Kristof Baumann Beynəlxalq Valyuta Fondunda (BVF) İsveçrənin rəhbərlik etdiyi ölkələr qrupunun icraçı direktoru vəzifəsinin icrasına başlayıb.
GDP xəbər verir ki, bu barədə Kristof Baumann özü məlumat verib
O bildirib ki, yeni vəzifəyə təyin olunmazdan əvvəl iki il ərzində BVF-də icraçı direktorun müavini vəzifəsində çalışıb.
Kristof Baumann Azərbaycan, Qazaxıstan, Qırğızıstan, Lixtenşteyn, Polşa, Serbiya, İsveçrə, Tacikistan, Türkmənistan və Özbəkistanın təmsilçiləri tərəfindən ona göstərilən etimad və dəstəyə görə minnətdarlığını ifadə edib.
“Bu ölkələrin rəhbərlərinin etimadını və dəstəyini qazanmaq mənim üçün böyük şərəfdir. BVF-nin İcraiyyə Şurasında bu müxtəlif ölkələr qrupunu təmsil etmək həm böyük imtiyaz, həm də böyük məsuliyyətdir. Fəaliyyətə başlamağı səbirsizliklə gözləyirəm”, – deyə o qeyd edib.
Beləliklə, Kristof Baumann BVF-nin İcraiyyə Şurasında Azərbaycan da daxil olmaqla 10 ölkədən ibarət qrupun maraqlarını təmsil edəcək.

