ABŞ-ın keçmiş prezidenti Donald Trampın təşəbbüsü ilə yaradılmış “Qızıl viza” proqramı üzrə ilk namizəd təsdiqlənib.
GDP xəbər verir ki, bunu ABŞ-ın ticarət naziri Hovard Lutnik açıqlayıb.
Nazirin sözlərinə görə, hazırda bir neçə yüz namizəd isə zəruri prosedurlardan keçir. Qeyd edilib ki, vizanın özü üçün tələb olunan 1 milyon dollardan əlavə, sənədlərin rəsmiləşdirilməsi rüsumu 15 min dollar təşkil edir.“Qızıl vizalar” ölkəyə varlı əcnəbi investorları cəlb etmək məqsədi daşıyır. Proqram çərçivəsində üç variant təklif olunur:
Standart “Qızıl viza” – 1 milyon dollar,
“Platin” viza – 5 milyon dollar,
Korporativ viza – 2 milyon dollar.
Xatırladaq ki, bu proqram ənənəvi investor vizalarını əvəz etmək məqsədi ilə təklif edilib.

