- Bakı Fond Birjasınının ümumi dövriyyəsi 34,8% azalıb
- Yaxın Şərqdəki gərginlik Asiya bazarını çökdürdü
- Qızıl bazarında yeni dövr: 22% artım və 5500 dollar gözləntisi
- Prezident: 2028-ci ildə “Şahdəniz”in yeni mərhələsi üzrə hasilatın başlanmasını gözləyirik
- Azərbaycan neftinin qiymətində rekord artım qeydə alındı
- “Kapital Bank”ın səhmdarlara dividend ödənilməsi və mühüm iştirak payı ilə bağlı müzakirələr aparılacaq
- S&P Global Ratings:”Kredit–depozit balansı regional müqayisədə əlverişli səviyyədədir”
- 2025-ci ilin 4-cü rübündə ödəniş kartları ilə fırıldaqçılıq artıb
Author: Aynure Gdp
Fondun dürüstləşdirilmiş büdcəsində cari ilin sonuna 1 204,2 milyon manat profisitin proqnozlaşdırılması onu deməyə əsas verir ki, ilin sonuna Fondun xərclər ilə bağlı hər hansı maliyyə çətinlikləri olmayacaqdır. Bu barədə GDP-yə Azərbaycan Dövlət Neft Fondundan məlumat verilib. Qeyd olunub: “Bildiririk ki, 31 may 2024-cü il tarixinə Dövlət Neft Fondunun faktiki daxilolmaları 7440,7 milyon manat, xərcləri 5346,6 milyon manat təşkil edib, Fondun aktivləri ilin əvvəli ilə müqayisədə 1,76 mlrd ABŞ dollar və yaxud 3,1% artaraq 57,8 mln ABŞ dollar təşkil edib” Neft Fondu hesab edir: “Cari ildə dövlət və icmal büdcənin aparılan dürüstləşdirilmə çərçivəsində Fondun 2024-cü ilin büdcəsində müvafiq dəyişikliklərin…
İllik inflyasiya hədəf diapazonunun aşağı həddinin altına düşdü, baza inflyasiya dərəcəsi aprel ayında 0,7%-ə qədər daha da azalıb ki, bu da 2015-ci ilin yanvar ayından bəri ən aşağı göstəricidir. GDP Mərkəzi Banka istinadən xəbər verir ki, illik ərzaq deflyasiyası 1.4%, qeyri-ərzaq inflyasiyası 1%, xidmətlər inflyasiyası isə 2.2% təşkil edib. Qeyd olunur: “Ev təsərrüfatları arasında keçirilmiş sorğuların nəticələrinə görə qarşıdakı 12 aya gözlənilən inflyasiya hədəf diapazonunun aşağı həddinə yaxındır.” Bildirilir: “İnflyasiyanın xarici fonu ümumilikdə neytraldır. Dünya Bankının məlumatına əsasən 2024-cü ilin may ayında illik əsasda əmtəə qiymətləri indeksi 5.6%, o cümlədən qeyri-enerji qiymətləri üzrə 5.1% artsa da, BMT-nin Ərzaq və Kənd…
Profisitli tədiyə balansı valyuta bazarında tarazlığın qorunmasında həlledici rol oynayır. GDP xəbər verir ki, Bu barədə Azərbaycan Mərkəzi Bankının Faiz dəhlizinin parametrləri haqqında məlumatında qeyd olunub. Bildilir ki, 2024-cü ilin I rübündə tədiyə balansının cari əməliyyatlar hesabındakı profisitin ümumi daxili məhsula (ÜDM) nisbəti 10.1% təşkil edib. 5 ayda ölkənin strateji valyuta ehtiyatları 1.8% və ya 1.3 mlrd. ABŞ dolları artaraq 69.7 mlrd. ABŞ dollarına çatıb.
Ötən iclasdan bəri illik inflyasiya hədəf diapazonunun aşağı həddinin altında olub. Belə ki, 2024-cü ilin may ayında 12 aylıq inflyasiya 0.3% təşkil edib ki, bu da Mərkəzi Bankın aprel proqnozlarına uyğundur. GDP xəbər verir ki, may ayında 12 aylıq baza inflyasiya 0.4% olub. İllik ərzaq deflyasiyası 1.4%, qeyri-ərzaq inflyasiyası 1%, xidmətlər inflyasiyası isə 2.2% təşkil edib.May ayında 12 aylıq baza inflyasiya 0.4% olub. İllik ərzaq deflyasiyası 1.4%, qeyri-ərzaq inflyasiyası 1%, xidmətlər inflyasiyası isə 2.2% təşkil edib. Bildirlir: “Ev təsərrüfatları arasında keçirilmiş sorğuların nəticələrinə görə qarşıdakı 12 aya gözlənilən inflyasiya hədəf diapazonunun aşağı həddinə yaxındır.” “İnflyasiyanın xarici fonu ümumilikdə neytraldır. Dünya…
Azərbaycan Respublikası Mərkəzi Bankının İdarə Heyətinin qərarı ilə uçot dərəcəsi 7.25%, faiz dəhlizinin aşağı həddi 6.25%, faiz dəhlizinin yuxarı həddi isə 8.25% səviyyəsində dəyişməz saxlanılıb. GDP xəbər verir ki, Mərkəzi bank bu barədə məlumat yayımlayıb. Məlumarda bildirlir: “Bu qərar faktiki və proqnozlaşdırılan inflyasiyanın hədəflə (4±2%) müqayisəsi, inflyasiya amillərinin dinamikası və risk balansının qiymətləndirilməsi nəzərə alınmaqla qəbul olunub. İnflyasiyanı artıran və azaldan amillərin bir-birini neytrallaşdırması faiz dəhlizi ilə bağlı qərarı şərtləndirən səbəblərdəndir.”
Unibank iPhone telefonlarının alınması üzrə kotirovka elan edir. Kotirovkada iştirak etmək istəyənlər qiymət təklifini bağlı və möhürlənmiş zərfdə, kotirovka komissiyasının sədri Tural Həsənovun adına, R.Behbudov 55 ünvanına (“Unibank”ın Baş ofisi) göndərməlidirlər. Zərflərin qəbulu üçün son tarix 25.06.2024-cü il, saat 12.00-dır. Kotirovkada qalib gələn şirkət həmin alqı–satqı ilə bağlı hesabı “Unibank” KB ASC-də açmalıdır.Texniki şərtlər: 50 ədəd iPhone 15 pro 128 GB, qara rəngdə.
Neft qiymətləri ABŞ-da ehtiyatların azalması ilə bağlı məlumatların əvvəlki sessiyada yüksəlməsindən sonra bir qədər ucuzlaşıb. Bakı vaxtı ilə saat 8:20-yə Londonun ICE Futures birjasında Brent markalı neftin avqust fyuçerslərinin dəyəri bir barel üçün 85,63 dollar təşkil edir ki, bu da əvvəlki ticarətin bağlanışına nisbətən 0,08 dollar və ya 0,09% azdır. Nyu-Yorkun NYMEX əmtəə birjasında elektron hərraclarda avqust ayı üçün WTI neftinin qiyməti 0,06 dollar və ya 0,07% ucuzlaşaraq 81,23 dollar/barelə bərabər olub.
Azərbaycan Respublikası Mərkəzi Bankının İdarə Heyətinin faiz dəhlizinin parametrlərinə dair növbəti qərarı barədə press-reliz 21 iyun 2024-cü il tarixində saat 11:00-da yayımlanacaq. GDP xəbər verir ki, Azərbaycan Mərkəzi Bankı faiz aləti ilə qiymətlərin sabitliyinə nail olmuşdur, inflyasiyanın daha da geriləməsi iqtisadi inkişafın sürətinə mənfi təsir edə bilər. Bu səbəbdən Azərbaycan Mərkəzi Bankının faizlərini bir müddət sabit saxlayacağı ehtimalı yüksəkdir.
Bill Qeyts ABŞ-da nüvə reaktorlarının tikintisinə milyard dollarlıq sərmayə yatıracağını açıqlayıb.GDP xəbər verir ki, “Microsoft”un qurucusu Bill Qeyts ABŞ-da nüvə enerjisinin inkişafına milyardlarla dollar sərmayə qoymaq niyyətində olduğunu və bu sahədə Çini ötmək niyyətində olduğunu bildirib. Lakin Vayominqdə belə bir layihə sanksiyalara görə Rusiyadan uran yanacağını ala bilmədiyi üçün çətinliklərlə üzləşib.Qeyts artıq bu sektora 1 milyard dollardan çox sərmayə qoyduğunu və daha bir neçə milyard ayırmağa hazır olduğunu bildirib. Bu irimiqyaslı investisiyalar sahibkarın “ABŞ-ın innovativ gücünü ortaya çıxarmaq” və ölkənin nüvə enerjisi sahəsində liderliyini saxlamaq istəyindən irəli gəlir.Qeyts əmindir ki, ABŞ-da reaktorların istehsalı xarici rəqiblərlə müqayisədə daha səmərəli və iqtisadi…
Qurban bayramından sonra Azərbaycanda ət ucuzlaşıb. GDP xəbər verir ki,quzu ətinin qiyməti 22 manatdan 18-19 manata düşüb, mal əti isə artıq 16 manatdan yox, 13-14 manatdan satılır. Liberal İqtisadçılar Mərkəzinin sədri Akif Nəsirli yerli mətbuata bildirib ki, qiymət enişi davam edəcək. Bu, iki əsas səbəbə görə baş verir: temperaturun yüksəlməsi və yay aylarında ət yeməklərinə tələbatın azalması. Nəsirli qeyd edib ki, payızda əhalinin tələbatının artması və yemin bahalaşması səbəbindən qiymətlər artacaq.
