Close Menu
    What's Hot

    ARDNF Çin-ASEAN Birgə İnvestisiya Şurasının təsisçi üzvü olub

    10 Sentyabr 2026

    “Unibank”ın sədr müavini vəzifədən ayrılıb

    10 Sentyabr 2026

    İlham Əliyev Qaradağ rayonunda kağız və gigiyenik məhsulların istehsalı müəssisəsinin açılışında iştirak edib

    10 Sentyabr 2026
    Trending
    • ARDNF Çin-ASEAN Birgə İnvestisiya Şurasının təsisçi üzvü olub
    • “Unibank”ın sədr müavini vəzifədən ayrılıb
    • İlham Əliyev Qaradağ rayonunda kağız və gigiyenik məhsulların istehsalı müəssisəsinin açılışında iştirak edib
    • Brent neftinin qiyməti 102 , WTI isə 97 ABŞ dollarını keçib
    • FED gözləntilərin əksinə olaraq gələn həftə faiz dərəcəsini 25 baza bəndi artıra bilər
    • Azərbaycanla Dünya Bankı arasında 53 layihəyə 4,9 milyard dollar ayrılıb- Sahil Babayev Dünya Bankının Cənubi Qafqaz üzrə regional direktoru ilə görüşüb
    • Şəxsi baqaj üçün gömrük bəyannaməsi qaydaları yeniləndi, yeni qayda 30 gündən sonra qüvvəyə minəcək
    • Mərkəzi Bank xüsusi tənzimləmə rejimi üzrə müraciətlərin sayını açıqlayıb
    Gdp.azGdp.az
    • Ana səhifə
    • Rəsmi
    • Bank
      1. Mərkəzi Bank
      2. Banklar
      3. BOKT
      4. Fintex
      5. Bankların renkinqi
      Featured

      ARDNF Çin-ASEAN Birgə İnvestisiya Şurasının təsisçi üzvü olub

      10 Sentyabr 2026
      Recent

      ARDNF Çin-ASEAN Birgə İnvestisiya Şurasının təsisçi üzvü olub

      10 Sentyabr 2026

      “Unibank”ın sədr müavini vəzifədən ayrılıb

      10 Sentyabr 2026

      FED gözləntilərin əksinə olaraq gələn həftə faiz dərəcəsini 25 baza bəndi artıra bilər

      09 Sentyabr 2026
    • Birja
      1. Yerli bazar
      2. Qlobal birjalar
      3. Kliptovalyuta
      4. View All

      “PAŞA Kapital”da yeni təyinat

      07 Sentyabr 2026

      Azərbaycan kapital bazarında yeni dinamika: Bakı Fond Birjasının dövriyyəsi azalıb, əqd sayı artıb

      07 Sentyabr 2026

      Milli Depozit Mərkəzi Avropa Mərkəzi Depozitarlar Assosiasiyasına üzv olub

      01 Sentyabr 2026

      Azərbaycanda 4 illik dövlət istiqrazlarının gəlirliliyi 91 baza bəndi azalıb

      21 Avqust 2026

      Brent neftinin qiyməti 102 , WTI isə 97 ABŞ dollarını keçib

      10 Sentyabr 2026

      Neft bazarında risk artır: Brent 100 dollar sərhədində

      09 Sentyabr 2026

      Xarici investorlar ABŞ istiqrazlarını satır: uzunmüddətli gəlirlilik 20 ilin maksimumuna çatıb

      09 Sentyabr 2026

      Neft İran və ABŞ arasında gərginlik fonunda bahalaşmaqda davam edir

      09 Sentyabr 2026

      Citi yaponiyalı korporativ müştərilər üçün blokçeyn ödənişlərini işə salır

      09 Sentyabr 2026

      Tramp tərəfdarının bitkoin şirkətində böyük çöküş: səhmlər 99% ucuzlaşdı

      03 Sentyabr 2026

      Coinbase “Apple” və “NVIDIA” səhmlərini tokenləşdirdi

      25 Avqust 2026

      Bitcoin bir neçə həftədən sonra ilk dəfə 69 min dolların altına düşüb

      02 İyun 2026

      Brent neftinin qiyməti 102 , WTI isə 97 ABŞ dollarını keçib

      10 Sentyabr 2026

      Neft bazarında risk artır: Brent 100 dollar sərhədində

      09 Sentyabr 2026

      Xarici investorlar ABŞ istiqrazlarını satır: uzunmüddətli gəlirlilik 20 ilin maksimumuna çatıb

      09 Sentyabr 2026

      Citi yaponiyalı korporativ müştərilər üçün blokçeyn ödənişlərini işə salır

      09 Sentyabr 2026
    • İqtisadiyyat
      1. Büdcə
      2. Vergi
      3. Kənd Təsərüfatı
      4. Nəqliyyat
      5. Energetika
      6. Neft qaz
      7. Əmlak
      8. Audit
      9. İKT
      Featured

      Azərbaycan iqtisadiyyatı1,2% böyüyüb amma artım tempi bir qədər zəifləyib

      09 Sentyabr 2026
      Recent

      Azərbaycan iqtisadiyyatı1,2% böyüyüb amma artım tempi bir qədər zəifləyib

      09 Sentyabr 2026

      Dövlət təşkilatlarının ödənişli xidmətlərindən büdcəyə 481 milyon manat daxil olub

      08 Sentyabr 2026

      Dövlət əmlakı üzrə büdcə daxilolmaları proqnozu 23,8 faiz üstələyib

      08 Sentyabr 2026
    • Sığorta
    • Biznes
      • Rəsmi
      • Yerli Bizneslər
      • Biznesmenlər
      • Startaplar
      • Gömrük
      • Tender
    • Vakansiya
    • Digər
      • Marketinq
      • Turizm
      • Moda
      • İdman
      • Bloq yazıları
    Gdp.azGdp.az
    Ana səhifə » Digər » Bloq yazıları » Dünya iqtisadiyyatı son 50 ilin ən böyük enerji böhranı, 20 milyon barellik risk və qlobal inflyasiya ilə üz-üzə – Azərbaycan iqtisadiyyatı üçün fürsətlər və gözləntilər
    Bloq yazıları

    Dünya iqtisadiyyatı son 50 ilin ən böyük enerji böhranı, 20 milyon barellik risk və qlobal inflyasiya ilə üz-üzə – Azərbaycan iqtisadiyyatı üçün fürsətlər və gözləntilər

    11 Mart 2026
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    Son günlər ABŞ–İsrail–İran arasındakı bir az yumşaq desək hərbi gərginliyi fonunda qlobal enerji bazarında ciddi dalğalanma yaranıb. Bu prosesin mərkəzində isə dünyanın ən strateji enerji keçid nöqtələrindən biri hesab olunan Hörmüz boğazı dayanır. Yaxın Şərqdə təhlükəsizlik risklərinin artması enerji daşımalarının təhlükəsizliyini sual altına salıb və nəticədə qlobal enerji sistemində ciddi şok formalaşıb. Analitiklər hesab edir ki, dünya iqtisadiyyatı hazırda son onilliklərin ən böyük enerji təchizatı risklərindən biri ilə üz-üzədir.

    Hörmüz boğazı qlobal enerji marşrutlarının ən mühüm hissələrindən biridir. Hər gün təxminən 20 milyon barel xam neft bu boğaz vasitəsilə dünya bazarlarına daşınır. Bu isə qlobal neft ticarətinin təxminən 20%-inə bərabərdir. Başqa sözlə, dünyada daşınan hər 5 barel neftdən biri məhz bu marşrutdan keçir.

    2026-cı ilin fevralının sonlarından etibarən regionda hərbi gərginliyin artması tanker hərəkətinə ciddi təsir göstərib. Bəzi günlərdə daşımalar demək olar ki, dayanıb və nəticədə bazarda gündəlik 20 milyon barelə qədər potensial təchizat itkisi riski yaranıb.

    Bu miqyas tarixdə baş vermiş böyük enerji böhranları ilə müqayisə olunur. Məsələn, 1973-cü il Yom Kippur neft böhranı zamanı qlobal təchizat azalması 4–4.5 milyon barel/gün, 1979 İran inqilabı zamanı 5–6 milyon barel/gün, 1980-ci il İran–İraq müharibəsi dövründə təxminən 4 milyon barel/gün olmuşdu. Daha yaxın dövrdə isə 2022-ci ildə başlayan Rusiya–Ukrayna müharibəsi qlobal enerji bazarına təxminən 2 milyon barel/gün həcmində təsir göstərmişdi. Müqayisə göstərir ki, hazırda risk kimi qiymətləndirilən 20 milyon barel/gün səviyyəsində potensial təchizat itkisi son yarım əsrdə baş verən ən böyük enerji şoklarından biri hesab olunur.

    Enerji bazarı bu gərginliyə dərhal reaksiya verib. Böhran başladıqdan sonra qiymətlərdə kəskin volatillik müşahidə olunub. Brent markalı neftin qiyməti 70–72 dollar səviyyəsindən 120–126 dollar aralığına qədər yüksəlib.Avropada isə qaz bazarında ciddi sıçrayış qeydə alınıb. Təbii qaz qiymətləri 30avro səviyyəsindən 60 avro qədər qalxaraq demək olar ki, 2 dəfə artıb. Enerji qiymətlərindəki bu artım qlobal inflyasiya riskini artırır və hesablamalara görə, bu proses dünya üzrə inflyasiyanı təxminən 0.8% yüksəldə bilər.

    Hörmüz boğazından keçən enerji axınlarının böyük hissəsi Asiya bazarına yönəldiyi üçün böhrandan ən çox təsirlənən ölkələr də məhz həmin regionda yerləşir. Bu marşrutdan keçən neftin əsas idxalçıları Çin, Hindistan, Yaponiya və Cənubi Koreya hesab olunur. Bu ölkələr birlikdə boğazdan keçən neftin 50–70%-dən çoxunu idxal edir. Avropa isə xüsusilə Qətərdən ixrac olunan mayeləşdirilmiş təbii qazdan asılıdır və Qətər LNG-sinin 12–14%-i məhz bu marşrutdan keçərək Avropa bazarına çatdırılır.

    Böhran yalnız qiymət artımı ilə məhdudlaşmır, həm də real logistika problemləri yaradır. Mövcud məlumatlara görə, 150-dən çox tanker boğazın girişində gözləməyə məcbur qalıb. Sığorta şirkətləri təhlükəsizlik riskləri səbəbindən tanker daşımaları üçün sığorta təminatını məhdudlaşdırıb və bəzi hallarda dayandırıb. Bəzi ölkələr isə artıq strateji neft ehtiyatlarından istifadə etməyə başlayıb. Bu vəziyyət qlobal ticarət zəncirlərinə də təsir göstərir, nəqliyyat xərclərinin artmasına və hətta ərzaq qiymətlərinin yüksəlməsinə səbəb olur.

    Enerji bazarındakı çaşqınlığı azaltmaq üçün qlobal iqtisadi sistem bir sıra addımları müzakirə edir. G7 ölkələri bazara 300–400 milyon barel həcmində strateji neft ehtiyatının buraxılması imkanını nəzərdən keçirir. Paralel olaraq, OPEC+ ölkələri bazardakı gərginliyi azaltmaq məqsədilə istehsalın artırılması imkanlarını qiymətləndirir və gündəlik 206 min barel əlavə istehsal variantı müzakirə olunur. Körfəz ölkələri isə neftin bir hissəsini alternativ boru kəmərləri vasitəsilə Hörmüz boğazından yan keçirməyə çalışır.

    Bu qlobal enerji böhranı enerji ixrac edən ölkələr üçün müəyyən iqtisadi təsirlər yaradır və Azərbaycan da bu prosesdən kənarda qalmır. Azərbaycanın dövlət büdcəsi əsasən neft və qaz gəlirlərindən formalaşır və Azərbaycan neftinin qiyməti adətən Brent markalı neftlə paralel hərəkət edir. Dövlət büdcəsində neftin baza qiyməti təxminən 55 dollar/barel səviyyəsində götürülüb. Lakin qlobal bazarda qiymətlərin 100–103 dollar aralığına yüksəlməsi hər barel üzrə 40–60 dollar əlavə gəlir deməkdir. Azərbaycanın ixrac etdiyi milyonlarla barel neft nəzərə alınarsa, bu fərq dövlət büdcəsinə milyardlarla dollar əlavə vəsait daxil olması deməkdir.

    Enerji böhranı qaz bazarında da Azərbaycanın strateji rolunu artırır. Azərbaycan qazı Avropaya əsasən Cənub Qaz Dəhlizi vasitəsilə çatdırılır. Mövcud göstəricilərə görə 2025-ci ildə Azərbaycandan Avropaya 12,8 milyard kubmetr təbii qaz ixrac edilib.

    2025-ci ildə Azərbaycanda 51,5 milyard kubmetr təbii qaz hasil edilib. Hasilatın 14,1 milyard kubmetri “Azəri-Çıraq-Günəşli”nin, 27,9 milyard kubmetri “Şahdəniz”in, 1,6 milyard kubmetri “Abşeron” yatağının, 7,9 milyard kubmetri isə SOCAR-ın payına düşüb.Bu dövrdə qaz ixracı isə 25,2 milyard kubmetr təşkil edib. Bundan 12,8 milyard kubmetr Avropaya, 9,6 milyard kubmetr Türkiyəyə (o cümlədən TANAP-la 5,6 milyard kubmetr), 2,3 milyard kubmetr Gürcüstana, 0,5 milyard kubmetr isə Suriyaya ixrac edilib. Avropanın enerji təhlükəsizliyini gücləndirmək istəyi fonunda bu həcmlərin artırılması və yeni uzunmüddətli müqavilələrin bağlanması ehtimalı yüksəlir.

    Daxili yanacaq bazarında isə vəziyyət bir qədər fərqlidir. Azərbaycanda benzin və dizelin qiymətləri bazar mexanizmləri ilə deyil, dövlət tərəfindən tənzimlənir və bu qərarlar Tarif Şurası tərəfindən qəbul olunur. Hazırda Aİ-92 benzinin qiyməti 1.10 manat, dizelin qiyməti isə 1.00 manat səviyyəsindədir. Qlobal bazarda neftin bahalaşması daxili qiymətlərin dərhal dəyişməsi demək deyil. Lakin qiymətlər uzun müddət yüksək səviyyədə qalarsa, dövlət subsidiyalarının artması və müəyyən müddətdən sonra qiymətlərin yenidən nəzərdən keçirilməsi ehtimalı yarana bilər.

    Enerji gəlirlərinin artması ölkənin valyuta bazarına da təsir göstərir. Azərbaycanın ixrac strukturunda neft və qazın payı təxminən 85–90% təşkil edir. Bu səbəbdən enerji qiymətlərinin yüksəlməsi ölkəyə daha çox valyuta daxil olmasına, strateji ehtiyatların artmasına və manatın sabitliyinin güclənməsinə səbəb ola bilər.

    Mövcud böhran bir reallığı açıq şəkildə göstərir: müasir dünyada enerji yalnız iqtisadi resurs deyil, həm də mühüm geosiyasi güc alətidir. Yaxın Şərqdə baş verən qarşıdurmaların arxasında çox vaxt yalnız ərazi məsələləri deyil, həm də neft və qaz marşrutlarına nəzarət, strateji boğazlar və enerji infrastrukturu üzərində təsir imkanları dayanır. Analitiklərin fikrincə, əgər Hörmüz boğazında gərginlik uzun müddət davam edərsə, neftin qiymətinin 150 dollar və daha yüksək səviyyələrə yüksəlməsi ehtimalı istisna edilmir. Bu isə qlobal iqtisadiyyatda yeni inflyasiya dalğası və iqtisadi artımın zəifləməsi riskini artırır.

    Beləliklə, gündəlik 20 milyon barel həcmində potensial enerji təchizatı itkisi ilə bağlı risk təkcə enerji bazarı üçün deyil, ümumilikdə dünya iqtisadiyyatı üçün böyük sınaq hesab olunur. Bu prosesin gələcək inkişafı isə böyük ölçüdə Yaxın Şərqdəki geosiyasi gərginliyin hansı istiqamətdə davam edəcəyindən asılı olacaq.

    Müəllif: Aynur Qəniyeva

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email Telegram WhatsApp

    Related Posts

     BofA: Yaxın Şərqdə münaqişə davam edərsə, Brent nefti 95–120 ABŞ dolları diapazonuna yüksələ bilər

    08 Sentyabr 2026

    Motivasiya illüziyası

    07 Sentyabr 2026

    Böyük dövlət olmaq yox, böyük təsir yaratmaq: Azərbaycanın yeni strateji seçimi- Emin Əliyev yazır

    04 Sentyabr 2026

    Klassik mətbuat katibliyinin sonu: Dövlət qurumları reputasiyasını necə qorumalıdır? -Vüqar Baba yazır

    04 Sentyabr 2026
    Kateqoriyalar
    • Audit
    • Avto
    • Bank
    • Banklar
    • Bankların renkinqi
    • Birja
    • Biznes
    • Biznesmenlər
    • Bloq yazıları
    • BOKT
    • Bu günün xəbərləri
    • Büdcə
    • Digər
    • Dünya
    • Energetika
    • Əmlak
    • Fintex
    • Gömrük
    • İdman
    • İKT
    • İqtisadiyyat
    • Kənd Təsərüfatı
    • Kliptovalyuta
    • Marketinq
    • Mərkəzi Bank
    • Moda
    • Neft qaz
    • Nəqliyyat
    • qısa xəbərlər
    • Qlobal birjalar
    • Rəsmi
    • Rəsmi
    • Sığorta
    • Startaplar
    • Tender
    • Turizm
    • Vakansiya
    • Vergi
    • Yerli bazar
    • Yerli Bizneslər
    GDP.AZ bütün hüquqlar qorunur

    Type above and press Enter to search. Press Esc to cancel.