Apple uzunmüddətli baş direktor Tim Kukun sentyabr ayında vəzifəsini tərk edəcəyini və İdarə heyətinin sədri postuna keçəcəyini bildirib.
GDP xəbər verir ki, gözlənildiyi kimi, Tim Kuku Apple-ın aparat mühəndisliyi üzrə baş vitse-prezidenti Con Ternus əvəz edəcək. Ternus sentyabrın 1-dən etibarən şirkətin yeni baş direktoru kimi fəaliyyətə başlayacaq.
Tim Kuk 2011-ci ildə Stiv Cobsdan təhvil aldığı Apple-ı dünyanın ən dəyərli şirkətlərindən birinə çevirib. Onun rəhbərlik dövründə Apple bir neçə dəfə trilyon dollarlıq bazar dəyərini keçib, yeni məhsul kateqoriyaları — Apple Watch və AirPods kimi qurğular — təqdim edilib.
Con Ternus isə Apple-da uzun illərdir çalışan təcrübəli mühəndis və rəhbər şəxslərdən biridir. Onun baş direktor təyin edilməsi şirkətin məhsul inkişafına və texnoloji yeniliklərə verəcəyi önəmin göstəricisi kimi dəyərləndirilir.

