İqtisadiyyat Nazirliyi və Harvard Universitetinin “Growth Lab” Beynəlxalq İnkişaf Mərkəzi arasında əməkdaşlıq çərçivəsində hazırlanan qlobal “Yaşıl artım portalı”nın təqdim edilib.
GDP xəbər verir ki, tədbirdə çıxış edən iqtisadiyyat naziri bildirib ki, Yaşıl İnkişaf portfelinin təqdimatı COP29-un ən praktiki təşəbbüslərindən biridir. Nazir qeyd edib ki, iqtisadi planlaşdırma siyasətləri və təchizat zəncirində inteqrasiyaya ehtiyac var və bu məsələ prezidentliyin təşəbbüslərində öz əksini tapıb.
İqlim Maliyyəsi İnvestisiyaları üzrə İctimai Təşəbbüs (PİCFİ) çərçivəsində investisiya qərarları və ticarət əməliyyatlarında iqlim məsələləri, o cümlədən iqlim maliyyəsi məsələləri iqtisadi planlaşdırma siyasətinin mərkəzində olacaq.
Professor Ricardo Hausman-ın rəhbərliyi ilə Harvard komandası tərəfindən həyata keçirilən layihə bu yanaşmanın praktiki tətbiqi hesab olunur. Portal açıq və ictimai domendə yerləşdiriləcək və siyasətçilər, hökumət nümayəndələri, özəl sektor və maliyyə qurumları üçün əlçatan olacaq.