Close Menu
    What's Hot

    Azərbaycan və Dünya Bankı əməkdaşlığı genişləndirir – yeni istiqamətlər müzakirə edilib

    10 Sentyabr 2026

    ARDNF Çin-ASEAN Birgə İnvestisiya Şurasının təsisçi üzvü olub

    10 Sentyabr 2026

    “Unibank”ın sədr müavini vəzifədən ayrılıb

    10 Sentyabr 2026
    Trending
    • Azərbaycan və Dünya Bankı əməkdaşlığı genişləndirir – yeni istiqamətlər müzakirə edilib
    • ARDNF Çin-ASEAN Birgə İnvestisiya Şurasının təsisçi üzvü olub
    • “Unibank”ın sədr müavini vəzifədən ayrılıb
    • İlham Əliyev Qaradağ rayonunda kağız və gigiyenik məhsulların istehsalı müəssisəsinin açılışında iştirak edib
    • Brent neftinin qiyməti 102 , WTI isə 97 ABŞ dollarını keçib
    • FED gözləntilərin əksinə olaraq gələn həftə faiz dərəcəsini 25 baza bəndi artıra bilər
    • Azərbaycanla Dünya Bankı arasında 53 layihəyə 4,9 milyard dollar ayrılıb- Sahil Babayev Dünya Bankının Cənubi Qafqaz üzrə regional direktoru ilə görüşüb
    • Şəxsi baqaj üçün gömrük bəyannaməsi qaydaları yeniləndi, yeni qayda 30 gündən sonra qüvvəyə minəcək
    Gdp.azGdp.az
    • Ana səhifə
    • Rəsmi
    • Bank
      1. Mərkəzi Bank
      2. Banklar
      3. BOKT
      4. Fintex
      5. Bankların renkinqi
      Featured

      Azərbaycan və Dünya Bankı əməkdaşlığı genişləndirir – yeni istiqamətlər müzakirə edilib

      10 Sentyabr 2026
      Recent

      Azərbaycan və Dünya Bankı əməkdaşlığı genişləndirir – yeni istiqamətlər müzakirə edilib

      10 Sentyabr 2026

      ARDNF Çin-ASEAN Birgə İnvestisiya Şurasının təsisçi üzvü olub

      10 Sentyabr 2026

      “Unibank”ın sədr müavini vəzifədən ayrılıb

      10 Sentyabr 2026
    • Birja
      1. Yerli bazar
      2. Qlobal birjalar
      3. Kliptovalyuta
      4. View All

      “PAŞA Kapital”da yeni təyinat

      07 Sentyabr 2026

      Azərbaycan kapital bazarında yeni dinamika: Bakı Fond Birjasının dövriyyəsi azalıb, əqd sayı artıb

      07 Sentyabr 2026

      Milli Depozit Mərkəzi Avropa Mərkəzi Depozitarlar Assosiasiyasına üzv olub

      01 Sentyabr 2026

      Azərbaycanda 4 illik dövlət istiqrazlarının gəlirliliyi 91 baza bəndi azalıb

      21 Avqust 2026

      Brent neftinin qiyməti 102 , WTI isə 97 ABŞ dollarını keçib

      10 Sentyabr 2026

      Neft bazarında risk artır: Brent 100 dollar sərhədində

      09 Sentyabr 2026

      Xarici investorlar ABŞ istiqrazlarını satır: uzunmüddətli gəlirlilik 20 ilin maksimumuna çatıb

      09 Sentyabr 2026

      Neft İran və ABŞ arasında gərginlik fonunda bahalaşmaqda davam edir

      09 Sentyabr 2026

      Citi yaponiyalı korporativ müştərilər üçün blokçeyn ödənişlərini işə salır

      09 Sentyabr 2026

      Tramp tərəfdarının bitkoin şirkətində böyük çöküş: səhmlər 99% ucuzlaşdı

      03 Sentyabr 2026

      Coinbase “Apple” və “NVIDIA” səhmlərini tokenləşdirdi

      25 Avqust 2026

      Bitcoin bir neçə həftədən sonra ilk dəfə 69 min dolların altına düşüb

      02 İyun 2026

      Brent neftinin qiyməti 102 , WTI isə 97 ABŞ dollarını keçib

      10 Sentyabr 2026

      Neft bazarında risk artır: Brent 100 dollar sərhədində

      09 Sentyabr 2026

      Xarici investorlar ABŞ istiqrazlarını satır: uzunmüddətli gəlirlilik 20 ilin maksimumuna çatıb

      09 Sentyabr 2026

      Citi yaponiyalı korporativ müştərilər üçün blokçeyn ödənişlərini işə salır

      09 Sentyabr 2026
    • İqtisadiyyat
      1. Büdcə
      2. Vergi
      3. Kənd Təsərüfatı
      4. Nəqliyyat
      5. Energetika
      6. Neft qaz
      7. Əmlak
      8. Audit
      9. İKT
      Featured

      Azərbaycan iqtisadiyyatı1,2% böyüyüb amma artım tempi bir qədər zəifləyib

      09 Sentyabr 2026
      Recent

      Azərbaycan iqtisadiyyatı1,2% böyüyüb amma artım tempi bir qədər zəifləyib

      09 Sentyabr 2026

      Dövlət təşkilatlarının ödənişli xidmətlərindən büdcəyə 481 milyon manat daxil olub

      08 Sentyabr 2026

      Dövlət əmlakı üzrə büdcə daxilolmaları proqnozu 23,8 faiz üstələyib

      08 Sentyabr 2026
    • Sığorta
    • Biznes
      • Rəsmi
      • Yerli Bizneslər
      • Biznesmenlər
      • Startaplar
      • Gömrük
      • Tender
    • Vakansiya
    • Digər
      • Marketinq
      • Turizm
      • Moda
      • İdman
      • Bloq yazıları
    Gdp.azGdp.az
    Ana səhifə » Digər » Azərbaycanda “smart büdcələr” dövrü. Niyə bizneslər artıq sadəcə like sayına inanmır və rəqəmsal marketinqdən nə gözləmək lazımdır?
    Bloq yazıları

    Azərbaycanda “smart büdcələr” dövrü. Niyə bizneslər artıq sadəcə like sayına inanmır və rəqəmsal marketinqdən nə gözləmək lazımdır?

    18 İyun 2026
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    Azərbaycanın rəqəmsal bazarı sürətlə inkişaf edir və yetkinləşir. “Targertinqə daha çox pul tökməklə” uğura asanlıqla nail olmağın mümkün olduğu günlər tədricən keçmişdə qalır. Indi  texnologiya, dəqiq siqnallar və ölçüləbilən nəticələr ön plana çıxır.

    Biz marketinqə yanaşmaların necə dəyişdiyi, şirkət rəhbərlərinin rəqəmsal marketinq haqqında niyə daha çox məlumatlı olduğu və yeni texnologiyaların gündəlik biznes əməliyyatlarını necə dəyişdirdiyi haqqında Aleph Azərbaycan-ın icraçı direktoru Tural Kərimovla danışdıq.

    Bölünmə əvəzinə sinergiya: marketinq necə təkamül edir

    — Tural, cəmi bir neçə il əvvəl Bakıda ofislərdə dəqiq bir bölgü görmək adi hal idi: TV, bilbordlar və radio ilə məşğul olan ənənəvi marketinq şöbəsi və haradasa bununla paralel sosial media reklamlarını idarə edən “rəqəmsal mütəxəssis”. Bu gün vəziyyət necə görünür?

    — OOH reklamı, TV və radio kimi ənənəvi kanallar əlbəttə ki, yoxa çıxmayıb. Onlar Azərbaycandakı bir çox böyük brendlər üçün media miksin mühüm hissəsi olaraq qalır. Lakin onların xarakteri əhəmiyyətli dərəcədə dəyişib.

    Sürətli bir təkamül baş verib: ənənəvi və rəqəmsal marketinq arasındakı sərhəd getdikcə daha çox itir. İndi onlar artıq bir-birindən təcrid olunmuş şəkildə effektiv fəaliyyət göstərə bilmirlər.

    Müasir marketinq, rəqəmsal olmağa məhkumdur. Əgər sizin biznesiniz və ya marketinq alətiniz istehlakçının smartfonunda yoxdursa, deməli siz sadəcə mövcud deyilsiniz.

    Keçmişdə şirkətlər bir gənci işə götürərdilər ki, “sosial mediamızı idarə edib post qoysun”. Bugün isə istənilən güclü marketoloq analitika, platforma alqoritmləri və satış qıfları (funnels) haqqında dərin anlayışa malik olmalıdır. Biz rəqəmsalın artıq alternativ kanal deyil, bütün biznesin fundamenti olduğu tam bir sinergiya mərhələsinə çatmışıq.

    Biz sinergiyanın vacib olduğu elə bir nöqtədəyik ki, dijital artıq sadəcə “sosial medianın idarə edilməli olduğu kanallardan biri” olmaqdan çıxıb. O, birləşdirici halqaya çevrilib. Bugün hər hansı uğurlu oflayn kampaniya qaçılmaz olaraq bu və ya digər formada onlayn şəkildə davam edir.

    Nəticə etibarilə, mütəxəssislərə olan tələblər də dəyişir. Rəqəmsal marketoloq şirkətin ümumi biznes strategiyasını anlamalı, ənənəvi marketoloq isə TV və OOH auditoriyasının axtarış mühərriklərinin tələbinə və onlayn satışlara necə çevrildiyini başa düşməlidir. Bunların hamısı isə vahid nəticəyə fokuslanmış komandanın işidir.

    Boşa xərclənmiş büdcə yoxsa ROAS: Niyə daha ağıllı xərcləyənlər qazanır?

    — Bazarda bir inanc var ki, üstünlüyü əldə etməyə məhz ən böyük büdcəyə malik şirkətlər nail olur. Bu yanaşma Azərbaycanda hələ də işləyirmi?

    — Vəziyyət dəyişib. Biz elə bir dövrə qədəm qoymuşuq ki, təkcə büdcənin həcmi liderliyə zəmanət vermir. Bir şirkət on minlərlə manat büdcə ayıra, onları boşa verə xərcləyə və axırda da heç vaxt satışa çevrilməyən impression-larla dolu gözəl bir hesabat ala bilər. Və ya zərgər dəqiqliyi ilə fərqlənən bir yanaşma tətbiq edə bilər.

    İndi ağılla sərmayə yatıranlar — mütləq deyil ki, daha çox pul xərcləyənlər — irəli gedir.

    “Smart” yanaşmanı xaotik yanaşmadan nə fərqləndirir?

    • Texnologiya liderliyi: Yeni reklam formatlarını və platformaların beta funksiyalarını ilk sınaqdan keçirənlər.
    • Məlumat-təkanlı (data-driven) icra: Düzgün piksel tətbiqi, offlayn konversiyanın izlənməsi və platforma alqoritmlərinə dəqiq siqnal ötürülməsi.
    • Kreativ strategiya: Reklam sadəcə insanların qarşısına çıxmamalıdır — o, həm də auditoriyanın həqiqi insaytları ilə əlaqə qurmalıdır.

    Pikselləriniz və siqnallarınız düzgün konfiqurasiya edildikdə, TikTok və Meta alqoritmləri ən sadiq potensial müştərilərinizi avtomatik olaraq müəyyənləşdirə və onlara çata bilər. Nəticədə, 2000 manat büdcəsi olan, lakin güclü texniki bazaya malik bir marka, bir milyonluq auditoriyanı reklam kreativləri ilə gecə-gündüz bombalayan böyük bir şirkətdən əhəmiyyətli dərəcədə daha yüksək ROAS (Reklam Xərclərinin Gəlirliliyi) əldə edə bilər.

    Biznesin yetkinliyi: CEO-lar və marketoloqlar eyni dildə danışanda

    — Son illərdə biznes sahibləri və marketoloqlar arasındakı münasibətlər necə dəyişib? Biznes icması data dilində daha səlis danışmağa başlayıbmı?

    — Çox müsbət bir dəyişiklik baş verir. Keçmişdə marketinq ictimaiyyəti sahibkarları inandırmaq üçün xeyli əziyyət çəkirdi: “Müdir, zəhmət olmasa, bu dəfə rəqəmsal marketinqi də sınayaq — bu, satışları artırır.”

    Bugün isə biz bunun əksini görürük. Bizneslər və CEO-ların özləri marketoloqları aktiv şəkildə təşviq edir və qabağa itələyir.

    TikTok və ya Google kimi alətlər o qədər əlçatan və şəffaf olub ki, top menecerlər və biznes sahibləri artıq bu platformaların arxasındakı fundamental məntiqi başa düşürlər. Şirkət direktoru axşam smartfonunda öz lentini skroll edir, yeni bir trend və ya reklam formatı görür və ertəsi gün səhər marketinq komandasına konkret sualla gəlir:

    “Xeyir ola biz bu alətdən hələ də istifadə etmirik? Bizim kastom auditoriyalarımız (custom audiences) necə konfiqurasiya olunub?”

    Bizneslər daha tələbkar olublar. Onlar marketoloqlardan sürət, innovasiya və aydın biznes nəticələri gözləyirlər. Bütün bazar boyu gözləntilərin standartı əhəmiyyətli dərəcədə yüksəlib ki, bu da çox müsbət bir haldır.

    Süni İntellekt: rəqib deyil, həmkar

    — Madam ki innovasiyadan danışırıq, hazırda süni intellekt ətrafında çoxlu mübahisələr var. Bəzi marketoloqlar və dizaynerlər AI-nin onların işlərini əllərindən alacağından narahatdır. Bu narahatlıqlar əsaslıdırmı?

    — Qətiyyən yox. “Süni intellekt gələcəkdir” deməyin özü artıq köhnəlib. AI bizim bugünümüzdür – o artıq buradadır. Və ondan qorxmaq üçün heç bir səbəb yoxdur.

    AI çörəyi əlinizdən almağa gələn bir düşmən deyil. O, sizin ən sürətli həmkarınız və ən səmərəli assistentinizdir.

    AI sayəsində bugün əhəmiyyətli dərəcədə daha çox kontent yaradılır, vebsaytlar daha sürətli qurulur və mobil tətbiqlər daha effektiv optimallaşdırılır. Fərziyyələrin sınaqdan keçirilmə sürəti kəskin şəkildə artıb.

    Bu isə imkan verir ki, vaxtımızı daha vacib olan şeylərə – strategiya və kreativ düşüncəyə ayıraq.

    Yerli çağırışlar üçün Qlobal ekspertiza

    — Bəs bazarımızın bu yeni standartlara uyğunlaşmasında Aleph hansı rolu oynayır?

    — Bizim missiyamız yerli bazarı yüksək qlobal standartlara cavab vermək üçün lazımi alətlərlə təmin etməkdir. Bu sahədə qlobal lider olaraq Aleph, Azərbaycan bizneslərə enterprise (korporativ) səviyyəli texnologiyalara çıxış imkanı verir.

    Yerli agentliklər, fərdi şirkət üçün texniki və ya resurs məhdudiyyətlərinə görə sıfırdan qurulması son dərəcə çətin olan həlləri, biz qlobal təcrübə ilə təsdiqlənmiş şəkildə təqdim edirik.

    Bu imkan verir ki, yerli brendlər lazımsız eksperimentlər və ya həddindən artıq xərclər çəkmədən premium, yüksək texnologiyalı marketinq ekosistemləri qura bilsinlər.

    İnkişaf üçün əsas istiqamət

    — Yekunlaşdırsaq, bugün böyümək və rəqabətədavamlı qalmaq istəyən Azərbaycan brendlərinə verəcəyiniz ən vacib məsləhət nə olardı?

    — Avtomatlaşdırmadan qorxmayın və həmişə dataya arxalanın.

    Rəqəmsal marketinq sehrli çubuq deyil – o, istehlakçı psixologiyası ilə birləşən xalis riyaziyyatdır.

    Like dalınca, çoxlu view arxasınca qaçmağı dayandırın. Yüksək keyfiyyətli analitikanın tətbiqinə sərmayə qoyun, düzgün siqnalları toplayın və auditoriyanızla onların ən çox vaxt keçirdiyi platformalarda səmimi dialoq qurun.

    Məhz öyrənməyə, rutin prosesləri avtomatlaşdırmağa və hər kəsdən daha sürətli uyğunlaşmağa hazır olanlar bazara hakim olacaq.

     

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email Telegram WhatsApp

    Related Posts

     BofA: Yaxın Şərqdə münaqişə davam edərsə, Brent nefti 95–120 ABŞ dolları diapazonuna yüksələ bilər

    08 Sentyabr 2026

    Motivasiya illüziyası

    07 Sentyabr 2026

    Böyük dövlət olmaq yox, böyük təsir yaratmaq: Azərbaycanın yeni strateji seçimi- Emin Əliyev yazır

    04 Sentyabr 2026

    Klassik mətbuat katibliyinin sonu: Dövlət qurumları reputasiyasını necə qorumalıdır? -Vüqar Baba yazır

    04 Sentyabr 2026
    Kateqoriyalar
    • Audit
    • Avto
    • Bank
    • Banklar
    • Bankların renkinqi
    • Birja
    • Biznes
    • Biznesmenlər
    • Bloq yazıları
    • BOKT
    • Bu günün xəbərləri
    • Büdcə
    • Digər
    • Dünya
    • Energetika
    • Əmlak
    • Fintex
    • Gömrük
    • İdman
    • İKT
    • İqtisadiyyat
    • Kənd Təsərüfatı
    • Kliptovalyuta
    • Marketinq
    • Mərkəzi Bank
    • Moda
    • Neft qaz
    • Nəqliyyat
    • qısa xəbərlər
    • Qlobal birjalar
    • Rəsmi
    • Rəsmi
    • Sığorta
    • Startaplar
    • Tender
    • Turizm
    • Vakansiya
    • Vergi
    • Yerli bazar
    • Yerli Bizneslər
    GDP.AZ bütün hüquqlar qorunur

    Type above and press Enter to search. Press Esc to cancel.