Author: Aynure Gdp

Ötən həftə ərzində (23-27 oyul) dünya bazarlarında “Azeri Light” (CIF) markalı neftin 1 barelinin orta qiyməti 85.24 ABŞ dollarına bərabər olub ki, bu da əvvəlki həftənin orta qiyməti ilə müqayisədə 3.97 dollar və ya 4.4% azdır. GDP xəbər verir ki, ötən həftə ərzində ən yüksək göstərici (bazar ertəsi) – 86.34 ABŞ dolları təşkil edib, ən minimal göstərici (cümə) isə 83.83 dollar səviyyəsində olub.

Read More

“Rabitəbank” ASC Müşahidə Şurasının 24 iyul 2024-cü il tarixli, 62 nömrəli qərarına əsasən, 2024-cü il avqust ayının 30-u, saat 17.00-da Bankın səhmdarlarının növbədənkənar ümumi yığıncağı keçiriləcəkdir.  GDP xəbər verir ki, yığıncağın gündəliyinə aşağıdakı məsələlər daxildir: 1. Yaradılması və tərkibinin dəyişdirilməsinə aid qərarvermə səlahiyyəti Müşahidə Şurasına həvalə edilmiş idarəetmə orqanları istisna olmaqla, bankın digər idarəetmə orqanlarının tərkibinin yeni redaksiyada təsdiq edilmiş “Banklarda Korporativ İdarəetmə Standartları”nın tələblərinə uyğun təsdiqi. 2. Təşkilati və cari məsələlər. Yığıncağın keçiriləcəyi ünvan– Bakı şəhəri, 28 May küçəsi 33.

Read More

26 iyul 2024-cü il tarixində keçirilməsi nəzərdə tutulan səhmdarların növbəti Ümumi Yığıncağının tarixi dəyişib. GDP xəbər verir ki, səhmdarların növbəti Ümumi Yığıncağı 29 iyul 2024-cü il tarixində saat 16:00-da “Azər Türk Bank” Açıq Səhmdar Cəmiyyətinin inzibati binasında (ünvan: Bakı şəhəri, Nəsimi rayonu, Cəlil Məmmədquluzadə küçəsi 85; 192/193) keçiriləcəkdir. Ümumi yığıncağın gündəliyi bildirişlə birgə səhmdarlara göndərilib. Məlumata görə, 16 iyul 2024-cü il tarixində Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (SOCAR) Müşahidə Şurasının növbəti iclası keçirilib. İclasda “Azər-Türk Bank” Açıq Səhmdar Cəmiyyətinin səhmlərinin 51%-nin əldə edilməsi və bununla bağlı növbəti addımlara dair təqdimat edilib, həmçinin gündəlikdə duran digər məsələlər nəzərdən keçirilib. Qeyd: “Azər-Türk…

Read More

Azərbaycan Respublikasının Maliyyə Nazirliyi “Fiç Reytingz” (Fitch Ratings) beynəlxalq kredit reyting agentliyi tərəfindən iyulun 26-da Azərbaycanın uzunmüddətli xarici valyutada reytinqinin bir pillə artırılaraq BBB-, yəni investisiya dərəcəli reytinqə yüksəldilməsi barədə qərarını təqdir edir. GDP xəbər verir ki,bu Azərbaycan Respublikası Maliyyə Nazirliyinin Fitch Rayings Agentliyinin Azərbaycanın uzunmüddətli xarici valyutada reytinqi ilə bağlı qərarı barədə açıqlamada bildirilir. Açıqlamada qeyd olunur: “8 ildən sonra suveren reytinqimizin yenidən investisiya dərəcəsinə qaytarılması, reytinq üzrə proqnozun isə “Stabil” olaraq təyin edilməsi heç şübhəsiz ki, Prezident İlham Əliyevin rəhbərliyi altında Azərbaycan hökumətinin həyata keçirdiyi makroiqtisadi və monetar siyasət, institusional islahatlar, investisiya mühitinin yaxşılaşdırılması, dövlət borcunun, xüsusilə xarici…

Read More

Azərbaycan Respublikasının Mərkəzi Bankının İdarə Heyətinin 11 iyul 2024-cü il tarixli qərarı ilə “Banklarda ekoloji risklərin idarə edilməsi üzrə təlimat” sənədi təsdiq edilib. GDP xəbər verir ki, təlimat beynəlxalq standartlara, qabaqcıl beynəlxalq təcrübəyə və yerli bank sektorunun xüsusiyyətlərinə əsaslanaraq hazırlanıb. Təlimatın əsas məqsədi iqlim və digər ekoloji risklərin banklarda risklərin idarə edilməsi sisteminə inteqrasiyasını və həmin risklərə qarşı dayanıqlılığının artırılmasını təmin etməkdir. Təlimat tövsiyə xarakterli olmaqla Mərkəzi Bankın dayanıqlı maliyyəyə keçid üzrə siyasətinin reallaşdırılmasına xidmət edəcək.

Read More

ABŞ-ın əsas şəxsi xərc indeksi (PCE) qiymət indeksi, Federal Ehtiyat Sisteminin əsas inflyasiyanın ölçülməsi üçün üstünlük verdiyi göstərici, 2024-cü ilin iyun ayında əvvəlki aydan 0,2% artaraq, bazarın 0,1% artım gözləntilərini üstələyib. GDP xəbər verir ki, bu, 2023-cü ilin noyabrından bəri ən yumşaq artım olan əvvəlki aydakı 0.1% artımdan sürətlənməni qeyd etdi. Bu arada, başlıq ölçüsü 0.1% artdı. İllik əsasda, əsas PCE inflyasiyası iyun ayında əvvəlki aya nisbətən dəyişməyərək 2.6% təşkil etdi.

Read More

Rusiya Mərkəzi Bankı 2023-cü ilin dekabrından bəri ilk dəfə uçot faiz dərəcəsini 16%-dən 18%-ə qaldırıb, GDP xəbər verir ki, Mərkəzi Bank 2024-cü il üçün inflyasiya proqnozunu 4.3-4.8%-dən 6.5-7%-ə yüksəldib. İnflyasiya sürətləndi və Rusiya Bankının aprel proqnozundan xeyli yüksəkdir. Daxili tələbin artması mal və xidmətlər təklifinin genişləndirilməsi imkanlarını xeyli üstələməyə davam edir. İnflyasiyanın yenidən azalmağa başlaması üçün pul siyasətinin əlavə sərtləşdirilməsi və inflyasiyanın hədəfə qayıtması üçün əvvəllər gözləniləndən daha sərt pul şərtləri tələb olunur. Rusiya Bankı növbəti iclaslarda əsas dərəcənin daha da artırılmasının məqsədəuyğunluğunu qiymətləndirəcəkdir.

Read More

 “Ziraat Bank Azərbaycan” ASC-nin Müşahidə Şurasına yeni üzv təyin olunub. GDP xəbər verir ki, “Ziraat Bank Azərbaycan” ASC-nin Müşahidə Şurasının üzvü Sedat Yılmaz öz vəzifəsini Uğur Can Ayqına təhvil verib. Məlumata görə, Uğur Can Ayqın peşəkar karyerasına 2008-ci ildə T.C. “Ziraat Bankası” Daxili Nəzarət və Risklərin İdarə Edilməsi departamentində başlayıb. 2022-ci il iyul ayından bu günədək Risklərin İdarə Edilməsi departamentinə rəhbərlik edən Uğur Can Ayqın bank sahəsində zəngin təcrübəyə malikdir.

Read More

“Naxçıvanbank” ASC-nin yenidən təşkili prosesində hesablarında olan vəsaitlərin hesabdan çıxarılması üçün müraciət etməyən fiziki şəxslər, fərdi sahibkar və hüquqi şəxslər üçün hesab qalıqlarının əldə edilməsi üçün müraciət ünvanları açıqlanıb. GDP Azərbaycan Respublikası Mərkəzi bankına istinadən xəbər verir ki,”Naxçıvanbank” ASC-nin yenidən təşkili prosesində hesablarında olan vəsaitlərin hesabdan çıxarılması üçün müraciət etməyən fiziki şəxslər, fərdi sahibkar və hüquqi şəxslər üçün hesab qalıqlarının əldə edilməsi ilə bağlı Mərkəzi Bankın Naxçıvan MR İdarəsi ilə yanaşı, Bakı şəhəri, Bülbül prospekti 27 ünvanında yerləşən inzibati binasında fəaliyyət göstərən “Nağd pul ofisi”nə də müraciət etmək imkanı yaradılıb.

Read More

Azərbaycan Respublikasının Mərkəzi Bankı tərəfindən tədavülə yararsız və zədələnmiş milli pul nişanlarının dəyişdirilməsi, ekspertizaya təqdim edilməsi, eləcə də yubiley və xatirə pul nişanlarının alışı ilə bağlı əhalinin müraciətlərinin operativ şəkildə qarşılanması və vətəndaş məmnunluğunun yüksəldilməsi məqsədilə “Nağd pul ofis”lərinin fəaliyyəti davam etdirilir. GDP xəbər verir ki, vətəndaşlar Mərkəzi Bankın Bakı şəhəri, Bülbül prospekti 27 ünvanındakı inzibati binasında yerləşən xidmət ofisinə həftənin II, III və IV günləri saat 10:00-dan 13:00-dək, eləcə də Naxçıvan, Yevlax, Gəncə, Biləsuvar, Quba şəhərlərində yerləşən ərazi idarələrinə həftənin bütün iş günləri saat 10:00-dan 16:00-dək tədavülə yararsız milli pul nişanlarının dəyişdirilməsi, ekspertizaya təqdim edilməsi, eləcə də yubiley və…

Read More