Close Menu
    What's Hot

    Hesablama Palatası: “Büdcə sistemi haqqında” qanuna yenidən baxılmalıdır

    12 İyun 2026

    Mərkəzi Bank rəsmisi ABŞ Xəzinədarlığının nümayəndələri ilə maliyyə əməkdaşlığını müzakirə edib

    12 İyun 2026

    TuranBank beynəlxalq fonddan vəsait cəlb edib

    12 İyun 2026
    Trending
    • Hesablama Palatası: “Büdcə sistemi haqqında” qanuna yenidən baxılmalıdır
    • Mərkəzi Bank rəsmisi ABŞ Xəzinədarlığının nümayəndələri ilə maliyyə əməkdaşlığını müzakirə edib
    • TuranBank beynəlxalq fonddan vəsait cəlb edib
    • İranın “Fars” agentliyi hədəf siyahısını yeniləyib: İlon Maskın aktivləri da daxil edilib
    • “Nar” abunəçiləri üçün eSIM nömrələrdə “Asan İmza” xidməti istifadəyə verildi
    • “Ələt Azad İqtisadi Zonasında istehsalın azı 75 %-nin ixrac edilməsi hədəflənir”
    • Mərkəzi Bankın FinCERT mərkəzi qlobal kibertəhlükəsizlik şəbəkəsinə qoşuldu
    • İqtisadi Şurada Ələt Azad İqtisadi Zonası və xidmət sektorunun inkişafı müzakirə olunub
    Gdp.azGdp.az
    • Ana səhifə
    • Rəsmi
    • Bank
      1. Mərkəzi Bank
      2. Banklar
      3. BOKT
      4. Fintex
      5. Bankların renkinqi
      Featured

      Mərkəzi Bank rəsmisi ABŞ Xəzinədarlığının nümayəndələri ilə maliyyə əməkdaşlığını müzakirə edib

      12 İyun 2026
      Recent

      Mərkəzi Bank rəsmisi ABŞ Xəzinədarlığının nümayəndələri ilə maliyyə əməkdaşlığını müzakirə edib

      12 İyun 2026

      TuranBank beynəlxalq fonddan vəsait cəlb edib

      12 İyun 2026

      Mərkəzi Bankın FinCERT mərkəzi qlobal kibertəhlükəsizlik şəbəkəsinə qoşuldu

      11 İyun 2026
    • Birja
      1. Yerli bazar
      2. Qlobal birjalar
      3. Kliptovalyuta
      4. View All

      “ABB-Invest İnvestisiya Şirkəti”nin rəhbərliyində iki mühüm təyinat olub

      02 İyun 2026

      Ümumi dövriyyə həcmində 9% azalma, korporativ istiqrazlarda 152,8% artım – ABB Invest-ın bazar dinamikası

      20 May 2026

      “2025-ci ildə ABB səhmlərinin təkrar bazarda dövriyyəsi 18 milyon manat təşkil edib” – Nadir Babazadə

      15 May 2026

      ABB 1 ilə 9%, 2 ilə 10% gəlir vəd edən yeni istiqrazlar buraxır

      24 Aprel 2026

      ABŞ fond bazarında bir gündə 1,1 trilyon dollar itki qeydə alınıb

      11 İyun 2026

      Citi: Tokenləşdirilmiş qiymətli kağızlar bazarı 2030-cu ilə qədər 5,5 trilyon dollara çata bilər

      01 İyun 2026

      Goldman Sachs: “ABŞ bazarında “dotkom köpüyü” siqnalları güclənir”

      16 May 2026

      ABŞ səhmləri Trampın Çin səfərindən sonra enişlə açılıb

      15 May 2026

      Bitcoin bir neçə həftədən sonra ilk dəfə 69 min dolların altına düşüb

      02 İyun 2026

      “Strategy” ilk dəfə həftəlik bitcoin alışını dayandırdı

      25 May 2026

      Coinbase 2026-cı ilin birinci rübündə 88 milyon dollarlıq bitcoin alıb

      08 May 2026

      BlackRock: Bitcoin-in qlobal dəyər saxlancı sahəsində real rəqibi yoxdur

      05 May 2026

      ABŞ fond bazarında bir gündə 1,1 trilyon dollar itki qeydə alınıb

      11 İyun 2026

      Bitcoin bir neçə həftədən sonra ilk dəfə 69 min dolların altına düşüb

      02 İyun 2026

      “ABB-Invest İnvestisiya Şirkəti”nin rəhbərliyində iki mühüm təyinat olub

      02 İyun 2026

      Citi: Tokenləşdirilmiş qiymətli kağızlar bazarı 2030-cu ilə qədər 5,5 trilyon dollara çata bilər

      01 İyun 2026
    • İqtisadiyyat
      1. Büdcə
      2. Vergi
      3. Kənd Təsərüfatı
      4. Nəqliyyat
      5. Energetika
      6. Neft qaz
      7. Əmlak
      8. Audit
      9. İKT
      Featured

      Hesablama Palatası: “Büdcə sistemi haqqında” qanuna yenidən baxılmalıdır

      12 İyun 2026
      Recent

      Hesablama Palatası: “Büdcə sistemi haqqında” qanuna yenidən baxılmalıdır

      12 İyun 2026

      “Nar” abunəçiləri üçün eSIM nömrələrdə “Asan İmza” xidməti istifadəyə verildi

      12 İyun 2026

      Azərbaycanda yeni neft emalı zavodu tikiləcək – BU BARƏDƏ QƏRAR QƏBUL OLUNUB

      11 İyun 2026
    • Sığorta
    • Biznes
      • Rəsmi
      • Yerli Bizneslər
      • Biznesmenlər
      • Startaplar
      • Gömrük
      • Tender
    • Vakansiya
    • Digər
      • Marketinq
      • Turizm
      • Moda
      • İdman
      • Bloq yazıları
    Gdp.azGdp.az
    Ana səhifə » Bank » TuranBank ASC -nin mənfəəti 137% artıb
    Bank

    TuranBank ASC -nin mənfəəti 137% artıb

    15 Aprel 2026
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    Turanbank-ın 31 mart 2026-cı il tarixinə təqdim etdiyi maliyyə hesabatları əvvəlki ilin eyni dövrü və ötən ilin sonu ilə müqayisədə əhəmiyyətli dəyişiklikləri ortaya qoyur. TuranBank ASC 2026-cı ilin ilk rübünü (yanvar–mart) 2 milyon 879 min manat xalis mənfəətlə başa vurub. Bank 2025-ci ilin eyni dövründə 1 milyon 216 min manat xalis mənfəət əldə etmişdi.

    Beləliklə, bankın xalis mənfəəti illik müqayisədə 1 milyon 663 min manat və ya 137% (təxminən 2,4 dəfə) artıb. Turabankın faiz gəlirləri 23,385 min manatdan 28,052 min manata yüksəlmişdir ki, bu da təxminən 19,96% artım deməkdir. Bu artımın əsas səbəbi müştərilərə verilmiş kreditlər üzrə faiz gəlirlərinin 21,393 min manatdan 26,352 min manata çoxalmasıdır. Bununla belə, faiz xərcləri də 11,783 min manatdan 15,917 min manata yüksəlmişdir – bu, 35,09% artım deməkdir. Faiz xərclərinin kəskin artması, xüsusilə cəlb edilmiş kreditlərə görə ödənilən faizlərin 1,814 min manatdan 5,182 min manata sıçraması ilə bağlıdır. Nəticədə xalis faiz gəliri 11,552 min manatdan 12,113 min manata, yəni 4,86% artmışdır.

    Qeyri-faiz gəlirləri 5,046 min manatdan 6,441 min manatadək, 27,65% artıb. Bu artımın lokomotivi xarici valyuta əməliyyatlarından gələn gəlir olmuşdur. Xarici valyuta əməliyyatları 45.7% artaraq 2,791 min manatdan 4,066 min manata yüksəlmişdir. Qeyri-faiz xərcləri isə 19.16% artaraq  9,722 min manatdan 11,585 min manata yüksəlmişdir. Ən böyük artım əmək haqqı xərclərində müşahidə olunub.Bankın mümkün zərərlər üçün yaradılan ehtiyatlar isə 5,659 min manatdan 4,090 min manata azalıb ki, bu da 27,73% eniş deməkdir. Beləliklə, vergidən əvvəlki mənfəət 1,216 min manatdan 2,879 min manata, yəni 136,76% artmışdır. Bankın mənfəət vergisi ödəmədiyi nəzərə alınsa, dövrün xalis mənfəəti də eyni dərəcədə 2,879 min manat olmuşdur.

    Bankın ümumi aktivləri 31 dekabr 2025-ci ilin sonuna olan 907,176 min manatdan 31 mart 2026-cı ilə 901,279 min manata, yəni cəmi 0,65% azalmışdır. Nağd pul vəsaitləri və ekvivalentləri 907,176-dan 901,279-a enmiş, ticarət və investisiya qiymətli kağızları isə 107,718-dən 81,910-a kəskin azalmışdır (23,96%). Müştərilərə verilmiş kreditlərin xalis dəyəri 674,846 min manatdan 674,249 min manata çox cüzi dəyişsə də, kreditlər üzrə yaradılan ehtiyatlar 31,207 min manatdan 35,585 min manata yüksəlmişdir. Bu, bankın kredit portfelinin keyfiyyətinə daha ehtiyatlı yanaşdığını göstərir.

    Öhdəliklər tərəfində ən diqqətçəkən dəyişiklik depozitlərin azalmasıdır: 468,532 min manatdan 446,791 min manata, yəni 4,64% azalma. Xüsusilə hüquqi şəxslərin depozitləri 19.9% azalaraq  79,244-dən 63,449-a enmiş, fiziki şəxslərin depozitləri isə 1.53% azalaraq 389,289-dan 383,342-yə (-1,53%) azalmışdır. Bunun müqabilində bank kredit təşkilatları və digər maliyyə institutları qarşısında öhdəliklərini artırmışdır: 142,152 min manatdan 155,174 min manata (+9,16%). Bu, depozit bazasının daralması fonunda bankın digər banklardan borclanma yolu ilə likvidliyi qoruduğunu göstərir. Kapital tərəfində isə bölüşdürülməmiş mənfəət zərəri 7,437 min manatdan 4,558 min manata azalmışdır ki, bu da dövrün xalis mənfəətinin hesabına baş vermişdir.

    Kapitalın adekvatlığı göstəriciləri olduqca möhkəmdir. I dərəcəli kapitalın adekvatlıq əmsalı 10,32% təşkil edir ki, bu da normativ tələb olan 6%-dən xeyli yuxarıdır. Məcmu kapitalın adekvatlıq əmsalı 13,07% olmuşdur (normativ 8%). Leverec əmsalı 9,80% ilə tələb olunan 3%-i qat-qat keçir. Lakin diqqətçəkən məqam odur ki, bankın risk dərəcəsi üzrə ölçülmüş aktivlərinin 320,459 min manatı (cəmi 891,119 min manatın 35,6%-i) 100%-dən yuxarı risk qrupuna daxildir. Bu, bankın aktivlərinin əhəmiyyətli hissəsinin yüksək risk daşıdığını və gələcəkdə ehtiyat tələblərinin arta biləcəyini göstərir.

    Ümumi nəticə olaraq, Turanbank mənfəətlilik baxımından əhəmiyyətli yaxşılaşma olub. Xalis mənfəət 136,8% artmış, ehtiyat xərcləri azalmış, valyuta əməliyyatlarından gəlirlər güclənmişdir. Kapital adekvatlığı normativlərdən xeyli yüksəkdir. Bununla belə, depozitlərin, xüsusilə hüquqi şəxslərin depozitlərinin azalması və faiz xərclərinin sürətli artımı bank üçün likvidlik və gəlirlilik risklərini artırır. Bankın bahalı mənbələrdən (digər bank kreditləri) borclanmasının davam etməsi gələcəkdə xalis faiz marjasına təzyiq göstərə bilər. Yüksək riskli aktivlərin böyük payı isə makroiqtisadi çətinliklər yaranarsa, bankı əlavə ehtiyat yaratmağa məcbur edə bilər.

    Müəllif:Aynur Qəniyeva

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email Telegram WhatsApp

    Related Posts

    Mərkəzi Bank rəsmisi ABŞ Xəzinədarlığının nümayəndələri ilə maliyyə əməkdaşlığını müzakirə edib

    12 İyun 2026

    TuranBank beynəlxalq fonddan vəsait cəlb edib

    12 İyun 2026

    Mərkəzi Bankın FinCERT mərkəzi qlobal kibertəhlükəsizlik şəbəkəsinə qoşuldu

    11 İyun 2026

    Rabitəbankda yeni təyinat!

    10 İyun 2026
    Kateqoriyalar
    • Audit
    • Avto
    • Bank
    • Banklar
    • Bankların renkinqi
    • Birja
    • Biznes
    • Biznesmenlər
    • Bloq yazıları
    • BOKT
    • Bu günün xəbərləri
    • Büdcə
    • Digər
    • Dünya
    • Energetika
    • Əmlak
    • Fintex
    • Gömrük
    • İdman
    • İKT
    • İqtisadiyyat
    • Kənd Təsərüfatı
    • Kliptovalyuta
    • Marketinq
    • Mərkəzi Bank
    • Moda
    • Neft qaz
    • Nəqliyyat
    • qısa xəbərlər
    • Qlobal birjalar
    • Rəsmi
    • Rəsmi
    • Sığorta
    • Startaplar
    • Tender
    • Turizm
    • Vakansiya
    • Vergi
    • Yerli bazar
    • Yerli Bizneslər
    GDP.AZ bütün hüquqlar qorunur

    Type above and press Enter to search. Press Esc to cancel.