Fox Business News-un İqtisadi Analiz Bürosunun rəqəmlərinə istinadən verdiyi məlumata görə, ABŞ-ın dövlət borcu İkinci Dünya müharibəsindən bəri ilk dəfə ölkənin iqtisadiyyatının həcmini keçib.
31 mart 2024-cü il tarixinə olan göstəricilərə əsasən, dövlət borcu 31,27 trilyon dollar təşkil edib. Son 12 aylıq dövrdə ölkənin ümumi daxili məhsulu (ÜDM) isə 31,22 trilyon dollar olaraq qiymətləndirilir.
Beləliklə, borcun ÜDM-ə nisbəti 100 faizi ötüb və hökumət 1946-cı ildə qeydə alınmış rekord göstəriciyə – 106 faizə sürətlə yaxınlaşır. Həmin nisbət ABŞ tarixində ən yüksək göstərici olaraq qalır.

