Close Menu
    What's Hot

    İlham Əliyev Qaradağ rayonunda kağız və gigiyenik məhsulların istehsalı müəssisəsinin açılışında iştirak edib

    10 Sentyabr 2026

    Brent neftinin qiyməti 102 , WTI isə 97 ABŞ dollarını keçib

    10 Sentyabr 2026

    FED gözləntilərin əksinə olaraq gələn həftə faiz dərəcəsini 25 baza bəndi artıra bilər

    09 Sentyabr 2026
    Trending
    • İlham Əliyev Qaradağ rayonunda kağız və gigiyenik məhsulların istehsalı müəssisəsinin açılışında iştirak edib
    • Brent neftinin qiyməti 102 , WTI isə 97 ABŞ dollarını keçib
    • FED gözləntilərin əksinə olaraq gələn həftə faiz dərəcəsini 25 baza bəndi artıra bilər
    • Azərbaycanla Dünya Bankı arasında 53 layihəyə 4,9 milyard dollar ayrılıb- Sahil Babayev Dünya Bankının Cənubi Qafqaz üzrə regional direktoru ilə görüşüb
    • Şəxsi baqaj üçün gömrük bəyannaməsi qaydaları yeniləndi, yeni qayda 30 gündən sonra qüvvəyə minəcək
    • Mərkəzi Bank xüsusi tənzimləmə rejimi üzrə müraciətlərin sayını açıqlayıb
    • Avto-icbari sığorta üzrə ən çox şikayət edilən sığorta şirkətlərini açıqlanıb-SİYAHI
    • Azərbaycan iqtisadiyyatı1,2% böyüyüb amma artım tempi bir qədər zəifləyib
    Gdp.azGdp.az
    • Ana səhifə
    • Rəsmi
    • Bank
      1. Mərkəzi Bank
      2. Banklar
      3. BOKT
      4. Fintex
      5. Bankların renkinqi
      Featured

      FED gözləntilərin əksinə olaraq gələn həftə faiz dərəcəsini 25 baza bəndi artıra bilər

      09 Sentyabr 2026
      Recent

      FED gözləntilərin əksinə olaraq gələn həftə faiz dərəcəsini 25 baza bəndi artıra bilər

      09 Sentyabr 2026

      Mərkəzi Bank xüsusi tənzimləmə rejimi üzrə müraciətlərin sayını açıqlayıb

      09 Sentyabr 2026

      Dələduz adınıza onlayn kredit götürüb: borc kimin üzərində qalır? – Ali Məhkəmədən vacib açıqlama

      08 Sentyabr 2026
    • Birja
      1. Yerli bazar
      2. Qlobal birjalar
      3. Kliptovalyuta
      4. View All

      “PAŞA Kapital”da yeni təyinat

      07 Sentyabr 2026

      Azərbaycan kapital bazarında yeni dinamika: Bakı Fond Birjasının dövriyyəsi azalıb, əqd sayı artıb

      07 Sentyabr 2026

      Milli Depozit Mərkəzi Avropa Mərkəzi Depozitarlar Assosiasiyasına üzv olub

      01 Sentyabr 2026

      Azərbaycanda 4 illik dövlət istiqrazlarının gəlirliliyi 91 baza bəndi azalıb

      21 Avqust 2026

      Brent neftinin qiyməti 102 , WTI isə 97 ABŞ dollarını keçib

      10 Sentyabr 2026

      Neft bazarında risk artır: Brent 100 dollar sərhədində

      09 Sentyabr 2026

      Xarici investorlar ABŞ istiqrazlarını satır: uzunmüddətli gəlirlilik 20 ilin maksimumuna çatıb

      09 Sentyabr 2026

      Neft İran və ABŞ arasında gərginlik fonunda bahalaşmaqda davam edir

      09 Sentyabr 2026

      Citi yaponiyalı korporativ müştərilər üçün blokçeyn ödənişlərini işə salır

      09 Sentyabr 2026

      Tramp tərəfdarının bitkoin şirkətində böyük çöküş: səhmlər 99% ucuzlaşdı

      03 Sentyabr 2026

      Coinbase “Apple” və “NVIDIA” səhmlərini tokenləşdirdi

      25 Avqust 2026

      Bitcoin bir neçə həftədən sonra ilk dəfə 69 min dolların altına düşüb

      02 İyun 2026

      Brent neftinin qiyməti 102 , WTI isə 97 ABŞ dollarını keçib

      10 Sentyabr 2026

      Neft bazarında risk artır: Brent 100 dollar sərhədində

      09 Sentyabr 2026

      Xarici investorlar ABŞ istiqrazlarını satır: uzunmüddətli gəlirlilik 20 ilin maksimumuna çatıb

      09 Sentyabr 2026

      Citi yaponiyalı korporativ müştərilər üçün blokçeyn ödənişlərini işə salır

      09 Sentyabr 2026
    • İqtisadiyyat
      1. Büdcə
      2. Vergi
      3. Kənd Təsərüfatı
      4. Nəqliyyat
      5. Energetika
      6. Neft qaz
      7. Əmlak
      8. Audit
      9. İKT
      Featured

      Azərbaycan iqtisadiyyatı1,2% böyüyüb amma artım tempi bir qədər zəifləyib

      09 Sentyabr 2026
      Recent

      Azərbaycan iqtisadiyyatı1,2% böyüyüb amma artım tempi bir qədər zəifləyib

      09 Sentyabr 2026

      Dövlət təşkilatlarının ödənişli xidmətlərindən büdcəyə 481 milyon manat daxil olub

      08 Sentyabr 2026

      Dövlət əmlakı üzrə büdcə daxilolmaları proqnozu 23,8 faiz üstələyib

      08 Sentyabr 2026
    • Sığorta
    • Biznes
      • Rəsmi
      • Yerli Bizneslər
      • Biznesmenlər
      • Startaplar
      • Gömrük
      • Tender
    • Vakansiya
    • Digər
      • Marketinq
      • Turizm
      • Moda
      • İdman
      • Bloq yazıları
    Gdp.azGdp.az
    Ana səhifə » Biznes » Tural Yusifov yeni yaratdığı startap barədə: “Bunun qlobal layihə olduğuna inanırıq”
    Biznes

    Tural Yusifov yeni yaratdığı startap barədə: “Bunun qlobal layihə olduğuna inanırıq”

    21 İyun 2024
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    Tural Yusifov və şəriki Ramin Səfərov Azərbaycan, eyni zamanda qlobal səviyyədə problem olan iqlim dəyişikliyinin əsas səbəblərindən birinə çevrilmiş yaşıllıqların və meşə sahələrinin azalması probleminə optimal həll təklif edən “Green Public” startapını yaradıb. Starpın əsas hədəfi insanların ağac əkmə istəyinin dəyərləndirlərək onlara ən doğru formada kömək etməkdir.

    Bu barədə fikirlərini  GDP ilə “Green Public”in yaradıcılarından biri  “AvtoStop” layihəsinin rəhbəri Tural Yusifov bölüşüb

    Sizin yaratmağı planlaşdırdığınız startap hansı problemin həllinə yönəlib?

    – Bizim yaratdığımız “Green Public” startupı yaşıl dünyanın inkişafına dəstək olmaq məqsədi ilə yaradılıb.  “Green Public” mən Tural Yusifov və mənim şərikim Ramin Səfərov tərəfindən fikirləşilən və həyata keçirilməyə çalışılan bir layihədir. Burada əsas məsələ, bitki ilə zəngin ərazilərin artırılmasıdır.

    Dövlətlər bu məsələni həyata keçirmək üçün müxtəlif bürokratik proseslərdən keçməlidirlər, büdcə təsdiqləmələri etməli və digər tədbirlər görməlidirlər. Ancaq adi insanlar da həyata keçirdikləri ağac əkmə təşəbbüsləri ilə yaşadıqları ərazidə, şəhərdə, bütövlükdə ölkədə və dünyada yaşıl ərazilərin artmasına dəstək ola bilərlər. Məsələn; Polşada, sadə vətəndaşlar və qeyri-hökumət təşkilatları 1 il ərzində 15 milyon ağac əkib.

    Startapınızın fəaliyyət mexanizmi və iş prinsipi necə olacaq?

    -Bizim təqdim etdiyimiz startup, adi insanların ağac əkmə arzularına cavab vermək üçün nəzərdə tutulub. Məsələn; siz yaşadığınız ərazidə harada və necə ağac əkəcəyinizə dair məlumatı yalnız bizim təqim etdiyimiz platforma – “Green Public”dən  əldə edə bilərsiniz. Bu platformada ağacları satan və yaşıl ərazilərin salınması sahəsində fəaliyyət göstərən şirkətlər də qeydiyyatdan keçə bilər.

    Bununla yanaşı “Green Public”ə abunə olaraq ağac əkənlərə maliyyə dəstəyi göstərmək mümkündür. Məsələn; ayda 5 dollar ödəyərək şəxsin öz hesabına ağac əkilməsinə maddi dəstək göstərdikdə ödənilən maliyyə vəsaiti ilə ağac əkildikdə ödəniş etmiş şəxslərə məlumatlar göndəriləcək. Qeyri-hökumət təşkilatları, könülülər və ağac əkənlər hər bir ayın sonunda ianə edənlərə əkilən ağacların sayı, yeri barədə məlumatların əks olunduğu hesabatlar göndərəcəklər.

    ““Green Public” dən istifadəçilər  ən yaxın ağac əkilmə məntəqəsini onlayn şəkildə tapa və elektron formada ödəniş edərək həmin ağacları əldə edə bilər“

    Sistem həmçinin süni intellekt vasitəsi ilə hər hansı ərazidə və ya ağac əkmək istədiyiniz yerdə həyat standartları və ağac sayı nisbətini, nə qədər ağacın əkilməsinə ehtiyac olduğunu göstərir. Məsələn; Bakı və Abşeron yarımadasında əhalinin sayına görə hər 10 nəfərə 1.5 ağac düşür əslində isə bir şəhərdə hər sakinə 7 ağac düşməlidir. Həmçinin “Green Public” ərazilərdə coğrafi mövqeyi nəzərə alınaraq hansı növ ağacların əkilməsinin daha əlverişli olmasını istifadəçiyə göstərəcək. Məsələn; zeytun, badam, nar və s. ağaclar.

    “Məqsədimizdən biri də adi istifadəçləri parkların salınmasını təşviq etməkdir”

    Bizim məqsədimizdən biri də adi istifadəçləri parkların salınmasını təşviq etməkdir. Yəni əsasən ölkəmizdə meşə parklarının yaradılmasını təşviq etmək, vətəndaşların bu işdə fəallığına nail olmaq bizim hədəflərimizə daxildir. “Green Public” startupının fəaliyyət mexanizmi və iş prinsipi belə olacaq. Buna görə də, biz Ramin bəylə görüşdük və qeyd etdiyim ideyalar ətrafında müzakirələr apardıqdan sonra bu sahədə güclərimizi birləşdirəcəyimizə qərar verdik.

    Hazırda investisiya cəlb edə bilmisiniz və investisiya cəlbi üçün hansı planlarınız var?

    –  “Green Public” startapı üçün hələ kiçik də olsa investisiya cəlb edilməyib. Bu, yalnız bizim, Ramin bəyin daxili gücləri ilə həyata keçirilən bir layihədir. Ancaq xarici akselerasiya proqramlarına sorğular göndərərək investisiya cəlb etmək istəyirik. Hazırda təxminən 30 müraciət göndərilib və 5 akselerasiya proqramının marağına nail olmuşuq. İndi fərqli aspekltərdə danışıqlar aparılır və biz iş planımızı onlara təqdim edəndə, növbəti mərhələlərə yəqin ki, qədəm qoyacağıq.

    Sizin startapın dünyada analoqu mövcuddur? İdeya necə yarandı?

    -Dünyada bu startupların analogları mövcuddur, amma bizim təqdim etdiyimiz formada deyil. İdeya təxminən 4 il əvvələ aiddir, Covid-19 pandemiyası zamanı yaranıb.

    “Bilmədik ağacı haradan alaq; Bu sualla «düşdük yaşadığımız qəsəbənin çöllərinə»”

    Pandemiya müddətində insanlar evə bağlandı və həyat yoldaşım Səma Abiyeva ilə birgə ağac əkmək qərarına gəldik. İlk növbədə bilmədik ağacı haradan alaq; Bu sualla «düşdük yaşadığımız qəsəbənin çöllərinə» ağac satanları tapdıq.

    Sonradan, həyat yoldaşım Səma Abıyeva, öz izləyiciləri ilə ağac əkmə kampaniyaları başladıqda, bu işdə də problemlər yaşandı. Harda ağac əkə bilərik? Bununla bağlı ayrı bir  problem yarandı. Sonradan yaşıllaşdırma idarəsində adamlar tapdıq. Məlum oldu ki, biz ağac əkmək istədiyimiz ərazidə ağac əkə bilmərik, orada ağac əkmək mümkün deyil. Ora hər hansı bir təşkilatın ərazisidir.

    “Biz bütün bu problemlərə optimal və asan həll kimi yolunu axtarmağa çalışdıq”

    Elektron qeydiyyat və sistem olmadığı üçün biz bütün bu problemlərə optimal və asan həll kimi yolunu axtarmağa çalışdıq. Fikirləşdik ki, biz işimizi necə asanlaşdıra bilərik?. Azərbaycanda bu problem yaşandığı kimi, digər ölkələrdə də yaşanmış ola bilər. Dünyada iş adamlarını birləşdirən platformalar var, sosial şəbəkələr var və ağac əkən insanları da birləşdirən platformalar olmalıdır. Sonra biz araşdırdıq ki, məsələn, dünyada ən çox ağac əkənlər Polşada olan bir icmadır amma onların belə bir əlaqələndirmə vasitəsi yoxdur. Onlar WhatsApp qruplarında və ya Telegram kanallarında əlaqə qururlar. Lakin bu, həmişə əlçatan bir şey deyil. Biz Ramin bəylə görüşdük və bu məsələni müzakirə etdikdən sonra qərar verdik ki, güclərimizi birləşdirək.

    “Startapımızın kodu açıq olacaq”

    Ramin bəy, Azərbaycanın ən güclü developerlərindən biri olaraq tanınır və hazırda təlimlə məşğul olur.Bu işi 3 ay ərzində bu startapı uğurla təqdim etdik. Onu da qeyd edim ki, startapımızın kodu açıq olacaq. Misal üçün, Braziliyada hər hansı bir şəxs, ağac əkənləri birləşdirmək istəyir. Həmin şəxs bizim kodumuzdan rahatlıqla istifadə edə biləcək. Misal üçün «”Green Public” Rio de Janeiro», o cümlədən bizim ölkədə belə şəxs olsa o da «”Green Public” Azərbaycan» ,Türkiyədə eyni zamanda dünyanın digər istənilən ölkəsində bu təşəbbüslə çıxış edən şəxslər bizim startapdan istifadə edərək təşkilatlana və ağac əkmək kimi vacib işdə birgə iştirak edə bilər.

    Bizim fəlsəfəmiz necə ki, təhlükəsizlik kəmərinin yaradıcısının onun patentini açıq qoyaraq bütün insanların istifadəsinə verilməsi kimidir. Yalnız bəzi xidmət haqları ilə maliyyələşməyi nəzərdə tuturuq.

    Quruculuq və iş prosesini yerli yaxud beynəlxalq mütəxəssilərlə etibar etmisiniz?

    – Beynəlxalq mütəxəssislərdən istifadə etmirik. Bütün işlərimizi yerli mütəxəssislər ilə həyata keçiririk. İlk olaraq iki qadın UX dizaynerin xidmətindən yararlanmışıq.Azərbaycanda kod yazan və Front end proqramçılarının köməyindən istifadə etmişik.

    Perspektivdə sizin qurucusu olduğunuzu startapın irihəcmli işəgötürən olmaq etimalı nə qədərdir?

      – İrihəcmli işəgötürənə çevrilmək ehtimalımız çoxdur. Ona görə ki, işlədiyimiz ərazilərdə qeyri-hökumət təşkilatları ilə valantyorla işləməyi planlaşdırırıq.

    Bu layihənin böyüməsinin əsas hərəkətverici qüvvəsi ödənişlərin «green coin»lərlə alınmasıdır. Bildiyimiz kimi ümumiyyətlə koinlərin yaradılmasına isrihəcli enerji sərf olunur. Ancaq  «green coin»lərin yaradılmasına çox az enerji lazım olur. Ona görə də bizim tərəfindən ödəniş forması kimi həm də «green coin»lər onların az enerji sərf olunaraq, yüksək dəyərə sahib olması nəzərə alınaraq seçilib. Amma bunu da eləmək üçün də bizə mütəxəssislər lazımdır. Nə qədər iri olacağını bilmirik, amma böyük ölçüdə bunun bir qlobal layihə olduğuna inanırıq.

    “Beynəlxalq səviyyədə bir neçə investorlarla görüşməyimiz ideyamızın işlək olduğunu göstərir”

     Artıq bizə marağın olması bizə görüşlərimiz, bir neçə belə beynəlxalq səviyyədə bir neçə investorlarla görüşməyimiz ideyamızın işlək olduğunu göstərir. Sadəcə onu daha doğru istiqamətləndirmək lazım olacaq. Proqram işlək vəziyyətdədir. Hazırda yəni sadəcə bizə APİ verildiyində məsələn, Nəsimi Rayonu ərazisində ağacların elektron reyestrini saxlayan sistemlər varsa bizim sistemdən istifadə edərək Nəsimi rayonu ərazisində harda ağac əkə biləcəyinizi görə bilərsiniz. Kimdən ağac ala biləcəyiniz görə bilərsiniz . İstəyən insanlar bu sistemdən istifadə bilər. Həmçinin sistemdə ağacların əkilmə və qulluq qaydalarını öyrədən videolar və məqalələr yerləşdirilib.

    Azərbaycanda Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) tərəfindən təqdim edilən“Startap Şəhadətnaməsi” ni almaq və həmin şəhadətnaməni alan startaplaraAzərbaycan dövləti tərəfindən verilən güzəştlərdən istifadə etməyi planlaşdırırsınız?

     – Biz Azərbaycanda startap şəhadətnaməsi almağı və dövlət tərəfindən verilən vergi güzəştlərindən istifadə etmək niyyətində deyilik. Bununla bağlı hər hansı bir planımız yoxdur. Biz bu layihə yaranan gündən Azərbaycana məxsus olan amma qlobala yönəlmiş startap olmasını planlaşdırmışıq.

    Bizə ölkəmizdə fəaliyyətimizi genişləndirməyə mane olan amillərdən biri də bu proqramı dəstəkləyən dövlətin elektron hökumət, elektron reyestrinin məlumatlarının olmamasıdır. Yəni  məsələn  biz Suraxanı rayon İcra Hakimiyyəti ağac əkilməsi ilə bağlı olan yəni rayon ərazisində nə qədər ağac var? Rayon ərazisində ağacların əhaliyə nisbəti nə qədərdir? Bu məlumatı bizə verə biləcək sistem yoxdur. Yəni biz bu sistemi bizdə müvafiq göstəriciləri olmayan rayonlara, ərazilərə inteqrasiya edə bilməyəcəyik.

    “Türkiyənin Antaliya böyük şəhər Bələdiyyəsi ilə danışıqlar aparılır”

     – Hazırda Türkiyənin Antaliya böyük şəhər Bələdiyyəsi ilə bu məlumatların ötürülməsi üçün danışıqlar aparılır. Biz sistemimizi bu şəhərə inteqrasiya etmək istəyirik. Səbəb isə Antaliyanın Türkiyədə ən çox ağac əkən şəhər olmasıdır. İndi orada meyvə ağacları əkilir. Biz istəyirik ki, hazırda Türkiyənin TEMA vəqfinin (Türkiyə Eroziya ilə Mübarizə, Ağacların Əkilməsi və Təbiəti Qoruma Vakfı) vasitəsi ilə Antaliyanın müvafiq göstəricilərinə çıxışın əldə olunması üçün bizə APİ verilməsi üçün danışıqlar aparırıq.

     “Əsas məqsədimiz, xaricdən böyük investisiyalar əldə etməkdir”

     Bu baxımdan bizim əsas məqsədimiz, xaricdən böyük investisiyalar əldə etməkdir və bu məqsədə nail olmaq üçün beynəlxalq səviyyədə bir çox investorlarla görüşməyi planlamışıq. Layihəmizin işlədiyini göstəricisi olaraq, bizə maraqlı reaksiyalar gəlib və bu fikrin işlədiyini düşünürük. Sadəcə, onu daha da inkişaf etdirmək lazımdır.

    Müəllif: Aynur Qəniyeva

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email Telegram WhatsApp

    Related Posts

    ASCO-nun yarımillik maliyyə mənzərəsi: 23,4 milyon manat mənfəət, kapitalda 2% artım, pul vəsaitlərində isə 23,5% azalma

    04 Sentyabr 2026

    “Azərsun Holdinq” jurnalistlər üçün təlim keçirdi – Fotolar

    04 Sentyabr 2026

    Bu gündən ölkəyə gətirilən malların gömrük dəyəri Azərbaycan manatında bəyan ediləcək

    03 Sentyabr 2026

    Azərbaycanın Milli Etalon Vaxtının rəsmi internet səhifəsi istifadəyə verilib

    27 Avqust 2026
    Kateqoriyalar
    • Audit
    • Avto
    • Bank
    • Banklar
    • Bankların renkinqi
    • Birja
    • Biznes
    • Biznesmenlər
    • Bloq yazıları
    • BOKT
    • Bu günün xəbərləri
    • Büdcə
    • Digər
    • Dünya
    • Energetika
    • Əmlak
    • Fintex
    • Gömrük
    • İdman
    • İKT
    • İqtisadiyyat
    • Kənd Təsərüfatı
    • Kliptovalyuta
    • Marketinq
    • Mərkəzi Bank
    • Moda
    • Neft qaz
    • Nəqliyyat
    • qısa xəbərlər
    • Qlobal birjalar
    • Rəsmi
    • Rəsmi
    • Sığorta
    • Startaplar
    • Tender
    • Turizm
    • Vakansiya
    • Vergi
    • Yerli bazar
    • Yerli Bizneslər
    GDP.AZ bütün hüquqlar qorunur

    Type above and press Enter to search. Press Esc to cancel.