- Azərikard kart hesablarında yaranmış problemlə bağlı açıqlama yayıb
- ABB kartlarından əlavə vəsait silinməsi ilə əlaqədar istifadəçilərinə müraciət edib
- Mərkəzi Bank:”Təminatsız pul bazarında qısamüddətli faizlər uçot dərəcəsinə yaxındır”
- Mərkəzi Bank uçot dərəcəsini dəyişməz saxlayıb
- Murad Süleymanov: “PAŞA Bank-ın IPO nəticələri açıqlanıb – Örtülmə nisbəti 129,2% olub”
- Əliyar Məmmədyarov: “İşsizlikdən sığorta təminatı verən kredit sığortası məhsulu hazırlanıb”
- Bəhruz Nağıyev: “Miles&Smiles 7 ildə 29 min kart və 84 min biletə imza atıb”
Author: Aynure Gdp
“Biz 2027-ci ilin sonunda 2 qiqavat bərpaolunan enerji əldə edəcəyik. Bu, olduqca real rəqəmdir və hələ ki, başlanğıcdır”. GDP xəbər verir ki, bunu Azərbaycan Prezidenti İlham Əliyev iyunun 4-də Bakı Ekspo Mərkəzində Bakı Enerji Həftəsi çərçivəsində keçirilən 29-cu Beynəlxalq Xəzər Neft və Qaz – “Caspian Oil&Gas” və 12-ci Xəzər Beynəlxalq Energetika və Yaşıl Enerji – “Caspian Power” sərgilərinin açılış mərasimindəki çıxışında deyib. Azad olunmuş Qarabağ və Şərqi Zəngəzur bölgəsində su elektrik enerjisi baxımından nəhəng potensialın olduğunu vurğulayan dövlət başçısı bildirib: “2020-ci ilin noyabrında həmin əraziləri azad edəndən sonra biz artıq 270 meqavat gücündə su elektrik stansiyaları istismara vermişik. Üç-beş il…
“PAŞA Həyat” növbəti böyük həcmli sığorta ödənişini həyata keçirib. GDP xəbər verir ki, Azərbaycanda fəaliyyət göstərən kommersiya banklarının birindən kredit götürmüş şəxs səhəttində yaranan problem nəticəsində vəfat edib. Vəfat edən şəxs əvvəlcədən”PAŞA Həyat” sığorta şirkətində sığortalanıb. Həmin şəxsin götürdüyü İpoteka krediti üzrə 56 min 57 manat qalıq borc “PAŞA Həyat” tərəfindən kreditin götürüldüyü banka ödənilib. Qeyd edək ki, “PAŞA Həyat” tərəfindən 2024-cü ilin əvvəlindən indiyədək ümumi kredit götürən şəxslər üçün həyat sığortası üzrə 211 min 648 manat ödəniş həyata keçirilib.
Ödənişlərin aparılması, vəsaitlərin köçürülməsi və nağdlaşdırılması zamanı ödəniş xidməti təchizatçıları tərəfindən təqdim olunan QR kodun tərtib edilməsinə dair minimum tələbləri müəyyən edilməsi məqsədilə “Azərbaycan Respublikası ərazisində ödənişlər zamanı QR koddan istifadəyə dair Metodoloji Rəhbərlik” hazırlanıb və Mərkəzi Bankın İdarə Heyətinin 12 noyabr 2021-ci il tarixli qərarı ilə təsdiq edilərək bankın internet səhifəsində (www.cbar.az/page-848/methodological-documents ) yerləşdirilənib. Bu GDP-nin Mərkəzi Bankın “Ölkədə vahid QR kod yaradılması” ilə bağlı sorğusuna Mərkəzi Bankın mətbuat xidməti tərəfindən verilən cavabda bildirlir. Məlumatda qeyd olunur : “Metodoloji Rəhbərliyin məqsədi Azərbaycan Respublikası ərazisində QR kod vasitəsi ilə təqdim olunan ödəniş xidmətlərinin effektivliyinin artırılması, habelə qarşılıqlı uyğunluğun təmin edilməsi üçün…
Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) və Türkiyənin dövlət neft-qaz şirkəti – BOTAŞ arasında energetika sahəsində sazişlər imzalanıb. GDP xəbər verir ki, bunu iqtisadiyyat naziri Mikayıl Cabbarov rəsmi “X” sosial şəbəkə hesabında bildirib. Nazir bildirib: “Azərbaycan və Türkiyə arasında bütün sahələrdə olduğu kimi iqtisadiyyat və enerji sahələrində də strateji tərəfdaşlıq uğurla inkişaf edir. Türkiyənin energetika və təbii sərvətlər naziri Alparslan Bayraktarın iştirakı ilə SOCAR və BOTAŞ arasında energetika sahəsində imzalanan sazişlər regionda enerji təhlükəsizliyinin güclənməsinə əlavə təkan verəcək” . #Azərbaycan və #Türkiyə arasında bütün sahələrdə olduğu kimi #iqtisadiyyat və #enerji sahələrində də strateji tərəfdaşlıq uğurla inkişaf edir. Türkiyənin energetika və təbii sərvətlər naziri Alparslan Bayraktarın (@aBayraktar1) iştirakı ilə #SOCAR (@SOCARofficial)…
“2024-cü ildə kibercinayətkarlar kiberhücumların effektivliyini artırmaq üçün kompleks yanaşmalardan istifadə edirlər.” GDP xəbər verir ki, bunu Kaspersky-nin MDB ölkələrində kibertəhlükə mənzərəsi haqqında genişmiqyaslı hesabatını şərh edərkən Kaspersky-nin Azərbaycandakı rəsmi nümayəndəsi Müşviq Məmmədov deyib. O bildirib: “Konkret bir şəxsə yönəlmiş fişinq cinayətkarların şəxsində ünsiyyəti daha inandırıcı edir və onun aşkarlanmasını çətinləşdirir. Təşkilatlar üçün, xüsusilə Azərbaycan kimi ölkələr üçün artan kibertəhlükələr fonunda, insan risklərini idarə etmək, məqsədyönlü təhlükəsizlik proqramları yaratmaq vacibdir.”
Energetika Nazirliyində energetika naziri Pərviz Şahbazov və BƏƏ-nin sənaye və yüksək texnologiyalar naziri, “Masdar” şirkətinin idarə heyətinin sədri Sultan Əhməd Əl-Cabirin rəhbərlik etdiyi nümayəndə heyətləri arasında görüş olub. GDP xəbər verir ki, görüşdə “Masdar” şirkəti ilə quruda və dənizdə “yaşıl enerji” layihələrinin icrası, hər iki ölkənin apstrim sektorunda dövlət şirkətlərinin iştirakı, həmçinin COP29 çərçivəsində əməkdaşlıq məsələləri müzakirə edilib. 1000 MVt gücündə günəş və külək enerjisi stansiyalarının inşası ölkələrimizin “yaşıl enerji” keçidinə birgə töhfəsi kimi dəyərləndirilib. Görüşün yekununda Energetika Nazirliyi və ”Azərenerji” ASC ilə Birləşmiş Ərəb Əmirliklərinin “Masdar” şirkəti arasında 445 MVt gücündə Biləsuvar, 315 MVt gücündə Neftçala günəş elektrik stansiyaları…
Kaspersky MDB ölkələrində kibertəhlükə mənzərəsi haqqında genişmiqyaslı hesabatını təqdim edib. GDP xəbər verir ki, 2024 və 2023-cü illərin birinci rübünə dair “MDB ölkələri üçün təhlükə mənzərəsi” hesabatında Kaspersky Cyber threat Intelligence komandası cari təhdidlər barədə açıqlama verib. Məlumata görə Azərbaycanda 2024-cü ilin yanvar-mart ayları ərzində istifadəçilərin 49,37%-i kibertəhlükələrlə üzləşib. Fişinq hücumları ən çox bank məlumatlarına və ya maliyyə institutları ilə əlaqəli digər məxfi məlumatlara çıxış əldə etmək məqsədilə həyata keçirilib.
Vahid Ələkbərov ikinci ən zəngin rus milyarderi oldu.GDP xəbər verir ki, “Lukoyl”un səhmdarı olan Azərbaycan əsilli iş adamının sərvəti il ərzində 2,78 milyard dollar artaraq 27,4 milyard dollara çatıb.Agentliyin reytinqində birinci yerdə Norilsk Nikelin əsas sahiblərindən biri Vladimir Potanin olub.Düzdür, ilin əvvəlindən onun sərvəti 54,4 milyon dollar az olub və cəmi 31 milyard dolların sahibi olub.Üçüncü yerdə NLMK-nın benefisiarı Vladimir Lisin qərarlaşıb, o, əksinə, bir il ərzində 1,84 milyard dollar zənginləşib. Onun hazırda 25,8 milyard dolları var.
Birkart Bank Olmayan Kredit Təşkilatı Məhdud Məsuliyyətli Cəmiyyətinin səhmdarları tərəfindən BOKT-un kapitalı 57 milyon 015 580 min manat azaldılıb. GDP xəbər verir ki, Birkart BOKT-nin elanında bildilir. Məlumatda bildirilir: “Birkart Bank Olmayan Kredit Təşkilatı” Məhdud Məsuliyyətli Cəmiyyəti İştirakçılarının Ümumi Yığıncağının 27.05.2024-cü il qərarına əsasən, Nizamnamə kapitalının 83 719 980 manatdan 57 015 580 azaldıldığını elan edir”
Beynəlxalq Valyuta Fondunun Azərbaycan, Orta Şərq və Mərkəzi Asiya üzrə missiyasının rəhbəri Anna Bordon ilə görüşərək ölkəmizdə makroiqtisadi göstəriciləri və inkişaf perspektivlərini müzakirə etdik. GDP xəbər verir ki,bunu Azərbaycan Respublikası Mərkəzi Bankının İdarə Heyətinin sədri Taleh Kazımov rəsmi sosial şəbəkə hesabında yazıb. O bildirib: “Görüş zamanı pul siyasəti hədəflərinə nail olunması vəziyyəti, pul siyasətinin transmissiyasının yaxşılaşdırılması və pul siyasəti çərçivəsinin təkmilləşdirilməsi məsələləri ilə bağlı fikir mübadiləsi apardıq.” Mərkəzi Bank sədri qeyd edib ki, həmçinin gələcək əməkdaşlıq və texniki yardım istiqamətləri ilə bağlı fikirlərimizi bölüşdük.
