2024-cü ilin yanvar-may dövründə (ilk 5 ayda) Azərbaycanın xarici ticarәt әmәliyyatlarının hәcmi 18 milyard 439 milyon 272 min ABŞ dolları təşkil edib (2023-cü ilin eyni dövründə 22 milyard 953 milyon 74 min ABŞ dolları).
GDP xəbər verir ki, Dövlət Gömrük Komitəsinin aylıq statistikasına istinadən xəbər verir ki, ilk 5 ayda Azərbaycanın ixracı 11 milyard 138 milyon 581 min ABŞ dolları (2023-cü ilin eyni dövründə 16 milyard 114 milyon 333 min ABŞ dolları), idxalı 7 milyard 300 milyon 691 min ABŞ dolları (2023-cü ilin eyni dövründə 6 milyard 838 milyon 741 min ABŞ dolları) təşkil edib. Beləliklə, Azərbaycanın ixracı azalıb, idxalı artıb.