmayacaq: Tarixlər açıqlandı

    28 Sentyabr 2026
    Trending
    • Qızılda alış siqnalı: qiymət 4 151 dollar ətrafında
    • Sərmayə uğrunda yarış əvəzinə yerli ekspertiza: Azərbaycanın investisiyalara yeni baxışı
    • Azərbaycanda 3 gün ardıcıl iş olmayacaq: Tarixlər açıqlandı
    • SOCAR İtaliyada yanacağın qiymətini endirəcək – Meloni Əliyevə təşəkkür etdi
    • Bill Qeyts: Süni intellektin tənzimlənməsi nüvə silahlarından daha çətin olacaq
    • Azərbaycan Prezidenti investorlara saxta mediaya inanmamağı məsləhət görüb
    • Yeni manat depozitləri üzrə faiz dərəcəsi avqustda yüksəlib
    • SOCAR ExxonMobil, TotalEnergies və digər qlobal şirkətlərlə strateji razılaşmalar imzalayıb
    Gdp.azGdp.az
    • Ana səhifə
    • Rəsmi
    • Bank
      1. Mərkəzi Bank
      2. Banklar
      3. BOKT
      4. Fintex
      5. Bankların renkinqi
      Featured

      Yeni manat depozitləri üzrə faiz dərəcəsi avqustda yüksəlib

      26 Sentyabr 2026
      Recent

      Yeni manat depozitləri üzrə faiz dərəcəsi avqustda yüksəlib

      26 Sentyabr 2026

      PAŞA Bank ikinci Azərbaycan Beynəlxalq İnvestisiya Forumunda (AIIF) beynəlxalq maliyyə əməkdaşlığını müzakirə edib

      26 Sentyabr 2026

      Taleh Kazımov: Xarici investisiyalar Azərbaycanın şaxələndirilmiş iqtisadi inkişafında xüsusi əhəmiyyət daşıyır

      25 Sentyabr 2026
    • Birja
      1. Yerli bazar
      2. Qlobal birjalar
      3. Kliptovalyuta
      4. View All

      Ruslan Xəlilov: “Beynəlxalq brokerlər Bakı Fond Birjasına məsafədən üzv ola biləcəklər”

      25 Sentyabr 2026

      Nərmin Bayramlı:“Bakı Fond Birjasının tarif strukturundakı dəyişiklik repo bazarının müddət bölgüsünə təsir edib”

      22 Sentyabr 2026

      Azərbaycanda 5 ildən uzunmüddətli istiqrazların həcmi 5 milyard manata çatıb

      22 Sentyabr 2026

      Nərmin Bayramlı:”SOCAR istiqrazlarının bazardan çıxması korporativ qiymətli kağızlarla repo əməliyyatlarını azaldıb”

      22 Sentyabr 2026

      Qızılda alış siqnalı: qiymət 4 151 dollar ətrafında

      28 Sentyabr 2026

      “Brent” neftinin qiyməti 108 dolları ötüb

      24 Sentyabr 2026

      Brent neftinin qiyməti bir barel üçün 101,64 dollara yüksəlib

      23 Sentyabr 2026

      Brent neftinin qiyməti 98 dollardan aşağı düşüb – İran Hörmüz boğazını açmağa hazırdır

      22 Sentyabr 2026

      Citi yaponiyalı korporativ müştərilər üçün blokçeyn ödənişlərini işə salır

      09 Sentyabr 2026

      Tramp tərəfdarının bitkoin şirkətində böyük çöküş: səhmlər 99% ucuzlaşdı

      03 Sentyabr 2026

      Coinbase “Apple” və “NVIDIA” səhmlərini tokenləşdirdi

      25 Avqust 2026

      Bitcoin bir neçə həftədən sonra ilk dəfə 69 min dolların altına düşüb

      02 İyun 2026

      Qızılda alış siqnalı: qiymət 4 151 dollar ətrafında

      28 Sentyabr 2026

      Ruslan Xəlilov: “Beynəlxalq brokerlər Bakı Fond Birjasına məsafədən üzv ola biləcəklər”

      25 Sentyabr 2026

      “Brent” neftinin qiyməti 108 dolları ötüb

      24 Sentyabr 2026

      Brent neftinin qiyməti bir barel üçün 101,64 dollara yüksəlib

      23 Sentyabr 2026
    • İqtisadiyyat
      1. Büdcə
      2. Vergi
      3. Kənd Təsərüfatı
      4. Nəqliyyat
      5. Energetika
      6. Neft qaz
      7. Əmlak
      8. Audit
      9. İKT
      Featured

      SOCAR ExxonMobil, TotalEnergies və digər qlobal şirkətlərlə strateji razılaşmalar imzalayıb

      26 Sentyabr 2026
      Recent

      SOCAR ExxonMobil, TotalEnergies və digər qlobal şirkətlərlə strateji razılaşmalar imzalayıb

      26 Sentyabr 2026

      SOCAR və “Citigroup” maliyyə əməkdaşlığının genişləndirilməsi imkanlarını müzakirə edib

      25 Sentyabr 2026

      Sahil Babayev: Azərbaycan 2030-cu ilədək büdcənin neft gəlirlərindən asılılığını 30 faizə endirməyi hədəfləyir

      25 Sentyabr 2026
    • Sığorta
    • Biznes
      • Rəsmi
      • Yerli Bizneslər
      • Biznesmenlər
      • Startaplar
      • Gömrük
      • Tender
    • Vakansiya
    • Digər
      • Marketinq
      • Turizm
      • Moda
      • İdman
      • Bloq yazıları
    Gdp.azGdp.az
    Ana səhifə » Biznes » Sərmayə uğrunda yarış əvəzinə yerli ekspertiza: Azərbaycanın investisiyalara yeni baxışı
    Biznes

    Sərmayə uğrunda yarış əvəzinə yerli ekspertiza: Azərbaycanın investisiyalara yeni baxışı

    28 Sentyabr 2026
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    Müasir investisiya siyasətində əsas məsələ getdikcə daha çox cəlb olunan vəsaitin həcmi deyil, onun ölkə üçün uzunmüddətli dəyər yaratmasıdır. Məhz bu mövzu Bakıda II Azərbaycan Beynəlxalq İnvestisiya Forumu çərçivəsində keçirilən “Qeyri-maddi kapital birbaşa xarici investisiyaların hərəkətverici qüvvəsi kimi: yerli ekspertiza inkişaf etməkdə olan bazarların yeni valyutasıdır” adlı panel müzakirəsinin əsas mövzusu olub. tpe şirkətinin təşkil etdiyi müzakirədə SOCAR, AZPROMO, PÖRNER, KPMG Azərbaycan və Caspian Business Hub-un nümayəndələri iştirak ediblər.

    Panel iştirakçıları qeyd ediblər ki, xarici investisiyalar artıq yalnız ayrı-ayrı layihələrin maliyyələşmə mənbəyi kimi qiymətləndirilməməlidir. Onların əsas missiyası yerli kompetensiyaların formalaşdırılması, sənaye kooperasiyasının gücləndirilməsi və yeni ixrac imkanlarının yaradılmasıdır. Buna görə də əsas göstərici cəlb olunan kapitalın həcmi deyil, onun texnologiya transferi, mühəndis bacarıqlarının inkişafı, yerli təchizat zəncirlərinin formalaşdırılması, beynəlxalq standartların tətbiqi və ölkənin yeni bazarlara çıxışını təmin etmək qabiliyyətidir.

    Bu yanaşma Mərkəzi Asiya, Xəzər regionu, Azərbaycan, Gürcüstan, Türkiyə və Avropanı birləşdirən Orta Dəhlizin inkişafı fonunda xüsusilə aktuallaşır. Azərbaycan üçün sənaye kooperasiyası, logistika, istehsal və ixrac sahələrində yeni perspektivlər açılır. Lakin tranzit potensialı özlüyündə sənaye üzrə əlavə dəyər yaratmır. Həlledici amil investisiyaların uzunmüddətli kompetensiyalara və yerli istehsal zəncirlərinə çevrilməsidir.

    Sənaye obyektlərinin layihələndirilməsi və tikintisi sahəsində 30 illik təcrübəyə malik tpe şirkətinin icraçı direktoru Rüstəm İsmayılov vurğulayıb ki, güclü iqtisadiyyat hər yeni layihənin əvvəlkinin təcrübəsi üzərində qurulduğu mühitdə formalaşır. Onun sözlərinə görə, layihələr başa çatdıqdan sonra yalnız obyektlər deyil, həm də insanlar, metodlar, proseslər və peşəkar mədəniyyət qalmalıdır ki, növbəti vəzifələr daha sürətli və daha keyfiyyətlə yerinə yetirilsin.

    “Vacib olan odur ki, yeni bilik fərdi deyil, sistem xarakteri daşısın. Hər bir layihədə bacarıqların bir neçə güclü mütəxəssisdə cəmlənməsi riski var. Lakin onlar ayrıldıqda sistem əvvəlki vəziyyətinə qayıdır. Əsl kompetensiya transferi təlimdən sonra deyil, komandanın düzgün qərarları müstəqil qəbul etməyə başladığı anda baş verir”, – deyə o bildirib.

    Rüstəm İsmayılovun sözlərinə görə, rəqəmsal sistemlər, texnoloji həllər və beynəlxalq standartlar vacibdir, lakin əsas rolu təcrübə oynayır. Bu təcrübə əvvəlkini əvəz etməməli, onu tamamlayaraq toplanmış kompetensiyalara çevrilməlidir.

    Bu gün Azərbaycan investisiya gündəliyini yenidən formalaşdırır: sadəcə birbaşa xarici investisiyaların cəlbindən regional inkişaf ekosisteminin qurulmasına – kapitalın, texnologiyaların və yerli ekspertizanın birləşdirilməsinə doğru keçid baş verir.

    Caspian Business Hub-un rəhbəri Nərmin Cəfərova Xəzər regionunun əsas çatışmazlıqlarından birinin maraqlı tərəfləri qısa müddətdə işlək layihə ətrafında birləşdirmək bacarığının zəif olması olduğunu bildirib.Onun fikrincə, CBH-nin iqtisadi rolu məhz burada özünü göstərir – hər bir tərəfin məntiqini anlayan və konkret investisiya imkanları ətrafında düzgün iştirakçı konfiqurasiyasını formalaşdıran vahid koordinasiya mərkəzi kimi.

     

    “Məqsədimiz koordinasiya xərclərini elə səviyyəyə endirməkdir ki, şirkətlər mürəkkəb transsərhəd layihələri təkbaşına deyil, birlikdə həyata keçirməyə daha çox maraq göstərsinlər. Bu halda Caspian Business Hub sadəcə biznes platforması deyil, Xəzər regionunun yeni investisiya infrastrukturunun ayrılmaz hissəsinə çevriləcək”, – deyə o qeyd edib.

     

    Müzakirələr göstərdi ki, Azərbaycanın investisiya gündəliyi artıq “nə qədər kapital cəlb olunub?” sualından “bu kapital ölkə daxilində hansı uzunmüddətli dəyəri yaradır?” sualına doğru dəyişir. Yerli biliklər, mühəndis kompetensiyaları, texnoloji təcrübə və mürəkkəb layihələr ətrafında tərəfləri bir araya gətirmək bacarığı maliyyə resursları qədər strateji əhəmiyyət daşıyır. İnkişaf etməkdə olan bazarlar üçün bilikləri və beynəlxalq kapitalı dayanıqlı yerli kompetensiyalara çevirmək bacarığı sənaye inkişafının növbəti mərhələsinin əsas amillərindən birinə çevrilə bilər.

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email Telegram WhatsApp

    Related Posts

    Özbəkistandan Azərbaycana yeni investisiyalar gəlir – Nazir perspektivli sahələri açıqladı

    25 Sentyabr 2026

    Azərbaycan iqtisadi siyasətdə ÜDM-dən ÜMM yanaşmasına fokuslanır – Nazir

    25 Sentyabr 2026

    Mikayıl Cabbarov: “Qeyri-neft ixracının nəqliyyat xərclərinin 70%-dək hissəsi kompensasiya edilir”

    25 Sentyabr 2026

    Rubini Azərbaycanı OPEC-dən kənar mühüm istehsalçılar sırasında qeyd edib

    25 Sentyabr 2026
    Kateqoriyalar
    • Audit
    • Avto
    • Bank
    • Banklar
    • Bankların renkinqi
    • Birja
    • Biznes
    • Biznesmenlər
    • Bloq yazıları
    • BOKT
    • Bu günün xəbərləri
    • Büdcə
    • Digər
    • Dünya
    • Energetika
    • Əmlak
    • Fintex
    • Gömrük
    • İdman
    • İKT
    • İqtisadiyyat
    • Kənd Təsərüfatı
    • Kliptovalyuta
    • Marketinq
    • Mərkəzi Bank
    • Moda
    • Neft qaz
    • Nəqliyyat
    • qısa xəbərlər
    • Qlobal birjalar
    • Rəsmi
    • Rəsmi
    • Sığorta
    • Startaplar
    • Tender
    • Turizm
    • Vakansiya
    • Vergi
    • Yerli bazar
    • Yerli Bizneslər
    GDP.AZ bütün hüquqlar qorunur

    Type above and press Enter to search. Press Esc to cancel.