- Sadiq Axundov Azərbaycan Mərkəzi Bankına baş direktor təyin edilib
- Mərkəzi Bank valyuta bazarına müdaxilə etdiyini açıqladı – Valyuta ehtiyatları 12.7 mlrd.dollara çatdı
- Rabitəbank mikro və KOB subyektlərinin maliyyələşdirilməsi üçün “Enabling Qapital”-dan 7 milyon abş dollari vəsait cəlb edib
- Azərbaycan Mərkəzi Bankının rəsmi məzənnələri
- Hüquqi şəxslərin depozitləri 7% azalıb, fiziki şəxslərin əmanətləri 12,5% artıb
- Avropa Mərkəzi Bankı (AMB) əsas faiz dərəcələrini dəyişməyib
- Mərkəzi Bank NGFS-ə tamhüquqlu üzv qəbul edildi
- “Nar” beynəlxalq sosial təşəbbüsə tərəfdaş oldu
Author: Aynure Gdp
Brent markalı neftin bir barreli 82,2 dollara düşüb GDP xəbər verir ki, ticarət zamanı Brent neftinin qiymətləri enməkdə davam edib. ABŞ-da yanacaq ehtiyatları ilə bağlı məlumatların dərc edilməsi bazara ciddi təsir göstərməyib. Bakı vaxtı saat 17:48-də Brent markalı neftin iyul fyuçerslərinin kotirovkaları 0,68 dollar (0,8%) azalaraq 82,2 dollar/barelə bərabər olub. Nyu-Yorkun NYMEX əmtəə birjasında keçirilən elektron ticarət əməliyyatlarının gedişində WTI neftinin iyul ayı fyuçerslərinin qiyməti bu vaxta qədər 0,64 dollar (0,8%) ucuzlaşaraq bir barelə görə 78,02 dollar təşkil edib. Neftin qiyməti ardıcıl üçüncü seansdır ki, ucuzlaşır.
Sektorun sərmayə bazarlarına yatırdığı investisiyalar isə 1 mlrd manatı ötür. GTP xəbər verir ki, “Katastrofik risklərə qarşı dayanıqlı maliyyə sistemi” konfransında çıxışı zamanı Azərbaycan Mərkəzi Bankının baş direktoru Ziya Əliyev deyib. Ziya Əliyev qeyd edib: Sığorta sektorunun sərmayə bazarında institusional investor rolu da dinamik olaraq böyüməkdədir. Hazırda sektorun aktivləri 2 mlrd manata yüksəlmişdir. Sektorun sərmayə bazarlarına yatırdığı investisiyalar isə 1 mlrd manatı ötür. Son zamanlar sığortaçıların qiymətli kağızlar bazarına investisiya marağının xeyli yüksəlməsi müşahidə edilməkdədir.”
Sığorta təminatı verilən risklərin həcmi isə yarım trilyon manatı ötüb. GTP xəbər verir ki, “Katastrofik risklərə qarşı dayanıqlı maliyyə sistemi” konfransında çıxışı zamanı Azərbaycan Mərkəzi Bankının baş direktoru Ziya Əliyev deyib. O bildirib: “Bu Ümumi Daxili Məhsulun 4 qatından artıqdır. Ötən il sığorta ödənişlərinin həcmi 590 mln manat təşkil edib. Bu sektorun əhalinin və biznesin zərərlərinin kompensasiyasında mühüm rol oynamağa başladığını göstərir” Müəllif: Aynur Qəniyeva
Azərbaycan Mərkəzi Bankı (AMB) ölkədə fəaliyyət göstərən sığorta şirkətlərinin 2024-cü ilin yanvar-aprel ayları üzrə yığımlarının və ödənişlərinin məbləğini açıqlayıb. GDP xəbər verir ki, ötən ay şirkətlərin sığorta ödənişlərinin ümumi məbləği 209 milyon 555,11855 min manat təşkil edib ki, bu da ötən ilin eyni dövrünə nisbətən 56% çoxdur Ölkədə fəaliyyət göstərən sığorta şirkətləri arasında ən çox yəni 111 milyon 771,2 min manat sığorta ödənişini “Paşa Həyat Sığorta” ASC sığorta şirkəti həyata keçirib. Ən az -50 min manat sıgorta ödənişini isə “Meqa Həyat Sığorta”ASC tərəfindən reallaşdırılıb. 2024-cü ilin aprel ayı ərzində şirkətlərin sığorta topladığı sığorta haqqlarının ümumi məbləği 542 milyon 840,82398 min…
Türkiyənin “Koç Holdinq”i “Yapı Kredi Bank”ın səhmlərinin satışı üçün “First Abu Dhabi Bank” ilə danışıqlara başlayıb. GDP xəbər verir ki, məsələyə yaxın mənbələr qiymətlə bağlı danışıqların davam etdiyini və razılaşma əldə olunarsa, əməliyyatın həcminin 8 milyard dollar civarında ola biləcəyini bildiriblər.
Türkmənistan Manatı 0,29% ucuzlaşıbGDP xəbər verir Asiyanın Forex birjalarında ən çox yəni 0.29% ucuzlaşan Türkmənistan Manatıdır. Özbəkistan Somu isə 0,28% ən çox bahalaşan Forex aləti olub.
Aprel ayında 50 kiloqramlıq unun qiyməti 25 manat 5 qəpik təşkil edib. Bu ay isə qiymət 27 manat 35 qəpiyə qədər artıb. GDP xəbər verir ki, qiymət artımını satıcılar da təsdiqləyirlər. Qiymət artımına əsas səbəb isə məhsulun azlığı göstərilir.
Mərkəzi Bankda Azərbaycan Banklar Assosiasiyasına üzv olan bankların “Maliyyə xidmətləri istehlakçılarının hüquqlarının müdafiəsi üzrə Ekspert Qrupu”nun görüşü təşkil olunub. GDP xəbər verir ki,görüşdə Mərkəzi Bankın maliyyə xidmətləri istehlakçılarının hüquqlarının müdafiəsi üzrə həyata keçirdiyi təşəbbüslərə dair təqdimat diqqətə çatdırılıb. Həmçinin bu istiqamətdə əməkdaşlığın gücləndirilməsi və xidmət keyfiyyətinin yüksəldilməsi mövzuları ətrafında birgə müzakirələr aparılıb.
2024-cü ilin may ayının 1-i vəziyyətinə Dövlət Məşğulluq Agentliyinin yerli qurumlarında qeydiyyata alınmış işsiz şəxslərin sayı 209,1 min nəfər olub. GDP xəbər verir ki, Dövlət Statistika Komitəsinin təqdim etdiyi göstəricilərə əsasən cari ilin mayın 1-nə qədər Azərbaycanda işsiz olan şəxslərin 43,0 %-i yəni 89.913 min nəfəri qadınlardır. 2023-cü il iyun ayının 1-i vəziyyətinə Dövlət Məşğulluq Agentliyinin yerli qurumlarında qeydiyyata alınmış işsiz şəxslərin sayı 250,1 min nəfər olub. İşsiz insanların 32,5 %-i yəni 81.2825 min nəfərini qadınlar təşkil edib. Bu da ötən ilə nisbətən ölkəmizdə işsiz qadınların sayının 8,6305 nəfər daha çox olduğunun göstərisidir. Sözügedən dövr ərzində işsizlikdən sığorta ödənişinin orta…
Özbəkistan mart ayında 11 ton qızıl satmaqla dünyada ən çox qızıl satan ölkə olub. GDP xəbər verir ki, dünyanın digər mərkəzi bankları daha çox qızıl almağa çalışırlar, lakin Özbəkistan əvvəllər yığdığı qızıl ehtiyatını etimal edilən iqtisadi böhralara qarşı mübarizəyə sərf etmək üçün satır. Qızıl uzun müddətdir Özbəkistan iqtisadiyyatının lövbəri olub. Özbəkistan prezidenti Şavkat Mirziyoyevin dövründə qızılda olan beynəlxalq ehtiyatların payı əhəmiyyətli dərəcədə artıb. 2016-cı ildə hakimiyyətə gələn Mirziyoev mərhum sələfi İslam Kərimovdan sonra özbəkistanın beynəlxalq ehtiyatlarda qızılın payı 50 %-dən indi təxminən üçdə ikiyə çatıb.
