- Azərikard kart hesablarında yaranmış problemlə bağlı açıqlama yayıb
- ABB kartlarından əlavə vəsait silinməsi ilə əlaqədar istifadəçilərinə müraciət edib
- Mərkəzi Bank:”Təminatsız pul bazarında qısamüddətli faizlər uçot dərəcəsinə yaxındır”
- Mərkəzi Bank uçot dərəcəsini dəyişməz saxlayıb
- Murad Süleymanov: “PAŞA Bank-ın IPO nəticələri açıqlanıb – Örtülmə nisbəti 129,2% olub”
- Əliyar Məmmədyarov: “İşsizlikdən sığorta təminatı verən kredit sığortası məhsulu hazırlanıb”
- Bəhruz Nağıyev: “Miles&Smiles 7 ildə 29 min kart və 84 min biletə imza atıb”
Author: Aynure Gdp
“BRICS ölkələri ümumi neft hasilatının 40%-dən çoxunu və bütün malların dünya ixracının təxminən dörddə birini təmin edir” GDP xəbər verir ki, Rusiyanın Xarici İşlər Naziri Sergey Lavrov Xarici İşlər Nazirliyi yanında Biznes Şurasının iclasında deyib.Onun sözlərinə görə, 2023-cü il üçün BRİKS-in alıcılıq qabiliyyəti paritetinin ümumi ÜDM-i 58,9 trilyon dollar və ya dünya ÜDM-nin 33%-ini təşkil edib ki, bu da G7 ölkələrinin göstəricisindən 5 trilyon dollar çoxdur.
Azərbaycan Respublikasının Milli Depozit Mərkəzinin (MDM) rəhbərliyi və kollektivi 1 iyun – Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə Bakı şəhərinin Xəzər rayonu ərazisində yerləşən “Ümid Yeri” uşaq sığınacağını ziyarət edib. GDP xəbər verir ki, 2019-cu ildə Heydər Əliyev Fondu tərəfindən əsaslı şəkildə yenidən qurulan “Ümid Yeri” uşaq sığınacağının fəaliyyətinin əsas məqdədi valideyn himayəsindən məhrum olan uşaqlara qayğı göstərmək və onların uğurlu gələcəyinin təmin olunmasına dəstək verməkdir. Ziyarət zamanı MDM-in nümayəndələri sığınacağın fəaliyyəti ilə tanış olmuş, kimsəsiz qalan uşaqları qarşıdan gələn bayram münasibəti ilə təbrik etmişlər. Daha sonra uşaqlar qonaqların qarşısında xüsusi hazırlanmış proqram ilə çıxış etmişlər. Qeyd edək ki, MDM-in 2024-2026-cı illər üzrə İnkişaf…
Rusiya Belarus, Azərbaycan, Ermənistan, Dnestryanı, həmçinin Serbiya və Türkiyədən alma alacaq, GDP xəbər verir ki, bunu Rosselxoz rəhbərinin müavini Anton Karmazin deyib.Karmazin aydınlaşdırıb ki, mövcud hava şəraitini nəzərə alaraq, Rusiya Federasiyasının Kənd Təsərrüfatı Nazirliyi meyvə ilə bağlı cüzi qıtlıq gözləyir, lakin son istehlakçı bunu hiss etməyəcək.“Ölkələr və nomenklatura fərqlidir: xarici ölkələr var, qonşu ölkələr də var, xarici ölkələrdən əsasən banan, giləmeyvə, manqo kimi ekzotik meyvələr idxal olunur. Qonşu ölkələrdən isə alma və digər meyvələri idxal etməyi düşünürük”
Azərbaycanda banklar və bank olmayan kredit təşkilatlarının fiziki şəxslərə verdiyi kreditlərin davamlı artımı kredit götürən fiziki şəxslərin həyat sığortası ilə müdafiəsinin gücləndirilməsini zəruri edib. GDP xəbər verir ki, bunu Azərbaycan Mərkəzi Bankı (AMB) həyat sığortası ilə bağlı son qərarlarını şərh edərkən bəyan edib. Açıqlamada deyilir ki, qurum kredit təşkilatları tərəfindən istehlak kreditləri üzrə xidmət olunan fiziki şəxslərin ödəmə qabiliyyəti və onların həyat risklərinə qarşı müdafiəsi məsələlərinə xüsusi həssaslıqla yanaşıb. Bu sahədə tənzimləmə çərçivəsinin inkişafı və nəzarətin gücləndirilməsi prioritet istiqamətlərdən biri kimi müəyyənləşdirilib. İstehlak kreditləri üzrə borcluların həyat risklərinin sığorta mexanizmləri ilə müdafiəsinin gücləndirilməsi məqsədilə ilk dəfə olaraq AMB-nin təşəbbüsü ilə…
Hazırda çalışırıq ki, bizim kreditlərimiz fermerlər və kiçik sahibkarlar üçün daha əlçatan olsun Bunu GDP-yə müsahibəsində “PAŞA Bank”ın İdarə Heyətinin sədri Cavid Quliyev deyib. Bank rəhbəri bildirib: “Bizim daxili araşdırmaya görə hazırda “PAŞA Bank” Azərbaycanda regionlarda ən çox aqro kredit verən bankdır. Amma bizim əsas hədəfimiz büyük və orta sahibkarlıq subyektləridir.” Cavid Quliyev fikirlərinin davamında qeyd edib: “Hazırda çalışırıq ki, bizim kreditlərimiz fermerlər və kiçik sahibkarlar üçün daha əlçatan olsun. Bunu etmək üçün biz bu sahədə büyük şirkətlərlə bir “zəncir” qurmalıyıq. O “zəncirin” formalaşması nəticəsində, fermerlər və kiçik sahibkarların maliyyələşdirilməsini effektiv şəkildə aparmaq üçün bir struktur qurmaq fikrindəyik” Müəllif: Aynur…
Səudiyyə Ərəbistanının dövlətə məxsus nəhəng neft şirkəti Aramco, bu həftə 10-20 milyard dollar məbləğində səhmlərinin yeni satışını həyata keçirməyi planlaşdırır. GDP xəbər verir ki, Səudiyyə Ərəbistanı höküməti və onun suveren sərvət fondu olan “İctimai İnvestisiya Fondu”, Aramco-nun səhmlərinin böyük hissəsinin sahibidir. Şirkətin yalnız 1,5%-i 2019-cu ildə ilk kütləvi təklifdən -İPO-dan sonra krallığın birjası – Tadawul-da açıq şəkildə ticarət olunur. Qeyd edək ki, Səudiyyə Ərəbistanının ötən il 79 milyard Səudiyyə riyalı (21 milyard ABŞ dollar) məbləğində büdcə kəsiri, yaranıb.
Təhsil müəssisələrində ödənişli əsaslarla təhsil aldıqları müddətdə təhsilhaqqı dövlət büdcəsinin vəsaiti hesabına ödəniləcək şəxslərin əhatə dairəsi genişləndirilir. GDP xəbər verir ki, bununla bağlı Prezident İlham Əliyev “Təhsil haqqında” Qanunda dəyişiklik edilməsi barədə Qanun imzalayıb.Dəyişiklik sosial müdafiəyə xüsusi ehtiyacı olan bir sıra şəxslərin təhsil müəssisələrində ödənişli əsaslarla təhsil aldıqları müddətdə təhsil haqqının dövlət büdcəsi vəsaiti hesabına ödənilməsi sahəsində normativ hüquqi aktların təkmilləşdirilməsi məqsədilə hazırlanıb.Sənədə əsasən, yeni imtiyaz olaraq özəl ali, orta ixtisas və peşə təhsili müəssisələrində şəhid ailəsinin üzvlərinin, peşə təhsili müəssisələrində “Müharibə veteran” adı almış şəxslərin, özəl peşə təhsili müəssisələrində isə əlilliyi olan şəxslərin, 20 yaşına çatmamış və orqanizmin funksiyalarının…
“Aztelekom” MMC və “Bakı Telefon Rabitəsi” MMC iyunun 1-dən etibarən qiymətləri sabit saxlamaqla internetin sürətini artıracaq. GDP xəbər verir ki,qurum GPON tarifləri üzrə təqdim olunan 30 Mbit/s internet sürətini 40 Mbit/s-ə, 50 Mbit/s internet sürətini isə 60 Mbit/s-ə qədər artıracaq.
Tramp noyabrda ABŞ-da keçiriləcək prezident seçkilərində qalib gələrsə, Muskla onun məsləhətçi təyin olunmasını müzakirə edib GDP xəbər verir ki, The Wall Street Journal-ın bu barədə olan məlumatında təklifin hələ tam hazırlanmasını, lakin Tramp və Maskın sərhəd təhlükəsizliyi və iqtisadiyyatla bağlı siyasətlərə təsir edəcək ehtimalı müzakirə etdiyi bildirilir.Nəşr qeyd edir ki, Mask son vaxtlar bu mövzularda çıxış etməkdə fəallaşıb.
Rosneft neft mədənlərində Litium hasilatına başlayır. GDP xəbər verir ki, rusiyalı mütəxəssislər “Rosneft”in iki neft yatağından yüzlərlə kiloqram litium çıxarıblar. Yaşıl enerjidə geniş istifadə olunan akkumulyatorlar üçün xammal karbohidrogenlərlə yanaşı yığıla bilər.Yataqlar Krasnoyarsk vilayətində yerləşir, ehtiyatları müvafiq olaraq 3,5 milyon ton litium və 300 milyon tondan çox neft və qaz kondensatı həcmində qiymətləndirilir.
