Close Menu
    What's Hot

    Azərbaycanda 2026-cı ilin sistem əhəmiyyətli bankları açıqlandı – SİYAHI

    26 Fevral 2026

    Azərbaycan Sığorta bazarında ödənişlər artıb, yığımlar azalıb

    25 Fevral 2026

    SOCAR və Samsung E&A anlaşdı

    25 Fevral 2026
    Trending
    • Azərbaycanda 2026-cı ilin sistem əhəmiyyətli bankları açıqlandı – SİYAHI
    • Azərbaycan Sığorta bazarında ödənişlər artıb, yığımlar azalıb
    • SOCAR və Samsung E&A anlaşdı
    • Qazaxıstanın Ali Audit Palatası Azərbaycanın Hesablama Palatasının maliyyə hesabatlarını audit edib
    • ABŞ-ın nadir minerallardan asılılığı təhlükə yaradır: Çin faktoru
    • Azərbaycanda sahibkarların maliyyə xidmətlərinə əlçatanlığının artırılması müzakirə edilib
    • Seymur Adıgözəlov: “Ağdam Sənaye Parkı rezidentlərin sayına görə ölkədə ikinci yerdədir”
    • Exxon Dow Jones indeksində onu əvəz edən Salesforce-u 271%-lə geridə qoydu
    Gdp.azGdp.az
    • Ana səhifə
    • Rəsmi
    • Bank
      1. Mərkəzi Bank
      2. Banklar
      3. BOKT
      4. Fintex
      5. Bankların renkinqi
      Featured

      Azərbaycanda 2026-cı ilin sistem əhəmiyyətli bankları açıqlandı – SİYAHI

      26 Fevral 2026
      Recent

      Azərbaycanda 2026-cı ilin sistem əhəmiyyətli bankları açıqlandı – SİYAHI

      26 Fevral 2026

      Azərbaycanda sahibkarların maliyyə xidmətlərinə əlçatanlığının artırılması müzakirə edilib

      24 Fevral 2026

      Vüsal Xəlilov: “Rəqəmsal maliyyə texnologiyaları artıq dəstək funksiyası deyil, əsas inkişaf alətidir”

      23 Fevral 2026
    • Birja
      1. Yerli bazar
      2. Qlobal birjalar
      3. Kliptovalyuta
      4. View All

      Reuters:”Bakı Fond Birjasının rəhbəri bildirir ki, IPO-lar və xarici tərəfdaşlıqlar artımı sürətləndirəcək”

      13 Fevral 2026

      Bakı Fond Birjasında əməliyyatların həcmi 48,6% azalıb, bazarın strukturu dəyişib

      04 Fevral 2026

      SOCAR istiqrazları üzrə dövr gəlirliliyi 6,67%-dən 6,25%-ə endi

      03 Fevral 2026

      AKBA və Maliyyə Monitorinqi Xidməti arasında Anlaşma Memorandumu imzalanıb

      28 Yanvar 2026

      Exxon Dow Jones indeksində onu əvəz edən Salesforce-u 271%-lə geridə qoydu

      23 Fevral 2026

      Gənc amerikalılar ev əvəzinə səhmlərə üstünlük verir – Araşdırma

      17 Fevral 2026

      Çin banklara ABŞ xəzinə istiqrazlarına yatırımları azaltmağı tövsiyə edib

      09 Fevral 2026

      Qızıl son 30 sessiyada volatillik baxımından bitkoini geridə qoyub

      02 Fevral 2026

      Kriptovalyuta bazarında böyük itkilər: aparıcı fondların portfelləri milyardlarla dollar zərərdədir

      06 Fevral 2026

      Strategy fondu çökür: Bitcoin investorları 80%-dən çox zərərdə

      03 Dekabr 2025

      Türkmənistanda kriptovalyuta mayninqi və kriptobirjalar leqallaşdırıldı

      28 Noyabr 2025

      BlackRock 145 milyon dollara 1669 Bitkoin aldı, Bitkoinin qiyməti 87 min dollara qalxdı

      25 Noyabr 2025

      Exxon Dow Jones indeksində onu əvəz edən Salesforce-u 271%-lə geridə qoydu

      23 Fevral 2026

      Gənc amerikalılar ev əvəzinə səhmlərə üstünlük verir – Araşdırma

      17 Fevral 2026

      Reuters:”Bakı Fond Birjasının rəhbəri bildirir ki, IPO-lar və xarici tərəfdaşlıqlar artımı sürətləndirəcək”

      13 Fevral 2026

      Çin banklara ABŞ xəzinə istiqrazlarına yatırımları azaltmağı tövsiyə edib

      09 Fevral 2026
    • İqtisadiyyat
      1. Büdcə
      2. Vergi
      3. Kənd Təsərüfatı
      4. Nəqliyyat
      5. Energetika
      6. Neft qaz
      7. Əmlak
      8. Audit
      9. İKT
      Featured

      SOCAR və Samsung E&A anlaşdı

      25 Fevral 2026
      Recent

      SOCAR və Samsung E&A anlaşdı

      25 Fevral 2026

      Qazaxıstanın Ali Audit Palatası Azərbaycanın Hesablama Palatasının maliyyə hesabatlarını audit edib

      25 Fevral 2026

      Bakcell və Gənclər Fondu Qarabağ Universitetində tələbələrlə görüş keçirib

      23 Fevral 2026
    • Sığorta
    • Biznes
      • Rəsmi
      • Yerli Bizneslər
      • Biznesmenlər
      • Startaplar
      • Gömrük
      • Tender
    • Vakansiya
    • Digər
      • Marketinq
      • Turizm
      • Moda
      • İdman
      • Bloq yazıları
    Gdp.azGdp.az
    Ana səhifə » Digər » Dolların “təhlükəsiz valyuta” olduğu dövr bitir- Dünyanın maliyyə sistemində dönüş
    Bloq yazıları

    Dolların “təhlükəsiz valyuta” olduğu dövr bitir- Dünyanın maliyyə sistemində dönüş

    08 Fevral 2026
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    Uzun illər ərzində ABŞ dolları qlobal maliyyə sisteminin əsas dayağı və beynəlxalq ticarətin dominant hesablaşma vasitəsi kimi qəbul olunub. Xüsusilə enerji bazarlarında formalaşmış neft-dollar mexanizmi dolların bu mövqeyini möhkəmləndirən əsas faktorlardan biri olub. Lakin son illərdə baş verən proseslər bu sistemin dayanıqlığının ciddi şəkildə zəiflədiyini göstərir.

    Neft-dollar sistemi 1974-cü ildə ABŞ ilə Səudiyyə Ərəbistanı arasında bağlanmış strateji saziş əsasında formalaşıb. Razılaşmaya əsasən, ABŞ Səudiyyə Ərəbistanına təhlükəsizlik zəmanəti və hərbi dəstək təqdim edir, Səudiyyə Ərəbistanı isə neft satışını yalnız ABŞ dolları ilə həyata keçirirdi. Bu model sonradan digər əsas neft ixracatçıları tərəfindən də qəbul olundu və nəticədə enerji resursları almaq istəyən bütün ölkələr dollar ehtiyatı toplamağa məcbur qaldı.

    Bu mexanizm dollara davamlı və yüksək tələbat yaratmaqla ABŞ-a böyük maliyyə üstünlüyü qazandırdı. ABŞ onilliklər ərzində iri həcmdə pul emissiyası həyata keçirərək daxili inflyasiya təzyiqlərinin bir hissəsini qlobal iqtisadiyyata ötürmək imkanı əldə etdi. Dollar həm ticarət valyutası, həm də etibarlı ehtiyat aktivi kimi qəbul edilirdi.

    Lakin 2024-cü ildə ABŞ ilə Səudiyyə Ərəbistanı arasında neft-dollar sisteminin əsasını təşkil edən sazişin müddətinin başa çatması bu modelin gələcəyini sual altına aldı. 2026-cı ilin əvvəlinə doğru proseslərin təsiri daha aydın şəkildə hiss olunmağa başladı. Xüsusilə BRİKS ölkələrinin bir qismi enerji və ticarət əməliyyatlarında milli valyutalara və qızıla üstünlük verməyə başladı. Paralel olaraq, dünya mərkəzi bankları tarixdə ilk dəfə ABŞ dövlət istiqrazlarından daha çox qızıl alaraq ehtiyat portfellərinin strukturunu dəyişdilər.

    Bu tendensiyalar dolların qlobal ticarətdə “vahid dil” statusunu tədricən itirdiyini göstərir. Dolların beynəlxalq dövriyyədən qismən geri çəkilməsi onun ABŞ iqtisadiyyatına qayıtmasına və daxili inflyasiya təzyiqlərinin artmasına səbəb olur. Bu isə ABŞ üçün uzunmüddətli makroiqtisadi risklər yaradır.

    Mövcud şəraitdə ənənəvi yanaşma — yığımların əsasən xarici valyutada, xüsusilə dollarda saxlanılması — əvvəlki etibarlılığını itirməkdədir. Bu o deməkdir ki, sadəcə dollar alıb rahat yatmaq mümkün olan dövr rəsmi olaraq başa çatdı. Dollar getdikcə qlobal aktivdən daha çox yüksək borclanma səviyyəsi ilə yüklənmiş maliyyə öhdəliyi xarakteri alır. Bu isə investorlar və əmanət sahibləri üçün risklərin artması deməkdir.

    Nəticə etibarilə, qlobal maliyyə sistemi yeni mərhələyə daxil olur. Bu mərhələnin əsas xüsusiyyəti mərkəzsizləşmədir. Dəyərin formalaşmasında mərkəzləşdirilmiş nəzarət mexanizmlərindən kənar, bloklana və limitsiz şəkildə emissiya edilə bilməyən aktivlərə maraq artır. Bu dəyişikliklər yaxın illərdə həm qlobal iqtisadi münasibətlərin, həm də fərdi maliyyə strategiyalarının yenidən formalaşmasına səbəb ola bilər.

    Müəllif:Aynur Qəniyeva 

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email Telegram WhatsApp

    Related Posts

    ABŞ-ın nadir minerallardan asılılığı təhlükə yaradır: Çin faktoru

    25 Fevral 2026

    ABŞ və Özbəkistan nadir minerallar sahəsində əməkdaşlıq haqqında saziş imzalayıb

    23 Fevral 2026

    Volkswagen “Dizelqeyt” işi ilə bağlı Fransada məhkəmə qarşısında çıxacaq

    17 Fevral 2026

    ABŞ-ın dövlət borcunun 64 trilyon dollara çatacağı proqnozlaşdırılır, dollara etibar azalır

    17 Fevral 2026
    Kateqoriyalar
    • Audit
    • Avto
    • Bank
    • Banklar
    • Bankların renkinqi
    • Birja
    • Biznes
    • Biznesmenlər
    • Bloq yazıları
    • BOKT
    • Bu günün xəbərləri
    • Büdcə
    • Digər
    • Dünya
    • Energetika
    • Əmlak
    • Fintex
    • Gömrük
    • İdman
    • İKT
    • İqtisadiyyat
    • Kənd Təsərüfatı
    • Kliptovalyuta
    • Marketinq
    • Mərkəzi Bank
    • Moda
    • Neft qaz
    • Nəqliyyat
    • qısa xəbərlər
    • Qlobal birjalar
    • Rəsmi
    • Rəsmi
    • Sığorta
    • Startaplar
    • Tender
    • Turizm
    • Vakansiya
    • Vergi
    • Yerli bazar
    • Yerli Bizneslər
    GDP.AZ bütün hüquqlar qorunur

    Type above and press Enter to search. Press Esc to cancel.