İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin (İİTKM) təqdim etdiyi məlumata görə, 2024-cü ilin yanvar-dekabr ayları ərzində Azərbaycanın qeyri-neft-qaz ixracı 2023-cü ilin müvafiq dövrü ilə müqayisədə 0,3% artaraq 3,4 milyard ABŞ dollarına çatıb.
İcmala əsasən, ölkənin yeyinti məhsullarının ixracı isə xüsusi diqqət çəkib. 2024-cü ilin ilk 12 ayında yeyinti məhsullarının ixracı 11,3% artaraq 1,03 milyard ABŞ dolları həcmində olub.
Bu artım, Azərbaycanın qeyri-neft sektoru üzrə ixracatını diversifikasiya etmə və iqtisadiyyatın digər sahələrini inkişaf etdirmə istiqamətində apardığı uğurlu islahatların nəticəsi kimi qiymətləndirilir. Yeyinti məhsullarının ixracının artması, xüsusən kənd təsərrüfatı məhsullarının xarici bazarlara çıxarılmasının güclənməsi ilə bağlı müsbət tendensiyanın olduğunu göstər