Author: Aynure Gdp

Brent markalı neftin bir barreli 83,28 dollara yüksəlib. Şimal dənizinin Brent nefti əvvəlki sessiyadakı cüzi artımdan sonra bu gün səhər bir qədər bahalaşır.​​Londonun ICE Futures birjasında Brent markalı neftin iyul fyuçerslərinin dəyəri bir barel üçün 83,28 dollar təşkil edir ki, bu da əvvəlki ticarətin bağlanışına nisbətən 0,18 dollar və ya 0,22% bahadır. Nyu-Yorkun NYMEX əmtəə birjasında elektron hərraclarda iyul ayı üçün WTI markalı neftin bir barelinin qiyməti 1,17 dollar və ya 1,51% bahalaşaraq 78,89 dollar olub.

Read More

Rosatom dövlət korporasiyası beynəlxalq əməliyyatlarında əhəmiyyətli artım nümayiş etdirib. GDP xəbər ki, 2023-cü ilin sonunda korporasiyanın xarici sifarişlər portfeli 127,1 milyard dollar təşkil edib ki, bu da qlobal nüvə texnologiyaları bazarında güclü mövqedən xəbər verir. Əvvəlki ildəki 11,8 milyard dollardan 2023-cü ildə 16,2 milyard dollara qədər xaricdən əldə edilən gəlirdə nəzərəçarpacaq artım olub ki, bu da Rosatomun beynəlxalq bazarlarda uğurlu böyüməsini vurğulayır. Rusiya Özbəkistanda AES inşasını ələ keçirməklə Fransanı oradan kənarlaşdırıb. Ruslar Mərkəzi Asiyada ilk AES inşasına nəzarəti ələ keçirdir.

Read More

Android üçün Telegram-ın beta versiyasının mənbə kodunda fakt-yoxlama funksiyası yaradılıb GDP xəbər verir ki, dəyişiklikləri Github-da Telegram Crawler layihəsi qeyd edib. Mənbə kodundan belə anlaşılır ki, məlumatları yoxlayan agentliklər (onları dezinformasiya ilə mübarizəyə cavabdeh olan ölkələrdə məsul orqanlar təyin edə bilər) sosial şəbəkələrdə müvafiq dəqiqləşdirmələr apara biləcəklər.

Read More

Prezident İlham Əliyev “Ədliyyə orqanlarında qulluq keçmə haqqında” Qanunda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikasının Qanununu imzalayıb. GDP xəbər verir ki, qanuna aşağıdakı bənd əlavə olunub: Ədliyyə orqanlarında xidmət yerinin dəyişdirilməsi ilə əlaqədar yaşayış yeri olmayan və bu səbəbdən kirayə götürülmüş mənzildə yaşayan ədliyyə orqanları işçilərinə və onların ailə üzvlərinə yaşayış məntəqəsindən asılı olaraq müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) müəyyən etdiyi qaydada və məbləğdə mənzil kirayəsi üçün pul kompensasiyası ödənilir. Bununla yanaşı, qanunda 37.7-ci maddənin ikinci, “Xidmət yerinin dəyişdirilməsi ilə əlaqədar yaşayış yeri olmayan və bu səbəbdən kirayə götürülmüş mənzildə yaşayan penitensiar xidmətin əməkdaşlarına müvafiq icra hakimiyyəti orqanının…

Read More

Bu gün ABB Səhmdarlarının Ümumi Yığıncağında bir sıra mühüm qərarlar verildi. GDP xəbər verir ki, bunu ABB-nin İdarə heyətinin sədri Abbas İbrahimova açıqlayıb. O bildirib: “Bankımız 6 ildir ki, ardıcıl olaraq öz səhmdarlarına yüksək məbləğdə dividend ödəyir. Bu il də əsas səhmdarımız olan dövlətimizə və 1800-ə yaxın digər səhmdarlarımıza 185 mln. AZN məbləğində dividend ödənişimiz olacaq. ABB-nin səhmləri üzrə dividend gəlirliliyi isə 15,1%-ə yüksəlir. Bundan sonra da daim səhmdarlarımız üçün yüksək dəyərlər yaratmağa çalışacağıq!” Abbas İbrahimova qeyd edib ki, yığıncağın daha bir mühüm qərarı isə kütləvi təklif üsulu ilə ABB-nin yeni səhmlərinin buraxılması ilə bağlıdır. “Hüquqi prosedurlar yekunlaşdıqdan sonra bu…

Read More

IV Sənaye İnqilabının Təhlili və Koordinasiyası Mərkəzi (4SİM) San-Fransiskoda IV Sənaye İnqilabı Mərkəzləri şəbəkəsi üçün qlobal texnologiya forumunda iştirak edir.GDP xəbər verir ki, tədbirdə 110 məruzəçi çıxış edəcək.Bu il forumda 219 təşkilatdan 300-ə yaxın ekspert iştirak edir. Forumun əsas məqsədi texnoloji innovasiyalar vasitəsilə inklüziv iqtisadiyyatlara və cəmiyyətlərə töhfə verməkdir.4SIM-in icraçı direktoru Fariz Cəfərov Dünya İqtisadi Forumunun (WEF) Enerji və Materiallar Mərkəzinin təşkil etdiyi Yeni Enerji Balansı sessiyasında məruzəçi kimi çıxış edəcək. O, həmçinin üzvü olduğu AI Governance Alliance platformasının iclasında iştirak edəcək.Səfər zamanı Silikon Vadisi və Stenford Universiteti ilə əməkdaşlıq çərçivəsində görüşlər nəzərdə tutulub.

Read More

Ermənistanda iqtisadi fəallıq 2024-cü ilin aprelində ötən ilin müvafiq dövrü ilə müqayisədə 10,4%-ə qədər azalıb. GDP xəbər verir ki,bu göstərici, 2023-cü ilin dekabrından bəri ən zəif artım olub. Əsasən sənayedə kəskin dinamik eniş müşahidə edilib.Belə ki, mart ayında yaranan 16.3% azalma aprel ayında daha da intensivləşərək 33,5 %-ə qədər artıb.

Read More

IFC İnes Roçanı Avropa üzrə Regional Direktor təyin edib. GDP xəbər verir ki, IFC-nin bu barədə yayımladığı məlumatda bildirilir: “Vyanadakı ofisimizdən işə başlayan xanım İnes Roça, yaşıl inkişafın, rəqəmsal texnologiyanın və maliyyə inklüzivliyinin gücləndirilməsinə diqqət yetirməklə, Mərkəzi və Şərqi Avropada özəl sektor investisiyalarının artırılmasında və iş yerlərinin yaradılmasında əsas rol oynayacaq və Rusiyanın Ukraynaya təcavüzünə IFC-nin cavab tədbirlərinə rəhbərlik edəcək. O, həmçinin inkişaf etməkdə olan bazarlarda dayanıqlı iqtisadi artımı dəstəkləmək üçün kapital və bilikləri səfərbər etmək məqsədilə IFC-nin Qərbi Avropada biznesin inkişafı səylərinə rəhbərlik həyata keçirəcək” Portuqaliya və Böyük Britaniya vətəndaşı olan İnes Roça, son illərdə Avropa Yenidənqurma və İnkişaf…

Read More

«Məlum olduğu kimi, Azərbaycan Respublikası Mərkəzi Bankının “Xüsusi tənzimləmə rejiminin tətbiqi Qaydası”na əsasən hüquqi şəxslər xüsusi tənzimləmə rejimi çərçivəsində sınaq müddəti ərzində innovativ məhsul və xidmətlərini təqdim edə bilərlər. Bu əsasda hüquqi şəxslər xüsusi tənzimləmə rejimi çərçivəsində qabaqcıl beynəlxalq təcrübədə geniş yayılan rəqəmsal bank da aça bilərlər» Bunu GDP-yə Azərbaycan Banklar Assosiasiyasının nəzdindəki “Ödəniş sistemləri və rəqəmsal bankçılıq üzrə Ekspert Qrupu”nun sədri Tamerlan Rüstəmov deyib. O bildirib: “Ərizəçi olan hüquqi şəxs bu Qaydaların tələblərinə uyğun olaraq Azərbaycan Respublikası Mərkəzi Bankı ilə müqavilə bağladıqdan sonra sınaq müddətində rəqəmsal bank olaraq fəaliyyət göstərə bilər. Sınaq müddətində fəaliyyət göstərəcək digər təşkilatlara münasibətdə olduğu kimi, rəqəmsal banklara da tənzimləmə-nəzarət çərçivəsi tətbiq ediləcəkdir. Qeyd…

Read More

Türkiyə və Rusiya İstanbulda qaz ticarəti mərkəzinin yaradılması üzərində işləyirlər. GDP xəbər verir ki, yaxın aylarda BOTAŞ və Qazprom arasında qazın qiymətinin müəyyən ediləcəyi müştərək mərkəzin yaradılması planlaşdırılır, Türkiyənin enerji və təbii sərvətlər naziri Alparslan Bayraktar bildirib. Nazir əlavə edib ki, Türkiyə təkcə qaz ticarət mərkəzi deyil, həm də ixracatçısına çevriləcək.

Read More