İqtisadi planlaşdırma siyasətlərinin və təchizat zəncirinin inteqrasiyasına ehtiyac var
İqtisadiyyat Nazirliyi və Harvard Universitetinin “Growth Lab” Beynəlxalq İnkişaf Mərkəzi arasında əməkdaşlıq çərçivəsində hazırlanan qlobal “Yaşıl artım portalı”nın təqdimatında İqtisadiyyat naziri Mikayıl Cabbarov iqlim məsələlərinin iqtisadi planlaşdırmada əhəmiyyətindən danışıb.
Nazir bildirib ki, iqtisadi planlaşdırma siyasətlərinin və təchizat zəncirinin inteqrasiyasına ehtiyac var və bu məsələ prezidentliyin büdcələri və əhatə dairəsi ilə irəli sürülən təşəbbüslərdə öz əksini tapıb.
“Biz bunu PİCFİ – İqlim Maliyyəsi İnvestisiyaları üzrə İctimai Təşəbbüs adlandırırıq. Əgər investisiya qərarları qəbul ediriksə və ya ticarət aparırıqsa, iqlim məsələlərini, o cümlədən iqlim maliyyəsi məsələlərini iqtisadi planlaşdırma siyasətimizin mərkəzində qoymuruqsa, böyük ehtimalla istədiyimiz nöqtəyə çata bilməyəcəyik. Beləliklə, bunları əlaqələndirməyə aydın ehtiyac var”, – deyə M.Cabbarov vurğulayıb.