2024-cü ilin may ayında istehlak qiymətləri indeksi aprel ayına nisbətən 0,1 faiz azalıb. Yanvar-may aylarında isə əvvəlki ilin müvafiq dövrünə nisbətən 0,6 faiz artıb.
GDP xəbər verir ki, Dövlət Statistika Komitəsi ()DSK) istehlak bazarında qiymətlərin dəyişməsi haqqında məlumat yayıb.
Komitədən bildirilir: 2024-cü ilin may ayında qida məhsulları, içkilər və tütün məmulatları üzrə istehlak qiymətləri indeksi əvvəlki aya nisbətən 0,7 faiz, yanvar-may aylarında isə əvvəlki ilin müvafiq dövrünə nisbətən 0,8 faiz azalıb (deflyasiya).