COP29 çərçivəsində iqlim maliyyəsi, sərmayə və ticarət sahəsində yeni bir təşəbbüs – BICFIT Dialoqu başladılıb. BMT-nin müxtəlif qurumları ilə əməkdaşlıqda həyata keçiriləcək təşəbbüs, iqlim dəyişikliyi ilə mübarizədə maliyyə və ticarət əlaqələrini gücləndirməyi hədəfləyir.
İqtisadiyyat naziri Mikayıl Cabbarov təşəbbüsün xüsusilə inkişaf etməkdə olan ölkələr üçün əhəmiyyətini vurğulayıb. Tədbirdə UNCTAD-ın baş katibi Rebeka Qrinspan, UNDP-nin administratoru Axim Ştayner və digər beynəlxalq təşkilatların rəhbərləri iştirak ediblər.
Dialoq çərçivəsində iqlim maliyyəsi, investisiya və ticarət siyasətlərinin formalaşdırılması, beynəlxalq əməkdaşlığın gücləndirilməsi müzakirə olunub. Tədbirin sonunda keçmiş, hazırkı və növbəti COP Prezidentləri tərəfindən BICFIT Dialoqu üzrə Birgə Bəyannamə qəbul edilib.