ABŞ-ın aparıcı investisiya banklarından biri olan “Goldman Sachs” süni intellektə (AI) və məlumat emalı mərkəzlərinə yatırılan investisiyaların iqtisadi təsirinin 2027-ci ildə maksimum həddə çatacağını proqnozlaşdırır. Bundan sonra qlobal maliyyə bazarları və ABŞ iqtisadiyyatı ciddi dayanıqlılıq sınağı ilə üzləşə bilər.
GDP xəbər verir ki, bankın proqnozuna əsasən, son iki ildə süni intellekt texnologiyalarına və məlumat emalı mərkəzlərinin inkişafına yönəldilən kapital xərcləri ABŞ iqtisadiyyatının böyüməsində və iri texnologiya şirkətlərinin mənfəətinin artmasında mühüm rol oynayıb.
Lakin 2027-ci ildə bu investisiyaların artım tempinin zəifləməsi iqtisadi fəallığa və fond bazarlarının dinamikasına mənfi təsir göstərə bilər.
Daha əvvəl dünyanın ən böyük aktivlərin idarə edilməsi şirkətlərindən biri olan “BlackRock”un baş icraçı direktoru da süni intellektə və məlumat emalı mərkəzlərinə investisiyaların azalmasının ABŞ iqtisadiyyatı üçün ciddi risklər yarada biləcəyi barədə xəbərdarlıq edib.
Məşhur investor Pol Tudor Cons (Paul Tudor Jones) isə 2027-ci il ərzində ABŞ fond bazarında səhmlərin ucuzlaşmasına hesablanmış qısa mövqelər açmağa hazır olduğunu bildirib.
Analitik yanaşmaya görə, süni intellekt sektoruna kapital axınının maksimum həddə çatması iqtisadi artımı dəstəkləyən əsas amillərdən birinin zəifləməsinə səbəb ola bilər. Bu isə xüsusilə texnologiya şirkətlərinin bazar dəyərinə və investorların gələcək mənfəətlə bağlı gözləntilərinə təsir göstərə bilər.
Bununla belə, sözügedən proqnoz fond bazarlarında qaçılmaz böhran və ya kəskin çöküş gözləntisi kimi qiymətləndirilmir.
Əsas məsələ 2027-ci ildən etibarən süni intellekt sahəsinə yatırılan böyük həcmli investisiyaların real iqtisadi səm

