Close Menu
    What's Hot

    ARDNF Çin-ASEAN Birgə İnvestisiya Şurasının təsisçi üzvü olub

    10 Sentyabr 2026

    “Unibank”ın sədr müavini vəzifədən ayrılıb

    10 Sentyabr 2026

    İlham Əliyev Qaradağ rayonunda kağız və gigiyenik məhsulların istehsalı müəssisəsinin açılışında iştirak edib

    10 Sentyabr 2026
    Trending
    • ARDNF Çin-ASEAN Birgə İnvestisiya Şurasının təsisçi üzvü olub
    • “Unibank”ın sədr müavini vəzifədən ayrılıb
    • İlham Əliyev Qaradağ rayonunda kağız və gigiyenik məhsulların istehsalı müəssisəsinin açılışında iştirak edib
    • Brent neftinin qiyməti 102 , WTI isə 97 ABŞ dollarını keçib
    • FED gözləntilərin əksinə olaraq gələn həftə faiz dərəcəsini 25 baza bəndi artıra bilər
    • Azərbaycanla Dünya Bankı arasında 53 layihəyə 4,9 milyard dollar ayrılıb- Sahil Babayev Dünya Bankının Cənubi Qafqaz üzrə regional direktoru ilə görüşüb
    • Şəxsi baqaj üçün gömrük bəyannaməsi qaydaları yeniləndi, yeni qayda 30 gündən sonra qüvvəyə minəcək
    • Mərkəzi Bank xüsusi tənzimləmə rejimi üzrə müraciətlərin sayını açıqlayıb
    Gdp.azGdp.az
    • Ana səhifə
    • Rəsmi
    • Bank
      1. Mərkəzi Bank
      2. Banklar
      3. BOKT
      4. Fintex
      5. Bankların renkinqi
      Featured

      ARDNF Çin-ASEAN Birgə İnvestisiya Şurasının təsisçi üzvü olub

      10 Sentyabr 2026
      Recent

      ARDNF Çin-ASEAN Birgə İnvestisiya Şurasının təsisçi üzvü olub

      10 Sentyabr 2026

      “Unibank”ın sədr müavini vəzifədən ayrılıb

      10 Sentyabr 2026

      FED gözləntilərin əksinə olaraq gələn həftə faiz dərəcəsini 25 baza bəndi artıra bilər

      09 Sentyabr 2026
    • Birja
      1. Yerli bazar
      2. Qlobal birjalar
      3. Kliptovalyuta
      4. View All

      “PAŞA Kapital”da yeni təyinat

      07 Sentyabr 2026

      Azərbaycan kapital bazarında yeni dinamika: Bakı Fond Birjasının dövriyyəsi azalıb, əqd sayı artıb

      07 Sentyabr 2026

      Milli Depozit Mərkəzi Avropa Mərkəzi Depozitarlar Assosiasiyasına üzv olub

      01 Sentyabr 2026

      Azərbaycanda 4 illik dövlət istiqrazlarının gəlirliliyi 91 baza bəndi azalıb

      21 Avqust 2026

      Brent neftinin qiyməti 102 , WTI isə 97 ABŞ dollarını keçib

      10 Sentyabr 2026

      Neft bazarında risk artır: Brent 100 dollar sərhədində

      09 Sentyabr 2026

      Xarici investorlar ABŞ istiqrazlarını satır: uzunmüddətli gəlirlilik 20 ilin maksimumuna çatıb

      09 Sentyabr 2026

      Neft İran və ABŞ arasında gərginlik fonunda bahalaşmaqda davam edir

      09 Sentyabr 2026

      Citi yaponiyalı korporativ müştərilər üçün blokçeyn ödənişlərini işə salır

      09 Sentyabr 2026

      Tramp tərəfdarının bitkoin şirkətində böyük çöküş: səhmlər 99% ucuzlaşdı

      03 Sentyabr 2026

      Coinbase “Apple” və “NVIDIA” səhmlərini tokenləşdirdi

      25 Avqust 2026

      Bitcoin bir neçə həftədən sonra ilk dəfə 69 min dolların altına düşüb

      02 İyun 2026

      Brent neftinin qiyməti 102 , WTI isə 97 ABŞ dollarını keçib

      10 Sentyabr 2026

      Neft bazarında risk artır: Brent 100 dollar sərhədində

      09 Sentyabr 2026

      Xarici investorlar ABŞ istiqrazlarını satır: uzunmüddətli gəlirlilik 20 ilin maksimumuna çatıb

      09 Sentyabr 2026

      Citi yaponiyalı korporativ müştərilər üçün blokçeyn ödənişlərini işə salır

      09 Sentyabr 2026
    • İqtisadiyyat
      1. Büdcə
      2. Vergi
      3. Kənd Təsərüfatı
      4. Nəqliyyat
      5. Energetika
      6. Neft qaz
      7. Əmlak
      8. Audit
      9. İKT
      Featured

      Azərbaycan iqtisadiyyatı1,2% böyüyüb amma artım tempi bir qədər zəifləyib

      09 Sentyabr 2026
      Recent

      Azərbaycan iqtisadiyyatı1,2% böyüyüb amma artım tempi bir qədər zəifləyib

      09 Sentyabr 2026

      Dövlət təşkilatlarının ödənişli xidmətlərindən büdcəyə 481 milyon manat daxil olub

      08 Sentyabr 2026

      Dövlət əmlakı üzrə büdcə daxilolmaları proqnozu 23,8 faiz üstələyib

      08 Sentyabr 2026
    • Sığorta
    • Biznes
      • Rəsmi
      • Yerli Bizneslər
      • Biznesmenlər
      • Startaplar
      • Gömrük
      • Tender
    • Vakansiya
    • Digər
      • Marketinq
      • Turizm
      • Moda
      • İdman
      • Bloq yazıları
    Gdp.azGdp.az
    Ana səhifə » Digər » Gəncə Avtomobil Zavodu Çinin 2 şirkətilə saziş imzalayıb- Azərbaycanda ticari və yük avtomobilləri yığılacaq
    Avto

    Gəncə Avtomobil Zavodu Çinin 2 şirkətilə saziş imzalayıb- Azərbaycanda ticari və yük avtomobilləri yığılacaq

    23 Aprel 2026
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    Gəncə Avtomobil Zavodu İstehsalat Birliyi ilə Çinin 2 şirkəti arasında əməkdaşlıq sənədi imzalanıb.

    GDP Müəssisənin mətbuat xidmətin’ istinadla xəbər verir ki, “CLW Chengli Group” şirkəti ilə imzalanan əməkdaşlıq sazişinə əsasən tərəflər Azərbaycanda ticari və yük avtomobillərinin istehsalına (yığılmasına) başlamaq barədə razılığa gəliblər. Sənədə əsasən Gəncə Avtomobil Zavodu İstehsalat Birliyi Çin şirkətinin Azərbaycanda elektrik şassilərinin satışı və satış sonrası xidməti, ehtiyat hissələri, sürtkü yağları və aksesuarların satışı, həmçinin təmir xidmətləri üçün eksklüziv distributoru təyin edilib. İstehsal olunacaq nəqliyyat vasitələri ilkin mərhələdə daxili bazar üçün nəzərdə tutulsa da, gələcəkdə ixracının həyata keçirilməsi də planlaşdırlır.

    İmzalanma mərasimindən öncə nümayəndə heyəti Azərbaycanın Çindəki səfirliyində Ulu Öndər Heydər Əliyevin büstü önünə gül dəstəsi qoyub, xatirəsini ehtiramla anıb.

     

    Çinin digər böyük korporasiyalarından olan “Shaanxi Automobile Group Commercial Vehicle Co Ltd” (SAGMOTO) ilə imzalanan əməkdaşlıq sazişi də tərəflərin Azərbaycanda ticari avtomobillərin yığımını nəzərdə tutur. Bundan başqa, Gəncə Avtomobil Zavodu İstehsalat Birliyi “SAGMOTO”nun elektrik və dizel saşşilərinin satışı və satış sonrası xidməti, ehtiyat hissələrinin, sürtkü yağlarının və aksesuarların satışı, təmir xidmətləri üçün eksklüziv distributoru hüququnu əldə edib.

     

    Sənədləri Gəncə Avtomobil Zavodu İstehsalat Birliyi Müşahidə Şurasının Sədri Xanlar Fətiyev ilə “CLW Chengli Group” şirkətinin baş meneceri Don Şunquo və “SAGMOTO”nun baş direktorunun müavini He Vencun imzalayıb.

    İmzalanma mərasimindən əvvəl keçirilən görüşlərdə Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən islahatlar və görülən işlər sayəsində ölkəmizdə yaradılan əlverişli biznes və investisiya mühiti barədə danışıb. Qeyd edib ki, qədim İpək yolunun üzərində yerləşən Gəncə tarixi mövqeyini qoruyaraq, Şərq-Qərb nəqliyyat dəhlizinin mühüm mərkəzlərindən birinə çevrilib. Bu isə Azərbaycanın 2-ci böyük şəhərinin həm daxili bazar, həm də ixracyönümlü istehsal üçün böyük potensiala malik olduğunu göstərir.

    Gəncə Avtomobil Zavodu İstehsalat Birliyi Müşahidə Şurasının Sədri Xanlar Fətiyev bildirib ki, zavodun əsası 1986-cı ildə Ümummilli Lider Heydər Əliyevin təşəbbüsü ilə qoyulub. 2004-cü ildə Prezident İlham Əliyevin tapşırığı ilə bu istehsal müəssisəsi fəaliyyətə başlayıb. O da qeyd olunub ki, hazırda 500-ə yaxın işçinin çalışdığı müəssisə yük və minik avtomobilləri, avtobuslar, traktorlar, xüsusi nəqliyyat vasitələrinin istehsalı üçün müasir yığım xətləri ilə təchiz olunmuş böyük sənaye kompleksidir. O, həmçinin müəssisənin istehsal imkanları və beynəlxalq əlaqələri haqqında məlumat verərək, Çin şirkətləri ilə əməkdaşlığın hər iki tərəf üçün faydalı olacağına əminliyini bildirib.

    Görüşlərdə Gəncə şəhərinə və Çin şirkətlərinin fəaliyyətinə dair videolar nümayiş olunub.

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email Telegram WhatsApp

    Related Posts

     BofA: Yaxın Şərqdə münaqişə davam edərsə, Brent nefti 95–120 ABŞ dolları diapazonuna yüksələ bilər

    08 Sentyabr 2026

    Motivasiya illüziyası

    07 Sentyabr 2026

    Böyük dövlət olmaq yox, böyük təsir yaratmaq: Azərbaycanın yeni strateji seçimi- Emin Əliyev yazır

    04 Sentyabr 2026

    Klassik mətbuat katibliyinin sonu: Dövlət qurumları reputasiyasını necə qorumalıdır? -Vüqar Baba yazır

    04 Sentyabr 2026
    Kateqoriyalar
    • Audit
    • Avto
    • Bank
    • Banklar
    • Bankların renkinqi
    • Birja
    • Biznes
    • Biznesmenlər
    • Bloq yazıları
    • BOKT
    • Bu günün xəbərləri
    • Büdcə
    • Digər
    • Dünya
    • Energetika
    • Əmlak
    • Fintex
    • Gömrük
    • İdman
    • İKT
    • İqtisadiyyat
    • Kənd Təsərüfatı
    • Kliptovalyuta
    • Marketinq
    • Mərkəzi Bank
    • Moda
    • Neft qaz
    • Nəqliyyat
    • qısa xəbərlər
    • Qlobal birjalar
    • Rəsmi
    • Rəsmi
    • Sığorta
    • Startaplar
    • Tender
    • Turizm
    • Vakansiya
    • Vergi
    • Yerli bazar
    • Yerli Bizneslər
    GDP.AZ bütün hüquqlar qorunur

    Type above and press Enter to search. Press Esc to cancel.