Close Menu
    What's Hot

    TuranBank Zəfər Günü ərəfəsində təşkil edilən ağacəkmə aksiyasında iştirak edib

    05 Noyabr 2026

    Mərkəzi Bank “Binance” ilə kriptoaktivlər sahəsində əməkdaşlıq imkanlarını müzakirə edib

    05 Noyabr 2026

    Çipsinin hər kiloqramına 1 manat aksiz vergisi tətbiqi təklif olunur

    05 Noyabr 2026
    Trending
    • TuranBank Zəfər Günü ərəfəsində təşkil edilən ağacəkmə aksiyasında iştirak edib
    • Mərkəzi Bank “Binance” ilə kriptoaktivlər sahəsində əməkdaşlıq imkanlarını müzakirə edib
    • Çipsinin hər kiloqramına 1 manat aksiz vergisi tətbiqi təklif olunur
    • “Sahibkarlara illik 5%-dək faiz dərəcəsi ilə “Yaşıl kredit” veriləcək
    • “Atəşgah Həyat”ın İdarə Heyətinə yeni üzv təyin olunub
    • Qərarların hazırlanmasından ictimaiyyətə təqdimatına qədər kommunikasiyanın strateji əhəmiyyəti
    • AMFA COP31-də iqlim dəyişikliklərinə uyğunlaşmanın maliyyələşdirilməsinə dair seminar keçirəcək
    • SOCAR “Comstock”un aktivlərində payları 1,65 milyard dollara alır
    pashabank
    Gdp.azGdp.az
    • Ana səhifə
    • Rəsmi
    • Bank
      1. Mərkəzi Bank
      2. Banklar
      3. BOKT
      4. Fintex
      5. Bankların renkinqi
      Featured

      TuranBank Zəfər Günü ərəfəsində təşkil edilən ağacəkmə aksiyasında iştirak edib

      05 Noyabr 2026
      Recent

      TuranBank Zəfər Günü ərəfəsində təşkil edilən ağacəkmə aksiyasında iştirak edib

      05 Noyabr 2026

      Mərkəzi Bank “Binance” ilə kriptoaktivlər sahəsində əməkdaşlıq imkanlarını müzakirə edib

      05 Noyabr 2026

      “Sahibkarlara illik 5%-dək faiz dərəcəsi ilə “Yaşıl kredit” veriləcək

      05 Noyabr 2026
    • Birja
      1. Yerli bazar
      2. Qlobal birjalar
      3. Kliptovalyuta
      4. View All

      “PAŞA Kapital” “Ziraat Bank Azərbaycan”ın 15 milyon manatlıq istiqrazlarını yerləşdirib

      30 Oktyabr 2026

      Azərbaycan şirkətlərinin London Fond Birjasına çıxışı müzakirə olunub – Londonda mühüm görüş

      26 Oktyabr 2026

      “PAŞA Kapital” və İnnovasiyalar Mərkəzi maliyyə savadlılığı üzrə əməkdaşlıq edəcək

      21 Oktyabr 2026

      ABB Invest Daşkənddə neft-qaz layihələrinin maliyyələşdirilməsi təcrübəsini bölüşüb

      21 Oktyabr 2026

      ABŞ fond bazarının kapitallaşması bir gündə 1,1 trilyon dollar artıb

      04 Noyabr 2026

      Neftin qiyməti 6%-dən çox ucuzlaşıb

      02 Noyabr 2026

      ABŞ-nin texnologiya sektorunda kəskin eniş: Nasdaq şirkətləri 5 trilyon dollar dəyər itirib

      30 Oktyabr 2026

      ABŞ birjalarında fərqli dinamika: Dow Jones yüksəlib, Nasdaq geriləyib

      28 Oktyabr 2026

      133 milyon dollardan çox kriptoaktiv oğurluğu Fransanın bank qrupu ilə əlaqələndirilir

      04 Noyabr 2026

      Binance-də mümkün zərər 6,3 milyard dollar qiymətləndirilir-bütün itkilər qarşılanacaq

      30 Oktyabr 2026

      Binance-ə 5,8 milyard dollarlıq haker hücumu iddiası: vəsaitlərin bir hissəsinin dondurulduğu bildirilir

      30 Oktyabr 2026

      Steyblkoin köçürmələrinin həcmi III rübdə 891 milyard dollara çatıb

      25 Oktyabr 2026

      ABŞ fond bazarının kapitallaşması bir gündə 1,1 trilyon dollar artıb

      04 Noyabr 2026

      133 milyon dollardan çox kriptoaktiv oğurluğu Fransanın bank qrupu ilə əlaqələndirilir

      04 Noyabr 2026

      Neftin qiyməti 6%-dən çox ucuzlaşıb

      02 Noyabr 2026

      ABŞ-nin texnologiya sektorunda kəskin eniş: Nasdaq şirkətləri 5 trilyon dollar dəyər itirib

      30 Oktyabr 2026
    • İqtisadiyyat
      1. Büdcə
      2. Vergi
      3. Kənd Təsərüfatı
      4. Nəqliyyat
      5. Energetika
      6. Neft qaz
      7. Əmlak
      8. Audit
      9. İKT
      Featured

      Çipsinin hər kiloqramına 1 manat aksiz vergisi tətbiqi təklif olunur

      05 Noyabr 2026
      Recent

      Çipsinin hər kiloqramına 1 manat aksiz vergisi tətbiqi təklif olunur

      05 Noyabr 2026

      SOCAR “Comstock”un aktivlərində payları 1,65 milyard dollara alır

      05 Noyabr 2026

      Elnur Soltanov: “Biz hasilatın pay bölgüsü sazişlərini bir dəfə də olsun dəyişməmiş ölkəyik”

      04 Noyabr 2026
    • Sığorta
    • Biznes
      • Rəsmi
      • Yerli Bizneslər
      • Biznesmenlər
      • Startaplar
      • Gömrük
      • Tender
    • Vakansiya
    • Digər
      • Marketinq
      • Turizm
      • Moda
      • İdman
      • Bloq yazıları
    pashabank
    Gdp.azGdp.az
    Ana səhifə » Digər » İnzibati Xətalar Məcəlləsinə əlavə edilmiş yeni normayla bağlı bir neçə problem-İLQAR ƏSƏDOVADAN ŞƏRH
    Bloq yazıları

    İnzibati Xətalar Məcəlləsinə əlavə edilmiş yeni normayla bağlı bir neçə problem-İLQAR ƏSƏDOVADAN ŞƏRH

    20 Oktyabr 2024
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    Hər kəs bəh-bəhlə bir müddət öncə qüvvəyə minmiş nizamnamə kapitalının ödənilməməsi yaxud ödənildikdən sonra məlumatın verilməməsi barədə İnzibati Xətalar Məcəlləsinə edilmiş dəyişiklikdən danışsın, mən isə əlavə edilmiş yeni normayla bağlı bir neçə problemə toxunum :

    1- ci məsələ :

    Yeni norma nizamnamə kapitalının tamamilə ödənilməməsini, həmçinin yalnız tamamilə ödənilmiş nizamnamə kapitalı barədə məlumat verməməyi inzibati xəta olaraq qəbul edir və məsuliyyət tədbiri müəyyən edir.

    Bu o deməkdir ki, hüquqi şəxsin şərti olaraq 1000 azn nizamnamə kapitalı müəyyən edilmişdirsə, şirkət 1 manat nizamnamə kapitalını kassa mədaxil orderi ilə kassaya mədaxil edib elə əvvəlki kimi öz fəaliyyətini davam etdirə bilər.

    Cərimə tətbiq edilə bilməz, çünki cərimə tamamilə ödəməməyə görədir, məlumat verilməyə də bilər, çünki cərimə tamamilə ödənilmiş halda məlumat verməməyə görə tətbiq edilir.

    2-ci məsələ :

    MM 90-cı maddəyə əsasən nizamnamə kapitalını ödəmək təsis müqaviləsinə əsasən təsisçilərin bir-biriləri qarşısında götürdükləri öhdəlikdir. Bunu etməli olan onlardır. Elə isə sual : təsisçilər nizamnamə kapitalını ödəməmişdirlərsə ( təsisçinin hüquqi şəxs olduğu halı istisna edirik) kim cərimələnəcək ? Təsisçilər ?

    Yeni norma deyir ki, vəzifəli şəxs və hüquqi şəxs cərimələnəcək. Ödəmək öhdəliyi təsisçilərin üzərindədirsə niyə vəzifəli şəxs, niyə hüquqi şəxs cərimələnir (təsisçinin hüquqi şəxs olduğu halı istisna edirik) ?

    Axı təsis edildikdən sonra MMC və təsisçilər ayrı-ayrı mülki hüquq subyektləridir və biri digərinin öhdəliklərinə görə məsuliyyət daşımır.

    Vəzifəli şəxs təsisçidir də deyə bilmərik, çünki İnzibati Xətalar Məcəlləsi vəzifəli şəxsin dairəsini 17-ci maddədə müəyyən etmişdir :

    Vəzifəli şəxs – Dövlət hakimiyyətinin nümayəndəsi funksiyasını həyata keçirən şəxslər, dövlət orqanlarında, bələdiyyələrdə, Azərbaycan Respublikasının Silahlı Qüvvələrində və Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq yaradılmış başqa silahlı birləşmələrdə, dövlət və qeyri-dövlət təşkilatlarında, idarə və müəssisələrində, o cümlədən publik hüquqi şəxslərdə təşkilati-sərəncamverici və ya inzibati-təsərrüfat vəzifələrində daimi və ya müvəqqəti işləyən şəxslər və ya həmin vəzifələri xüsusi səlahiyyət əsasında həyata keçirən şəxslər, habelə hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olaraq belə səlahiyyətləri yerinə yetirən fiziki şəxslər vəzifəli şəxs hesab edilirlər.

    Gördüyümüz kimi təsisçini cərimələyə bilmərik çünki o vəzifəli şəxs deyil, direktoru cərimələyə bilmərik, çünki bu absurddur, təsisçinin öhdəliyinə görə cərimələnə bilməz.

    Gördüyümüz kimi nəticə etibarıyla hüquqi cəhətdən şikəst bir normayla qarşı-qarşıya qalmış oluruq.

    3-cü məsələ :

    Mövcud norma hətta tam kamil olmuş olsaydı belə heç bir yaraya sarğı ola bilmir, beləki :

    1. Nizamnamə kapitalının 1 manat ola biləcəyi bir durumda fəaliyyət göstərdiyimizdən o 1 manatı ödəyib məlumat vermək o qədər də qəliz bir şey deyil.

    2. Nizamnamə kapitalına kreditorlar özlərinin real təminatı kimi onsuz da baxmırlar, ona görə də bütün bu tələblər formal xarakter daşımağa başlayır və kreditorların təminatının müdafiəsi kimi çıxış etmir.

    Hətta utopik olaraq təsəvvür etsək ki, sahibkarlar həqiqətən də bu ruhda fəaliyyət göstərirlər, yəni kimləsə əməkdaşlıq etməmişdən öncə onun nizamnamə kapitalının həcminə fikir verirlər, o zaman əsas inzibati xəta nizamnamə kapitalının ödənilib ödənilməməsi deyil, xalis aktivlərin nizamnamə məbləğindən aşağı düşdüyü halda nizamnamə kapitalını aşağı salmamaq və bu barədə publik məlumat verməmək olmalı idi. Lakin buna dair bir dənə də inzibati məsuliyyət yoxdur.

    P.S. Nizamnamə kapitalı tam ödənilməmiş dövlət qeydiyyatına alınaraq, 3 aylıq möhlətlə yeni bir hüquqi şəxsin yaradılması və bazara buraxılması özlüyündə hüquqi cəhətdən nizamnamə kapitalının təminat funksiyasını şübhə altına atır.

    Müəllif: İlqar Əsədov vergi mütəxəssisi

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email Telegram WhatsApp

    Related Posts

    Qərarların hazırlanmasından ictimaiyyətə təqdimatına qədər kommunikasiyanın strateji əhəmiyyəti

    05 Noyabr 2026

    OPEC: Daşınma və sığorta xərcləri xam neftin dəyərinin üçdə birini ötüb

    04 Noyabr 2026

    Saudi Aramco III rübdə nefti orta hesabla 95,2 dollara satıb

    03 Noyabr 2026

    OPEC+ ölkələri dekabr ayında neft hasilatını dəyişməz saxlamaq barədə razılığa gəliblər

    01 Noyabr 2026
    Kateqoriyalar
    • Audit
    • Avto
    • Bank
    • Banklar
    • Bankların renkinqi
    • Birja
    • Biznes
    • Biznesmenlər
    • Bloq yazıları
    • BOKT
    • Bu günün xəbərləri
    • Büdcə
    • Digər
    • Dünya
    • Energetika
    • Əmlak
    • Fintex
    • Gömrük
    • İdman
    • İKT
    • İqtisadiyyat
    • Kənd Təsərüfatı
    • Kliptovalyuta
    • Marketinq
    • Mərkəzi Bank
    • Moda
    • Neft qaz
    • Nəqliyyat
    • qısa xəbərlər
    • Qlobal birjalar
    • Rəsmi
    • Rəsmi
    • Sığorta
    • Startaplar
    • Tender
    • Turizm
    • Vakansiya
    • Vergi
    • Yerli bazar
    • Yerli Bizneslər
    GDP.AZ bütün hüquqlar qorunur

    Type above and press Enter to search. Press Esc to cancel.