NEQSOL Holding və İsveçrənin GRC şirkəti İdarəetmə, Risk və Uyğunluq (GRC) funksiyalarının rəqəmsallaşdırılması üçün əməkdaşlıq müqaviləsi imzalayıb.
Müqavilə çərçivəsində NEQSOL Holding Müəssisə Risklərinin İdarə Edilməsi, Uyğunluq, SƏTƏM, Daxili Nəzarətlər və Hadisələrin İdarə Edilməsi modullarını tətbiq edəcək. Bu həllər Holdinqin törəmə şirkətləri olan Azerconnect Group, Vodafone Ukraine, Bakcell və Norm-da istifadə olunacaq.
NEQSOL Holdingin maliyyə direktoru İmran Əhmədzadə bildirib ki, bu əməkdaşlıq şirkətin GRC sistemlərinin tam rəqəmsallaşdırılmasına kömək edəcək.
Qeyd edək ki, NEQSOL Holding telekommunikasiya, enerji, tikinti və yüksək texnologiyalar sahəsində 11 ölkədə fəaliyyət göstərir. İsveçrə GRC isə Lucerne şəhərində yerləşən və GRC həlləri üzrə ixtisaslaşmış şirkətdir.