- Rabitəbank mikro və KOB subyektlərinin maliyyələşdirilməsi üçün “Enabling Qapital”-dan 7 milyon abş dollari vəsait cəlb edib
- Azərbaycan Mərkəzi Bankının rəsmi məzənnələri
- Hüquqi şəxslərin depozitləri 7% azalıb, fiziki şəxslərin əmanətləri 12,5% artıb
- Avropa Mərkəzi Bankı (AMB) əsas faiz dərəcələrini dəyişməyib
- Mərkəzi Bank NGFS-ə tamhüquqlu üzv qəbul edildi
- “Nar” beynəlxalq sosial təşəbbüsə tərəfdaş oldu
- Bank sektorunun kredit portfeli 8,7% artaraq 30 milyard 290,3 milyon manat olub
- Bank sektorunun aktivləri 58 milyard manata çatıb, kapital artımı 11,2% olub
Author: Aynure Gdp
Tibb Müəssisələrinin Akkreditasiyası və Keyfiyyətə Nəzarət Mərkəzinin yaradılması və fəaliyyətinin təmin edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanı Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram: 1. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin tabeliyində “Tibb Müəssisələrinin Akkreditasiyası və Keyfiyyətə Nəzarət Mərkəzi” (bundan sonra – Mərkəz) publik hüquqi şəxs yaradılsın. 2. Müəyyən edilsin ki, Mərkəz “Əhalinin sağlamlığının qorunması haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq tibb müəssisələrinin akkreditasiyası, tibbi xidmətlərin keyfiyyətinin və əlçatanlığının yüksəldilməsi üzrə tədbirlər görülməsi, habelə tibb müəssisələrində daxili keyfiyyət təminatı sistemlərinin qurulması və inkişafı ilə bağlı dəstək xidmətləri göstərilməsi sahələrində fəaliyyət göstərən publik hüquqi şəxsdir. 3. Mərkəzin təsisçisinin səlahiyyətlərinin həyata keçirilməsi…
İqtisadiyyat Nazirliyinin dəstəyi, Azərbaycanın Çindəki ticarət nümayəndəsinin Aparatının təşkilatçılığı ilə Çinin Ciansu əyalətinin Nankin şəhərində “Azərbaycan Ticarət Evi”i açılıb. “GDP” xəbər verir ki, açılışda Azərbaycanın Çindəki səfiri Bünyad Hüseynov, Nankin Şəhər Xalq Hökumətinin Baş katibinin müavini Çen Youmin, Azərbaycanın Çindəki ticarət nümayəndəsi Teymur Nadiroğlu iştirak edib. Ticarət evində 340 kv. m ərazidə xalça, şərab, araq, brendi, meyvə şirəsi, turşu, şirniyyat da daxil olmaqla 60 növ məhsul satışa çıxarılıb. Burada məhsulların həm pərakəndə, həm də topdan satışı həyata keçirilək. Qeyd edək ki, hazırda Azərbaycanın Çinin Çindao, Canciaciye, Sian, Çendu və Pekin şəhərlərində ticarət evləri, Şanxay, Harbin, Cinan və Uhan şəhərlərində 4…
Microsoft səhmləri son 4 həftənin ən yüksək qiymətinə ticarət olunur. “GDP” xəbər verir ki, Microsoft səhmləri 418,21 ABŞ dollarına qədər bahalaşaraq son 4 həftənin ən yüksək səviyyəsinə yüksəlib. Son 4 həftə ərzində Microsoft səhmləri 1,01%, son 12 ayda isə 35,05% bahalaşıb.
Milyarder Frenk Makkurt TikTok-un Amerika biznesini almaq niyyətində olduğunu bəyan edib. “GDP” xəbər verir ki, bu barədə “Wall Street Journal” yazır.Bildirilir ki, Bayden bu yaxınlarda Çinin ByteDance şirkətinə Amerika aktivlərini satmaq üçün doqquz ay vaxtı olan qanunu imzaladı, əks halda xidmət ABŞ-da qadağan ediləcək.
Mərkəzi Bankın sədr müavini Əliyar Məmmədyarovun Milli Depozit Mərkəzi, Bakı Fond Birjası və investisiya şirkətlərinin rəhbərləri ilə görüşü keçirilib. “GDP” Mərkəzi Banka istinadən xəbər verir ki, görüş zamanı kapital bazarının cari ilin birinci rübü üzrə nəticələri və sektorun inkişaf perspektivləri müzakirə edilib. Bildirilib ki, görüşdə ölkədə makroiqtisadi vəziyyət və kapital bazarının inkişafı üzrə cari dövrdə görülmüş işlərə dair təqdimat nümayiş olunub. Həmçinin bu sektorda investorların və emitentlərin bazara çıxış imkanlarının genişləndirilməsi, rəqəmsal ticarət həllərinin müştərilərə təqdim edilməsinin təşviqi və qanunvericilik bazasının təkmilləşdirilməsi istiqamətində fikir mübadiləsi aparılıb.
Ödəniş və elektron pul təşkilatlarının lisenziyalaşdırılması hazırda Mərkəzi Bankın əsas fəaliyyət gündəliyindədir. “GDP”xəbər verir ki, bunu “Bank və Maliyyə Ekosistemində Yeni Trendlər: İnnovativ Həllər, FinTex və Təhlükəsizlik” adlı Fintex Sammitdə Azərbaycan Respublikası Mərkəzi Bankının sədrinin birinci müavini Rəşad Orucov deyib O bildirib: “Hazırda 20-dən çox ödəniş və elektron pul təşkilatı Mərkəzi Banka lisenziya almaq üçün müraciət edib.” Rəşad Orucov fikirlərinin davamında qeyd edib: “Mərkəzi Bank tənzimləyici quruma olmaqla yanaşı bazarın inkişafına dəstək və istiqamət verən qurumdur. Cari ildə Mərkəzi Bank tərəfindən “2024-2026-cı illərdə Maliyyə sektorunun inkişafı” strategiyası hazırlanıb təstiq olunmuş ictimaiyyətə təqdim olunmuşdur.Bu strategiya ölkəmizdə maliyyə sisteminin mühüm sektorlarının, kapital…
Qarşıdan gələn ABŞ istehsalçı qiymətləri indeksi və İstehlak qiymətləri indeksi bu həftə qızıl treyderləri üçün mühüm əhəmiyyət kəsb edir. Gözləniləndən daha yüksək inflyasiya rəqəmləri FED-in faiz dərəcələrini yüksək saxlamaqla bağlı hazırkı mövqeyini gücləndirə bilər və qızıl kimi gəlir gətirməyən aktivlərin cazibəsini potensial olaraq azalda bilər. Buna baxmayaraq inflyasiyanın soyumasının hər hansı bir göstəricisi qızıl qiymətlərinin yüksəlməsini təmin edərək, gözləniləndən daha tez faiz endirimləri ilə bağlı spekulyasiyaları gücləndirə bilər. Geosiyasi faktorlar:Yaxın Şərqdəki gərginliyin artması təhlükəsiz sığınacaq sərmayələrini qızıla yönəltməkdə həlledici rol oynamağa davam edir. İstənilən əhəmiyyətli inkişaf qızıl qiymətlərini daha da dəyişə bilər, çünki qeyri-müəyyənlik dövründə investorlar tez-tez qızıla müraciət edirlər.
ABŞ-ın xam neft ehtiyatları gözləniləndən çox azalıb “GDP” xəbər verir ki, ABŞ-da xam neft ehtiyatları 2024-cü il mayın 10-da bitən həftədə əvvəlki həftədə 0,509 milyon barel artımdan sonra 3,104 milyon barel azalıb. Bazar 1,35 milyon barel azalma gözlədiyi halda, üç həftə ərzində xam neft ehtiyatlarının ən böyük həftəlik azalması müşahidə edilib.
Google öz axtarış nəticələri səhifəsinə süni intellekt tərəfindən verilən cavablar əlavə edəcək. “GDP” xəbər verir ki, bu cür cavabları yüz milyonlarla Google istifadəçisi bu həftənin əvvəlində, bir milyarddan çox istifadəçi isə ilin sonuna görəcək. Süni intellekt “yanlış məlumat verməyə” davam etsə də, Google bu məsələdə əhəmiyyətli irəliləyişlər əldə etdiyini iddia edir. Ancaq yenə də səhvsiz işləməyə söz vermirlər.
Azərbaycanda dönərin qiyməti son iki ildə 24% artıb. “GDP”xəbər verir ki, Dövlət Statistika Komitəsinin hesablamalarına görə, bu ilin əvvəlində dönərin orta qiyməti 2,24 AZN idi. 2022-ci ilin eyni dövründə isə 1,80 AZN idi. Başqa sözlə 2 il ərzində dönərin orta qiyməti 24% artıb. Məlumata görə, 2022-ci ilin yanvarından bu günə kimi demək olar ki, hər ay qiymətlər artıb. Son artım 2024-cü ilin yanvarında – 2,20-dən 2,24-ə kimi – baş verib.
