Close Menu
    What's Hot

    Azərbaycan və Dünya Bankı əməkdaşlığı genişləndirir – yeni istiqamətlər müzakirə edilib

    10 Sentyabr 2026

    ARDNF Çin-ASEAN Birgə İnvestisiya Şurasının təsisçi üzvü olub

    10 Sentyabr 2026

    “Unibank”ın sədr müavini vəzifədən ayrılıb

    10 Sentyabr 2026
    Trending
    • Azərbaycan və Dünya Bankı əməkdaşlığı genişləndirir – yeni istiqamətlər müzakirə edilib
    • ARDNF Çin-ASEAN Birgə İnvestisiya Şurasının təsisçi üzvü olub
    • “Unibank”ın sədr müavini vəzifədən ayrılıb
    • İlham Əliyev Qaradağ rayonunda kağız və gigiyenik məhsulların istehsalı müəssisəsinin açılışında iştirak edib
    • Brent neftinin qiyməti 102 , WTI isə 97 ABŞ dollarını keçib
    • FED gözləntilərin əksinə olaraq gələn həftə faiz dərəcəsini 25 baza bəndi artıra bilər
    • Azərbaycanla Dünya Bankı arasında 53 layihəyə 4,9 milyard dollar ayrılıb- Sahil Babayev Dünya Bankının Cənubi Qafqaz üzrə regional direktoru ilə görüşüb
    • Şəxsi baqaj üçün gömrük bəyannaməsi qaydaları yeniləndi, yeni qayda 30 gündən sonra qüvvəyə minəcək
    Gdp.azGdp.az
    • Ana səhifə
    • Rəsmi
    • Bank
      1. Mərkəzi Bank
      2. Banklar
      3. BOKT
      4. Fintex
      5. Bankların renkinqi
      Featured

      Azərbaycan və Dünya Bankı əməkdaşlığı genişləndirir – yeni istiqamətlər müzakirə edilib

      10 Sentyabr 2026
      Recent

      Azərbaycan və Dünya Bankı əməkdaşlığı genişləndirir – yeni istiqamətlər müzakirə edilib

      10 Sentyabr 2026

      ARDNF Çin-ASEAN Birgə İnvestisiya Şurasının təsisçi üzvü olub

      10 Sentyabr 2026

      “Unibank”ın sədr müavini vəzifədən ayrılıb

      10 Sentyabr 2026
    • Birja
      1. Yerli bazar
      2. Qlobal birjalar
      3. Kliptovalyuta
      4. View All

      “PAŞA Kapital”da yeni təyinat

      07 Sentyabr 2026

      Azərbaycan kapital bazarında yeni dinamika: Bakı Fond Birjasının dövriyyəsi azalıb, əqd sayı artıb

      07 Sentyabr 2026

      Milli Depozit Mərkəzi Avropa Mərkəzi Depozitarlar Assosiasiyasına üzv olub

      01 Sentyabr 2026

      Azərbaycanda 4 illik dövlət istiqrazlarının gəlirliliyi 91 baza bəndi azalıb

      21 Avqust 2026

      Brent neftinin qiyməti 102 , WTI isə 97 ABŞ dollarını keçib

      10 Sentyabr 2026

      Neft bazarında risk artır: Brent 100 dollar sərhədində

      09 Sentyabr 2026

      Xarici investorlar ABŞ istiqrazlarını satır: uzunmüddətli gəlirlilik 20 ilin maksimumuna çatıb

      09 Sentyabr 2026

      Neft İran və ABŞ arasında gərginlik fonunda bahalaşmaqda davam edir

      09 Sentyabr 2026

      Citi yaponiyalı korporativ müştərilər üçün blokçeyn ödənişlərini işə salır

      09 Sentyabr 2026

      Tramp tərəfdarının bitkoin şirkətində böyük çöküş: səhmlər 99% ucuzlaşdı

      03 Sentyabr 2026

      Coinbase “Apple” və “NVIDIA” səhmlərini tokenləşdirdi

      25 Avqust 2026

      Bitcoin bir neçə həftədən sonra ilk dəfə 69 min dolların altına düşüb

      02 İyun 2026

      Brent neftinin qiyməti 102 , WTI isə 97 ABŞ dollarını keçib

      10 Sentyabr 2026

      Neft bazarında risk artır: Brent 100 dollar sərhədində

      09 Sentyabr 2026

      Xarici investorlar ABŞ istiqrazlarını satır: uzunmüddətli gəlirlilik 20 ilin maksimumuna çatıb

      09 Sentyabr 2026

      Citi yaponiyalı korporativ müştərilər üçün blokçeyn ödənişlərini işə salır

      09 Sentyabr 2026
    • İqtisadiyyat
      1. Büdcə
      2. Vergi
      3. Kənd Təsərüfatı
      4. Nəqliyyat
      5. Energetika
      6. Neft qaz
      7. Əmlak
      8. Audit
      9. İKT
      Featured

      Azərbaycan iqtisadiyyatı1,2% böyüyüb amma artım tempi bir qədər zəifləyib

      09 Sentyabr 2026
      Recent

      Azərbaycan iqtisadiyyatı1,2% böyüyüb amma artım tempi bir qədər zəifləyib

      09 Sentyabr 2026

      Dövlət təşkilatlarının ödənişli xidmətlərindən büdcəyə 481 milyon manat daxil olub

      08 Sentyabr 2026

      Dövlət əmlakı üzrə büdcə daxilolmaları proqnozu 23,8 faiz üstələyib

      08 Sentyabr 2026
    • Sığorta
    • Biznes
      • Rəsmi
      • Yerli Bizneslər
      • Biznesmenlər
      • Startaplar
      • Gömrük
      • Tender
    • Vakansiya
    • Digər
      • Marketinq
      • Turizm
      • Moda
      • İdman
      • Bloq yazıları
    Gdp.azGdp.az
    Ana səhifə » Biznes » “Ələt Azad İqtisadi Zonasında istehsalın azı 75 %-nin ixrac edilməsi hədəflənir”
    Biznes

    “Ələt Azad İqtisadi Zonasında istehsalın azı 75 %-nin ixrac edilməsi hədəflənir”

    11 İyun 2026
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    Ələt Azad Zonası yerli bazar deyil, ixrac mərkəzi kimi inkişaf etdirilir.

    Bunu Ələt Azad İqtisadi Zonasının Səlahiyyətli Qurumunun İdarə Heyətinin sədri Valeh Ələsgərov “Dayanıqlılıq və enerji transformasiyası” mövzusunda Bakıda keçirilən “Technovation” Forumunda bildirib

    “Biz istənilən investorla potensial layihələrin müzakirəsinə açığıq, lakin biz Ələt Azad İqtisadi Zonasında daha çox yüksək əlavə dəyər yaradan və ixrac yönümlü istehsalla məşğul olan müəssisələrin fəaliyyətini üstün tuturuq. İxrac yönümlü istehsal o deməkdir ki, istehsal olunan malların ən azı 75 %-i ölkədən ixrac edilməlidir. Bunun əsas səbəblərindən biri, yerli bazara yönəlmiş kiçik və orta sahibkarlıq subyektlərinin həmin zonada formalaşmasının qarşısını almaq və Ələt Azad İqtisadi Zonasında fəaliyyət göstərən müəssisələrlə ölkə iqtisadiyyatının əsas sektorundakı şirkətlər arasında qeyri-bərabər rəqabətin yaranmamasını təmin etməkdir. Çünki azad zonada fəaliyyət göstərən müəssisələr vergi və gömrük rüsumlarından azad olduqları üçün üstün rəqabət mövqeyinə malik olurlar və bu, yerli şirkətlər üçün ciddi çətinliklər yarada bilər”, – deyə o qeyd edib.

    Bundan başqa, V.Ələsgərov deyib ki, yüksək əlavə dəyərli istehsal ölkələrin inkişafını sürətləndirir: “Bəzən yüksək əlavə dəyər yaradan, ixrac yönümlü istehsalla bağlı mövqeyimiz tənqid edilir. Lakin İrlandiya kimi ölkələrin təcrübəsi bu yanaşmanın nə qədər doğru olduğunu göstərir. Onlar 1959-cu ildə Şennon Azad İqtisadi Zonasını yaratdılar və bəyan etdilər ki, yüksək əlavə dəyər yaradan, ixrac yönümlü istehsalla məşğul olan müəssisələri məmnuniyyətlə qəbul edirlər. Bu çərçivədə istehsal olunan məhsulların böyük hissəsi ixrac edilməli idi.

    Bu günkü İrlandiya ilə 1960-cı illərin İrlandiyasını müqayisə etdikdə görürük ki, biznesin inkişafında məhz bu cür ixracyönümlü strategiya nəticəsində ölkə tamamilə fərqli bir səviyyəyə yüksəlib”.

    “Ələt Azad İqtisadi Zonası beynəlxalq logistika qovşağı kimi formalaşır”

    Valeh Ələsgərov bildirirb ki, Ələt Azad İqtisadi Zonası beynəlxalq logistika qovşağı kimi formalaşır.

    “Biz yalnız qonşu ölkələrdə deyil, daha geniş coğrafiyada fəaliyyət göstərən istənilən azad iqtisadi zonadan daha cəlbedici olmağa borcluyuq. Rəqabətədavamlı olaq ki, investorlar məhz Ələt Azad İqtisadi Zonasını seçsinlər. Məhz buna görə də Ələt Azad İqtisadi Zonası üçün xüsusi məkan seçilib. Bu ərazi beynəlxalq nəqliyyat dəhlizlərinin kəsişməsində – Şərq–Qərb və Şimal–Cənub marşrutlarının qovşağında, Bakı Beynəlxalq Dəniz Ticarət Limanının yaxınlığında yerləşir. Bu isə bizə investorlar və müştərilər üçün su, dəmir yolu və dəniz nəqliyyatı vasitəsilə geniş logistik xidmətlər təqdim etmək imkanı yaradır”, – deyə o qeyd edib.

    Bundan başqa, sədr deyib ki, Ələt Azad İqtisadi Zonasında yüksək texnologiyalar üçün yeni logistika-infrastruktur modeli formalaşdırılır: “Yüksək texnologiya sənayesinin inkişafı üçün istehsal sahələrinə yaxın ərazidə karqo hava limanının mövcudluğu xüsusi əhəmiyyət daşıyır. Bu məqsədlə Ələt Azad İqtisadi Zonası ərazisində karqo hava limanının tikintisi üçün yerli aviadaşıyıcı “Silk Way Airlines” şirkəti ilə razılıq əldə edilib. Bu, təkcə Azərbaycanda deyil, ümumilikdə azad iqtisadi zona ərazisində inşa edilən ilk hava limanı olacaq. Onun tikintisinə 2024-cü ilin mart ayında başlanılıb və gələn il hava limanının tam istifadəyə verilməsi planlaşdırılır. Bu infrastruktur yüksək texnologiya şirkətlərinin Ələt Azad İqtisadi Zonasında öz bizneslərini qurması üçün əlavə imkanlar yaradacaq”.

    “İnvestorlar üçün digər mühüm məqam ondan ibarətdir ki, biz onları infrastruktur və kommunal xidmətlərlə tam təmin olunmuş sənaye torpaq sahələri ilə təmin etməyə hazırıq. Bu sahələr tələb yaranmadan əvvəlcədən hazırlanır. Tələbin hələ formalaşmadığı şəraitdə belə qabaqlayıcı investisiyaların həyata keçirilməsi asan deyil, lakin belə yanaşma olmadan investorların cəlbi mümkün deyil. Bu baxımdan İrlandiyanın “Şennon” Azad İqtisadi Zonası və Sinqapurun “Curonq” təcrübələri mühüm nümunədir. Xüsusilə Curonq Azad Zonası üçün bütöv bir adanın yaradılması bu yanaşmanın miqyasını göstərir. Növbəti əsas üstünlük isə vergi və gömrük güzəştləridir. Burada bütün növ vergi, gömrük rüsumları və digər rəsmi ödənişlər tətbiq edilmir”, – deyə V.Ələsgərov əlavə edib.

    Həmçinin, onun sözlərinə görə, Ələt Azad İqtisadi Zonasında hüquqi baza investorlar üçün sabit və proqnozlaşdırıla bilən mühit yaradır: “Zonanın cəlbediciliyinin ən mühüm amillərindən biri onun hüquqi bazasıdır. Bu zona “Ələt Azad İqtisadi Zonası haqqında” qanuna əsaslanır. Həmin qanun digər qanunlarından üstün hüquqi qüvvəyə (“prevailing law statusu”) malikdir. Azad iqtisadi zonaların tarixində belə xüsusi hüquqi rejimlərin tətbiqi yeni deyil. Oxşar yanaşmalar 1959-cu ildə İrlandiyada, daha sonra Sinqapurda, Çində və digər ölkələrdə tətbiq olunub. Bu cür üstün qanunvericilik çərçivəsinin mövcudluğu investisiya mühiti üçün həlledici əhəmiyyət daşıyır.

     

    Bu qanuna əsasən, ümumi daxili qanunvericilik Ələt Azad İqtisadi Zonasına və onun rezidentlərinə şamil edilmir. Zonanın ərazisində bütün münasibətlər yalnız bu qanun və Zonanın daxili qaydaları ilə tənzimlənir”.

     

    Eyni zamanda, Zonanın öz daxili qaydaları mövcuddur. Məsələn, planlaşdırma və tikinti icazələri üzrə prosedurlar xüsusi olaraq sadələşdirilib. Bildiyiniz kimi, dünyanın bir çox ölkəsində tikinti və planlaşdırma icazələrinin alınması aylarla çəkən mürəkkəb bir prosesdir. Ələt Azad İqtisadi Zonasında isə, layihə sənədləri Avropa standartlarına (European code) uyğun hazırlandığı halda, icazələrin verilməsi və tikintiyə başlanması cəmi 3–5 gün ərzində həyata keçirilə bilir.”

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email Telegram WhatsApp

    Related Posts

    ASCO-nun yarımillik maliyyə mənzərəsi: 23,4 milyon manat mənfəət, kapitalda 2% artım, pul vəsaitlərində isə 23,5% azalma

    04 Sentyabr 2026

    “Azərsun Holdinq” jurnalistlər üçün təlim keçirdi – Fotolar

    04 Sentyabr 2026

    Bu gündən ölkəyə gətirilən malların gömrük dəyəri Azərbaycan manatında bəyan ediləcək

    03 Sentyabr 2026

    Azərbaycanın Milli Etalon Vaxtının rəsmi internet səhifəsi istifadəyə verilib

    27 Avqust 2026
    Kateqoriyalar
    • Audit
    • Avto
    • Bank
    • Banklar
    • Bankların renkinqi
    • Birja
    • Biznes
    • Biznesmenlər
    • Bloq yazıları
    • BOKT
    • Bu günün xəbərləri
    • Büdcə
    • Digər
    • Dünya
    • Energetika
    • Əmlak
    • Fintex
    • Gömrük
    • İdman
    • İKT
    • İqtisadiyyat
    • Kənd Təsərüfatı
    • Kliptovalyuta
    • Marketinq
    • Mərkəzi Bank
    • Moda
    • Neft qaz
    • Nəqliyyat
    • qısa xəbərlər
    • Qlobal birjalar
    • Rəsmi
    • Rəsmi
    • Sığorta
    • Startaplar
    • Tender
    • Turizm
    • Vakansiya
    • Vergi
    • Yerli bazar
    • Yerli Bizneslər
    GDP.AZ bütün hüquqlar qorunur

    Type above and press Enter to search. Press Esc to cancel.