Azərbaycan Mərkəzi Bankının (AMB) sədri Taleh Kazımov İsveçrə Milli Bankının sədri Martin Şleqellə görüşüb.
GDP xəbər verir ki, görüş Dünya Bankı və Beynəlxalq Valyuta Fondunun İllik Toplantıları çərçivəsində baş tutub.
Görüş zamanı qlobal iqtisadi çağırışlar, maliyyə sektorunda müşahidə olunan son tendensiyalar, eləcə də makroiqtisadi və maliyyə sabitliyinin gücləndirilməsinə yönəlmiş təşəbbüslər müzakirə edilib.
Tərəflər iki ölkənin mərkəzi bankları arasında mövcud əməkdaşlıq əlaqələrindən məmnunluqlarını ifadə edərək, gələcək tərəfdaşlıq imkanları barədə fikir mübadiləsi aparıblar.

