Texnologiya nəhəngi IBM, 1-ci rüb üzrə maliyyə nəticələrini açıqlayıb.
GDP xəbər verir ki,şirkətin rüblük gəliri 15.92 milyard dollar təşkil edərək analitiklərin 15.67 milyard dollarlıq proqnozunu üstələyib. Həmçinin, əməliyyat EPS (1 səhm üçün mənfəət) göstəricisi proqnozlaşdırılan 1.81 dolları keçərək 1.91 dollar olub. Bu nəticələr şirkətin gözləniləndən daha güclü performans göstərdiyini ortaya qoyur.

