Author: Aynure Gdp

2025-ci ilin əvvəlində Rusiya Federasiyası ilə tranzit müqaviləsi başa çatdıqdan sonra Azərbaycan qazının Ukrayna ərazisindən mümkün tranziti ilə bağlı konkret təkliflər yoxdur, lakin çox güman ki, onlar meydana çıxa bilər. GDP xəbər verir ki, bunu Ukraynanın energetika naziri German Qaluşenko deyib. “Bu gün Azərbaycan qazının tranziti müqaviləsi ilə bağlı konkret təklif yoxdur… Mən həmişə deyirəm ki, müzakirə oluna biləcək konkret təklif olmasa da, hələ tezdir nəyisə şərh etmək (…) Nə vaxt mümkün təşəbbüslər praktiki təkliflərə çevriləcək, o zaman danışacağıq”. Eyni zamanda, nazir Azərbaycanın Avropaya qaz ixracında çox maraqlı olduğunu vurğulayıb. “Hesab edirəm ki, Azərbaycan ixracatda çox maraqlıdır, mən onların heç…

Read More

Qarşılıqlı fəaliyyətimizin mühüm istiqamətlərindən biri də nəqliyyat-tranzit sahəsində əməkdaşlıqdır. GDP xəbər verir ki, bu barədə Prezident İlham Əliyev Qazaxıstanın paytaxtı Astanada Mərkəzi Asiya və Azərbaycan Respublikasının Dövlət Başçılarının görüşündə çıxışı zamanı bildirib. “Bakı-Tbilisi-Qars dəmir yolunun yükaşırma qabiliyyətinin 1 milyon tondan 5 milyon tonadək artırılması, Ələt Beynəlxalq Ticarət Limanının illik ötürücülük qabiliyyətinin 15 milyon tondan 25 milyon tonadək artırılması istiqamətində görülmüş işlər, Xəzər dənizində Azərbaycanın ticarət donanması üçün yeni gəmilərin sifariş edilməsi, eləcə də Mərkəzi Asiya ölkələrində infrastruktur layihələrinin həyata keçirilməsi Orta Dəhlizin praktiki cəhətdən önəmini daha da artırır”, – Prezident İlham Əliyev vurğulayıb. Azərbaycan dövlət başçısı qeyd edib ki, Qazaxıstan,…

Read More

“Euronews” telekanalı Azərbaycan Turizm Bürosu ilə əməkdaşlıq çərçivəsində hazırladığı “Qəbələdə arxeoloji möcüzələr və adrenalin dolu macəra” adlı video-reportajı yayımlayıb. GDP xəbər verir ki, reportajda qədim Qafqaz Albaniyasının paytaxtı Qəbələnin Çuxur kəndində aparılmış arxeoloji qazıntılar, tapılan saxsı qablar, təndir və digər tarixi və mədəni irs nümunələrindən bəhs olunur. Həmçinin milli mətbəx nümunələrinin dadına baxılır, onların hazırlanma qaydası və tarixi haqqında ətraflı məlumat verilir. Reportaj Qəbələnin təbiət mənzərələrinin nümayişi və turizm istirahət kompleksində kanat gəzintisi ilə davam edir. Telekanal əməkdaşı turizm istirahət kompleksində yay turizmi üzrə təqdim edilən xidmətlərdən istifadə edərək təəssüratlarını izləyicilərlə bölüşür.

Read More

“Startap” şəhadətnaməsinin verilməsi üzrə Kiçik və Orta Biznesin İnkişafı Agentliyində (KOBİA) yaradılmış Ekspertlər Şurasının növbəti iclası keçirilib. KOBİA-dan GDP-yə daxil olmuş məlumatda bildirilir ki, iclasda KOB subyektlərindən daxil olmuş 6 müraciətə baxılıb və onlardan 3-nə “Startap” şəhadətnaməsinin verilməsi barədə qərar qəbul edilib. Bunlar “Cibpay” MMC-nin çoxfunksiyalı onlayn ödəniş platforması, “Optima Business Solutions” MMC-nin elektron sənədlərin idarəedilməsi və imzalanması üçün onlayn platforması və “İxtisasSeç” MMC-nin təhsil müəssisələrinə qəbul prosesini asanlaşdıran platformasıdır. Bununla da “Startap” şəhadətnaməsi almış KOB subyektlərinin sayı 164-ə çatıb. “Startap” şəhadətnaməsi KOB subyektlərini bu sənədi aldıqları tarixdən etibarən innovasiya fəaliyyətindən əldə etdikləri gəlirlər üzrə mənfəət və ya gəlir vergisindən 3 il müddətinə azad edir. Qeyd…

Read More

Ümumilikdə, yarımillik ərzində manatın qeyri-neft sektoru üzrə nominal effektiv məzənnəsi 3% möhkəmlənib. GDP xəbər verir ki, bu barədə Azərbaycan Mərkəzi Bankının “Pul Siyasəti İcmalı”nda məlumat verilib.Məlumata görə manatın real effektiv məzənnəsi isə 2.4% ucuzlaşıb. Azərbaycandakı inflyasiyanın tərəfdaş ölkələrdəki orta inflyasiyadan aşağı olması real effektiv məzənnəyə azaldıcı təsir edib. Hesabat dövründə manatın məzənnəsi ticarət tərəfdaşı olan digər ölkələrin valyutalarına qarşı fərqli istiqamətlərdə dəyişmişdir. İkitərəfli məzənnələrin dinamikası çoxtərəfli məzənnənin dinamikasına da təsir göstərib.

Read More

Seçki prosesi siyasi kommunikasiyaların ən aktiv dövrlərindən biridir. Eyni zamanda müxtəlif platformalı namizədlər cəmiyyətə fərqli mövzularda mesajlar verirlər. Ancaq bu sahədə də strateji kommunikasiyaların qaydalarına əsasən planlı yanaşma gərəklidir. Ümumi olaraq seçici ilə kommunikasiya 3 hissəyə bölünür. Birinci, müxtəlif sahələrdə deputatlığa namizədin düşüncə və fikirlərini və ya təmsil etdiyi siyasi partiyanın yanaşmasını əks etdirən Siyasi Platforma yaradılır. Platforma mütləq şəkildə hazırlanmalıdır ki, namizdən öz kommunikasiyasını rahatlıqla qursun və böhran halları ilə qarşılaşmasın. Platformaya bəzən proqram və ya manifest adı da verirlər. Platforma nisbətən kompleks dildə hazırlanır və bütün kampaniya dövründə bütün kommunikasiyalarda – seçicilərlə görüşlər, TV və radio çıxışları, sosial…

Read More

Banklar tərəfindən nağd xarici valyutanın alqı-satqısı üzrə aparılmış əməliyyatların həcmi 2.4 mlrd. ABŞ dolları ekvivalentində olub. GDP xəbər verir ki, bu barədə Azərbaycan Mərkəzi Bankının “Pul Siyasəti İcmalı”nda məlumat verilib. Məlumata görə, bunun 87.5%-ni ABŞ dolları ilə aparılmış əməliyyatlar təşkil edib.

Read More

2024-cü ilin 6 ayında nağdsız valyuta bazarında aparılmış əməliyyatların həcmi 17.8 mlrd. ABŞ dolları ekvivalentində olub. GDP xəbər verir ki, bu barədə Azərbaycan Mərkəzi Bankının “Pul Siyasəti İcmalı”nda məlumat verilib. Məlumata görə,nağdsız valyuta əməliyyatlarının 81%-i ABŞ dollarında, 19%-i isə digər valyutalarda aparılıb. Valyuta əməliyyatlarının 28%-i banklararası valyuta bazarında (BVB), 72%-i isə bankdaxili valyuta bazarında (BDVB) həyata keçirilib.

Read More

2024-cü ilin yanvar-iyun ayları ərzində manatla pul bazasının struktur elementi olan dövriyyədəki nağd pulun həcmi 0.4%, manatla müxbir hesabların qalığı isə 10.4% azalmışdır. GDP xəbər verir ki, bu barədə Azərbaycan Mərkəzi Bankının “Pul Siyasəti İcmalı”nda məlumat verilib.Məlumata görə, Manatla geniş mənada pul kütləsinin manatla pul bazasına nisbəti ilin əvvəlinə nisbətən 1.6% artaraq 1.72 təşkil edib.

Read More