Azərbaycan Respublikasında əsas kapitala investisiyaların göstəriciləri açıqlanıb. Məlumata görə, ölkədə 2025-ci ilin yanvar-avqust aylarında əsas kapitala cəmi 11374,5 milyon manat məbləğində investisiya yönəldilib.
GDP Dövlər Statistika Komitəsinə istinadla xəbər verir ki, bu göstərici ötən ilin eyni dövrü ilə müqayisədə 0,2% azalmışdır.
Investisiyaların sektoral bölgüsünə dair statistikalar onu göstərir ki, azalma əsasən neft-qaz sektorunda müşahidə olunub. Bu dövrdə neft-qaz sektoruna yönəldilmiş investisiyaların həcmi 16,6 faiz azalarkən, qeyri-neft-qaz sektoruna investisiyalar 8,0 faiz artım göstərib.
İstifadə olunmuş investisiyaların təyinatına görə bölgüsü aşağıdakı kimi olmuşdur:
- Məhsul istehsalı sahələri: 5800,2 milyon manat (51,0%)
- Xidmət sahələri: 3819,9 milyon manat (33,6%)
- Yaşayış evlərinin tikintisi: 1754,4 milyon manat (15,4%)
Investisiyaların mənbəyinə görə, əsas kapitala yönəldilmiş investisiyaların 8752,8 milyon manatını (77,0%) daxili investisiyalar təşkil edib.
Hesabatlardan həmçinin məlum olub ki, əsas kapitala yönəldilmiş vəsaitin 8985,9 milyon manatı (79,0%) bilavasitə tikinti-quraşdırma işlərinin yerinə yetirilməsinə sərf olunub.