- Azərikard kart hesablarında yaranmış problemlə bağlı açıqlama yayıb
- ABB kartlarından əlavə vəsait silinməsi ilə əlaqədar istifadəçilərinə müraciət edib
- Mərkəzi Bank:”Təminatsız pul bazarında qısamüddətli faizlər uçot dərəcəsinə yaxındır”
- Mərkəzi Bank uçot dərəcəsini dəyişməz saxlayıb
- Murad Süleymanov: “PAŞA Bank-ın IPO nəticələri açıqlanıb – Örtülmə nisbəti 129,2% olub”
- Əliyar Məmmədyarov: “İşsizlikdən sığorta təminatı verən kredit sığortası məhsulu hazırlanıb”
- Bəhruz Nağıyev: “Miles&Smiles 7 ildə 29 min kart və 84 min biletə imza atıb”
Author: Aynure Gdp
Mikro, kiçik və orta sahibkarlıq subyektlərinin təhsil, elm, tədqiqat və dəstək layihələrinin maliyyələşdirilməsi üçün elan edilmiş beşinci qrant müsabiqəsinin nəticələri açıqlanıb. GDP xəbər verir ki, KOB subyektləri tərəfindən müsabiqəyə təqdim olunan 290 layihənin 126-sı hüquqi, 163-ü fiziki şəxslərə, 1-i isə qeyri-sahibkara, o cümlədən 279-u mikro, 9-u kiçik, 1-i orta sahibkarlıq subyektlərinə məxsusdur. Müsabiqəyə təqdim olunmuş layihələrdən 108-i təhsil, 15-i elm, 53-ü tədqiqat və 113-ü dəstək layihələridir. Layihələrin 11-i “yaşıl iqtisadiyyat” ilə bağlıdır. Qeyd edək ki, Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) tərəfindən keçirilmiş müsabiqəyə təqdim edilmiş layihələrdən 21-i maliyyələşdiriləcək. Qalib layihələrin hər birinə maksimum 20 min manata qədər maliyyə vəsaiti…
Mərkəzi Bankın sədri Taleh Kazımov Culian Çonun rəhbərlik etdiyi Beynəlxalq Valyuta Fondunun Maliyyə Sektorunun Qiymətləndirilməsi Proqramının (FSAP) missiyası ilə görüşüb. “GDP” xəbər verir ki, FSAP missiyasının nəticələri görüşün əsas müzakirə mövzusu olub. Həmçinin proqram çərçivəsində maliyyə sektorunun dayanıqlılığının artırılmasını hədəfləyən yeni istiqamətlərin müəyyən olunması ətrafında fikir mübadiləsi aparılıb.
ABŞ-ın dövlət borcu aprel ayında 34,6 trilyon dollarla yeni rekorda çatıb. GDP xəbər verir ki ABŞ-ın ümumi borcu cəmi 4 il ərzində 47% və ya 11 trilyon dollar artıb. Hər bir ABŞ vergi ödəyicisi 267.000 dollar federal borcla yüklənir. Yüksək faiz dərəcələrini nəzərə alsaq, ABŞ-ın borcu 2017-ci ildəki 20 trilyon dollardan 2025-ci ilə qədər 40 trilyon dollara qədər iki dəfə arta bilər.Yüksək faiz dərəcələrini nəzərə alsaq, ABŞ-ın borcu 2017-ci ildəki 20 trilyon dollardan 2025-ci ilə qədər 40 trilyon dollara qədər iki dəfə arta bilər.
Azərbaycanın OPEC+ sazişi çərçivəsində 2025-ci il üçün neft hasilatı kvotası sutkada 551 min barel olaraq qalır. GDP xəbər verir ki, iyunun sonunadək Rusiya, Qazaxıstan və İraq 2024-cü ilin yanvarından artıq neft hasilatının həcminə görə yenilənmiş kompensasiya cədvəlini təqdim edəcəklər.Bu gün səkkiz OPEC+ ölkəsi 2023-cü ilin mayında başlayan və 2024-cü ilə qədər davam edən gündəlik 1,7 milyon barellik azalmalarını 2025-ci ilə qədər uzatmağa razılaşıb.
Böyük 7-lik ölkələri( G7) və Avropa İttifaqı (Aİ) Rusiyanın maliyyə əlaqləndirmə sistemindən istifadə edərək üçüncü ölkə banklarına qarşı sanksiyalar hazırlayırGDP xəbər verir ki, G7 və Aİ ölkələri Rusiyanın Maliyyə Əlaqəndirmə Sistemindən (SPFS) istifadə edən üçüncü ölkələrin banklarına qarşı sanksiyalar hazırlayır. SPFS şəbəkəsinə 20 ölkədən 159 qeyri-rezident olmaqla 557 bank və şirkət qoşulub. Bu sistemdən Çin, Belarus, Ermənistan, Tacikistan və Qazaxıstan bankları və şirkətləri istifadə edir. Artıq bəzi banklar SPFS vasitəsilə aparılan əməliyyatlara məhdudiyyətlərin ola biləcəyi ilə bağlı bildirişlər alıblar.
ABŞ Federal Ehtiyat Sistemi(FED) Amerika vətəndaşlarının maliyyə rifahı ilə bağlı icmal dərc edib. GDP xəbər verir ki, amerikalıların 37%-nin “qara” gün üçün yığım vəsaiti yoxdur. Cəmi iki il əvvəl bu rəqəm 32%, 10 il əvvəl isə 18% idi. 2021-ci ildə amerikalıların hesablarındakı əmanətlərin ümumi məbləği 2,21 trilyon dollar təşkil edib. 2024-cü ilin mart ayının sonuna qədər bu göstərici üç dəfə azalaraq 671 milyard dollara çatıb. FED 2021-ci ildə rekord qənaət statistikasının qeydə alınmasını Covid və stimul yoxlamaları ilə əlaqələndirilib. Amma indi vəziyyət daha da pisləşib—çünki amerikalıların əmanətlərinin 2013-cü ildən bəri azaldığı müşahidə edilir.
Rusiyanın “Ximqrad” texnopolisi 2024-cü il ərzində Azərbaycanda sənaye parkında – 5 rezident ilə işə başlayacaq. GDP xəbər verir ki,bu barədə “Ximqrad”ın baş direktoru Ayrat Qızzatullin məlumat verib. O bildirib: “Azərbaycan layihəni Tatarıstan tərəfdən maliyyələşdirir, biz birgə müəssisədə və birgə idarəetmə şirkətində iştirak edəcəyik.” Ayrat Qızzatullinin sözlərinə görə, yaxın iki il ərzində Sumqayıt Sənaye Parkında sənaye layihəsi işə salınacaq. “Müəssisələr üçün 50 min kvadratmetr sahədə fəaliyyət göstərəcək”
“Saudi Aramco” “Gas & Oil Pakistan” şirkətinin 40%-lik payının alınmasını başa çatdırıb.GDP xəbər verir ki, bu barədə “Saudi Aramco”nun mətbuat xidməti məlumat yayıb.” Gas & Oil Pakistan” neft məhsullarının ən böyük distribyutorlarından biridir və ölkə daxilində benzin, dizel və yanacaq və sürtkü yağları satan 1200-dən çox pərakəndə satış məntəqəsi şəbəkəsinə malikdir.Saudi Aramco ilə “Gas & Oil Pakistan”ın səhmlərini almaq üçün müqavilə 2023-cü ilin dekabrında imzalanıb. 2024-cü ilin aprelində müqavilə Pakistan Rəqabət Komissiyası tərəfindən təsdiqlənib.
Azərbaycan, Özbəkistan, Qırğızıstan, Türkmənistan, Gürcüstan və Türkiyənin dəmir yolu administrasiyaları “Asiya-Sakit Okean regionu ölkələri – Çin – Qırğızıstan – Özbəkistan – Türkmənistan –Azərbaycan – Gürcüstan – Türkiyə – Avropa” beynəlxalq multimodal marşrutu çərçivəsində yaradılmış CASCA+ yük dəhlizinin inkişafı məsələlərini müzakirə ediblər. GDP xəbər verir ki, “Özbəkistan Dəmir Yolları”nın verdiyi məlumata görə, Daşkənddə 6 ölkənin nümayəndə heyətinin görüşü keçirilib. Özbəkistan tərəfi CASCA+-nın fəaliyyətini əlaqələndirəcək konsorsium yaradılmasını təklif edib. İdeya bütün iştirakçıların dəstəyini qazandı və digər ölkələr dəhlizin inkişafı üçün mütəxəssislər təqdim etməyə hazır olduqlarını bildirdilər. Meyvə, tərəvəz və tez xarab olan məhsulların soyuducu qablarda daşınmasının təşkili təklifi də irəli sürülüb. Digər…
Neft qiymətləri OPEC+ iclasından əvvəl cümə axşamı günü axşam düşür və bu il ilk dəfə ayı ucuzlaşma ilə başa vura bilər. GDP xəbər verir ki, Londonun ICE Futures birjasında Brent markalı neftin avqust fyuçersləri Bakı vaxtı ilə saat 17:39-a olan vəziyyətə görə 0,24 dollar və ya 0,29% ucuzlaşaraq bir barel üçün 81,64 dollar olub. Bu gün birja bağlandıqdan sonra ticarəti başa çatacaq iyul fyuçersləri 0,12 dollar və ya 0,15% ucuzlaşaraq 81,74 dollar/barel olub. Nyu-Yorkun NYMEX əmtəə birjasında iyul ayı üçün WTI neftinin fyuçerslərinin qiyməti 0,31 dollar və ya 0,4% azalaraq bir barelə görə 77,6 dollar olub.
