Author: Aynure Gdp

Bütün investisiyalar müəyyən dərəcədə risklidir, xüsusən də fond bazarına investisiyalar. Buna görə diversifikasiya investisiya qoyuluşunun əsas prinsipidir. İnvestisiya qoyuluşunda divesifikasiya nədir? Diversifikasiya sadəcə olaraq bir-birindən aslı olamadan fəaliyyət göstərə bilən bir neçə fərqli səhmlərə sahib olmaqla riski yaymaq deməkdir. Diversifikasiya müxtəlif məhsul və xidmətlər satan şirkətləri və ya dünyanın müxtəlif coğrafi bölgələrində fəaliyyət göstərən səhmləri almaqla həyata keçirilə bilər. Portfelin şaxələndirilməsinin digər effektiv üsulu hər kommersiya sektorundan bir və ya bir neçə səhmə investisiya qoymaqdır. Sektor Nədir? Wall Street səhmləri sənayelərinə və xidmət etdikləri müştərilərə görə sektorlara ayırır. Sektorlar ümumi sənaye və ya iqtisadiyyatın seqmenti ətrafında təşkil edilmiş geniş kateqoriyalar…

Read More

Bakıda Azərbaycan-Tacikistan Forumu keçirilib. GDP xəbər verir ki, Azərbaycan-Tacikistan Forumunun yekunlarına əsasən, Azərbaycan və Tacikistan arasında 7 ikitərəfli sənəd imzalanıb:▪️ Tacikistanın Sənaye və Yeni Texnologiyalar Nazirliyi ilə Azərbaycanda qızıl yataqlarının işlənməsi ilə məşğul olan Anglo-Asian Mining şirkəti arasında əməkdaşlıq memorandumu.▪️ Tacikistan Sənaye İxrac Bankının Dövlət Unitar Müəssisəsi “Sanoatsodirotbonk” və Azərbaycan Sahibkarlığın İnkişafı Fondu arasında anlaşma memorandumu.▪️ Azərbaycan Kənd Təsərrüfatı Nazirliyinin Kənd Təsərrüfatı İnnovasiyaları Mərkəzi və Tacikistanın Kənd Təsərrüfatı Nazirliyinin “Kənd Təsərrüfatında Rəqəmsallaşma və Kadrların İnkişafı Mərkəzi” Dövlət Unitar Müəssisəsi arasında “Kənd təsərrüfatında innovasiyalar sahəsində əməkdaşlığın inkişafına dair Niyyət Protokolu” ▪️ Talco ASC ilə Azərbaycan İnvestisiya Şirkəti ASC arasında əməkdaşlığa dair…

Read More

Brent markalı neftin bir barreli 84,08 dollara yüksəlibGDP xəbər verir ki, neft qiymətləri keçən həftə yüksəlişdən sonra bazar ertəsi ticarətdə sabit qalıb.Londonun ICE Futures birjasında Brent markalı neftin iyul fyuçerslərinin qiyməti bir barel üçün 84,08 dollar təşkil edir ki, bu da əvvəlki ticarətin bağlanışına nisbətən 0,1 dollar və ya 0,12%)bahadır.Nyu-Yorkun NYMEX əmtəə birjasında keçirilən elektron ticarət əməliyyatlarının gedişində iyun ayı üçün WTI markalı neftin bir barelinin qiyməti 0,02 dollar və ya 0,02% ucuzlaşaraq 80,04 dollar olub.İyun müqavilələrinin müddəti çərşənbə axşamı bitir. Daha aktiv şəkildə satılan WTI markalı neftin iyul fyuçersləri ticarət zamanı 0,05 dollar və ya 0,06% bahalaşaraq 79,63 dollar/barelə…

Read More

Şəki şəhərinin mərkəzində 22092 təsərrüfatdan 6905 ev təsərrüfatı və biznes subyekti “Aztelekom”MMC-nin təqdim etdiyi GPON xidmətlərindən yararlanır. “GDP”nin məlumatına görə, rayonun Oxud, Yeni Oxud, Kiş, Çeşməli, Qoxmuq, Zərdüştlər, Çələbixan, Baltalı, Baş Layski, Qumux, Cunud, Şin, Aşağı Göynük, Cumakənd, Orta Zəyzid, Baş Zəyzid, Vərəzət, Qırxbulaq, Köbər Zəyzid, Daşüz, Küdürlü, Çələbixan dördyol, Böyük Dəhnə, Cəfərabad, Çolaqlı, Göybulaq, Dərəcənnət Təzə kənd, Dərəcənnət köhnə kənd, Suçma, Aran, Kiçik dəhnə, Turan, Çayqaraqoyunlu, Şəkikənd, Cəyirli, Aşağı Küngüt və Fazıl kəndlərində 25261 təsərrüfat üçün şəbəkənin tikintisi başa çatdırılaraq təsərrüfatların 98%-nin genişzolaqlı internetə çıxışı təmin edilib. Ümumilikdə rayon ərazisində 15463 təsərrüfat GPON xidmətlərindən yararlanır və yeni qoşulmalar davam…

Read More

Mərkəzi Bankın sədri Taleh Kazımov üçüncü “Yüksəliş” müsabiqəsinin qalibi İbrahim Məmmədzadə ilə Mentorluq proqramı çərçivəsində növbəti dəfə görüşüb. GDP xəbər verir ki, görüş zamanı İbrahim Məmmədzadə üçün hazırlanmış fərdi inkişaf proqramı üzrə görülmüş tədbirlər və qalibin gələcək təşəbbüslərdə iştirak imkanları nəzərdən keçirilib. Həmçinin sədr tərəfindən idarəetmə sahəsində bilik və bacarıqların artırılması istiqamətində tövsiyələr səsləndirilib.

Read More

Bu gün birjalarda qızılın 1 unsiyası 2,430 ABŞ dollarından baha ticarət olunmağa başlayıb. GDP xəbər verir ki, qızıl qlobal birjalarda Federal Ehtiyat Sistemi(FED)-in faiz dərəcəsinin azaldılması, güclü mərkəzi bank satınalmaları və təhlükəsiz liman tələbi ilə bağlı artan spekulyasiyalarla dəstəklənən yeni rekorda doğru irəliləyir. ABŞ dollarından asılılığını azaltmağa çalışan Çinin addımları güclü qızılın dəyər qazanmasınıı daha da dəstəkləyir.

Read More

Azərbaycan iqtisadiyyatına 2024-cü ilin yanvar-aprel ayları ərzində 5230,4 milyon manat məbləğində investisiya qoyulub ki, bu da əvvəlki ilin eyni dövrü ilə müqayisədə 11,8% çoxdur.  İqtisadiyyata qoyulan sərmayenin 4210,1 milyon manatını və ya 80,5% ölkəmizin daxili investisiyalarıdır. Ümumilikdə 2024-cü il ərzində Azərbaycan iqtisadiyyatına 13 milyard 230,7 milyon manat  investisiya qoyulub ki, bunun da 10 milyard 640,5 milyon manatı daxili mənbələrdən yönəldilmiş investisiyalardır.  Müəllif:Aynur Qəniyeva

Read More

İnvestorların Federal Ehtiyat Sisteminin (FED) pul siyasətinin perspektivini qiymətləndirməsi fonunda dollar indeksi bu gün 104.5 ətrafında sabitləşib. GDP xəbər verir ki, ötən həftə, ABŞ-da inflyasiyanın azalma istiqamətində dinamikasının əlamətləri mərkəzi bankın bu il siyasətin yumşaldılması dövrünə başlayacağına dair proqnozları gücləndirdiyi üçün dollar indeksi təxminən 1% enib. Bir sıra FED rəsmiləri faizləri azaltmağa keçməzdən əvvəl ehtiyatlı olmağa çağırıb. Dollar indeksi sabit qalıb, lakin Çin Xalq Bankı əsas kredit faizlərini dəyişməz saxladığı üçün yuana qarşı yüksəlməyə davam edir.

Read More

Küveytdə inflyasiya apreldə 3,17%-ə yüksəlib. GDP xəbər verir ki, Küveytdə illik inflyasiya 2024-cü ilin aprelində əvvəlki aydakı 3,02%-dən 3,17%-ə yüksəlib ki, bu da 2021-ci ilin avqust ayından bəri ən aşağı göstəricidir. Ölkədə Nəqliyyat qiymətləri martda müşahidə edilmiş 0,92%-dən apreldə 1,06%-ə qədər artıb. Bununla yanaşı qida və içkilərin qiymətlərində 5,79% bahalaşma qeydə alınıb. Müxtəlif mal və xidmətlər mart ayında müşahidə edilən 4,66%-ə qarşı aprel ayında 3,96% olub. İnflyasiya isə mənzil xidmətləri 1,41% bahalaşıb. Qeyd edək ki, Küveytdə məişət əşyalarının qiymərləri tənzimlənir

Read More

Başlama tarixi: 17.05.2024-cü il; saat 14:00Təkliflərin son təqdim olunma tarixi və vaxtı: 11.06.2024-cü il; saat 10:00Təkliflərin açılış tarixi və vaxtı: 11.06.2024-cü il; saat 10:00 Təchizatçılara (bütün sahibkarlıq subyektləri) təklif edilir ki, bu keçiddən – dövlət satınalmalarının vahid internet Portalına (Portal) elektron imzaları vasitəsilə daxil olsunlar və satınalma haqqında ətraflı məlumatları əldə etsinlər. Təchizatçı açıq tender proseduru ilə əlaqədar bütün sənədlər, o cümlədən tenderlə bağlı bütün yazışmalar Azərbaycan Respublikasının dövlət dilində tərtib olunmalıdır. Xarici dildə olan təkliflər Azərbaycan dilinə tərcümə olunmalıdır. Təchizatçı tender təkliflərini, eləcə də bütün digər sənədləri və müraciətləri dövlət satınalmaları üzrə vahid internet portalı vasitəsi ilə təqdim etməlidirlər. Elanda göstərilən…

Read More