Close Menu
    What's Hot

    AZCON Holding və Azərbaycan Texniki Universiteti arasında yeni mühəndislik məktəbinin təqdimatı keçirilib

    14 May 2026

    Çinin Xpeng şirkəti Volkswagen-in Avropa zavodunu almaq ərəfəsində

    14 May 2026

    SOCAR Özbəkistanda nümayəndəlik açacaq

    13 May 2026
    Trending
    • AZCON Holding və Azərbaycan Texniki Universiteti arasında yeni mühəndislik məktəbinin təqdimatı keçirilib
    • Çinin Xpeng şirkəti Volkswagen-in Avropa zavodunu almaq ərəfəsində
    • SOCAR Özbəkistanda nümayəndəlik açacaq
    • Nabiullina ilin sonu Duma seçkilərindən sonra vəzifəsini tərk edəcək
    • Aqrar Sığorta Fondu müstəqil ekspert sertifikatı üçün növbəti təlimlərə başlayır
    • Anthropic-in dəyəri OpenAI-i keçə bilər-şirkətin bazar dəyəri rekord həddə yüksəlib
    • Rövşən Rüstəmov: “Ən böyük qazancların harada olduğuna dair aydın mənzərəmiz var”
    • SOCAR “İtalyana Petroli”nin 99,82% səhminin satın almasını başa çatdırıb
    Gdp.azGdp.az
    • Ana səhifə
    • Rəsmi
    • Bank
      1. Mərkəzi Bank
      2. Banklar
      3. BOKT
      4. Fintex
      5. Bankların renkinqi
      Featured

      Nabiullina ilin sonu Duma seçkilərindən sonra vəzifəsini tərk edəcək

      13 May 2026
      Recent

      Nabiullina ilin sonu Duma seçkilərindən sonra vəzifəsini tərk edəcək

      13 May 2026

      “Təqdim olunan şərtlər maraqlarımıza uyğun gələrsə, ilin sonuna kimi beynəlxalq bazarda istiqraz buraxacağıq” – ABB rəhbəri Abbas İbrahimov

      10 May 2026

      ABB-nin rəhbəri Abbas İbrahimov: “Rusiyadakı törəmə bankımız ötən il 50 milyon dollar qazanıb”

      08 May 2026
    • Birja
      1. Yerli bazar
      2. Qlobal birjalar
      3. Kliptovalyuta
      4. View All

      ABB 1 ilə 9%, 2 ilə 10% gəlir vəd edən yeni istiqrazlar buraxır

      24 Aprel 2026

      “Azərpoçt”un rəhbəri vəzifəsindən ayrılan İsi Mustafayev yeni vəzifəyə təyin olunub

      20 Aprel 2026

      İnvestisiya şirkətlərinin xalis mənfəəti azalıb

      14 Aprel 2026

      Azərbaycanda 500 min manat kapital ilə yeni broker şirkət yaradılıb

      07 Aprel 2026

      Anthropic-in dəyəri OpenAI-i keçə bilər-şirkətin bazar dəyəri rekord həddə yüksəlib

      12 May 2026

      Tramp: ABŞ-da enerji böhranı yoxdur, neft ehtiyatları kifayət qədərdir

      08 May 2026

      Cənubi Koreya fond bazarı Kanadanı qabaqlayaraq dünyanın ən böyük 7 bazarı sırasına yüksəlib

      07 May 2026

      Qlobal bazarlarda son qiymətlər

      29 Aprel 2026

      Coinbase 2026-cı ilin birinci rübündə 88 milyon dollarlıq bitcoin alıb

      08 May 2026

      BlackRock: Bitcoin-in qlobal dəyər saxlancı sahəsində real rəqibi yoxdur

      05 May 2026

      Belarus kriptobanklara yaşıl işıq yandırdı: 26 sikkə, 11 əməliyyat

      24 Aprel 2026

      İran danışıqlardan imtina etdi, bitkoin 74.000 ABŞ dollarını sınaqdan keçirib

      20 Aprel 2026

      Anthropic-in dəyəri OpenAI-i keçə bilər-şirkətin bazar dəyəri rekord həddə yüksəlib

      12 May 2026

      Coinbase 2026-cı ilin birinci rübündə 88 milyon dollarlıq bitcoin alıb

      08 May 2026

      Tramp: ABŞ-da enerji böhranı yoxdur, neft ehtiyatları kifayət qədərdir

      08 May 2026

      Cənubi Koreya fond bazarı Kanadanı qabaqlayaraq dünyanın ən böyük 7 bazarı sırasına yüksəlib

      07 May 2026
    • İqtisadiyyat
      1. Büdcə
      2. Vergi
      3. Kənd Təsərüfatı
      4. Nəqliyyat
      5. Energetika
      6. Neft qaz
      7. Əmlak
      8. Audit
      9. İKT
      Featured

      AZCON Holding və Azərbaycan Texniki Universiteti arasında yeni mühəndislik məktəbinin təqdimatı keçirilib

      14 May 2026
      Recent

      AZCON Holding və Azərbaycan Texniki Universiteti arasında yeni mühəndislik məktəbinin təqdimatı keçirilib

      14 May 2026

      SOCAR Özbəkistanda nümayəndəlik açacaq

      13 May 2026

      Rövşən Rüstəmov: “Ən böyük qazancların harada olduğuna dair aydın mənzərəmiz var”

      12 May 2026
    • Sığorta
    • Biznes
      • Rəsmi
      • Yerli Bizneslər
      • Biznesmenlər
      • Startaplar
      • Gömrük
      • Tender
    • Vakansiya
    • Digər
      • Marketinq
      • Turizm
      • Moda
      • İdman
      • Bloq yazıları
    Gdp.azGdp.az
    Ana səhifə » Digər » Manatın dövretmə sürəti və daxili likvidlik azalıb, əhali və biznes pulu yığmağa üstünlük verib-Azərbaycanda pul siyasətində nə dəyişib?
    Bloq yazıları

    Manatın dövretmə sürəti və daxili likvidlik azalıb, əhali və biznes pulu yığmağa üstünlük verib-Azərbaycanda pul siyasətində nə dəyişib?

    03 Aprel 2026
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    2025-ci ilin dekabr və 2026-cı ilin fevral ayları ərzində Azərbaycan bank sektorunun xalis xarici aktivlər 25 844,2 mln. manatdan 26 516,7 mln. manata yüksələrək 672,5 mln. manat və ya 2,60% artım nümayiş etdirmişdir. Bu artımın əsas hissəsi dekabr-yanvar dövründə formalaşmış və həmin mərhələdə göstərici 803,4 mln. manat və ya 3,11% yüksəlmişdir. Fevral ayında isə əksinə 30,9 mln. manat və ya 0,49% azalma müşahidə olunmuşdur. Bu dinamika göstərir ki, xarici sektor ümumilikdə güclənmiş, xarici valyuta daxilolmaları artmışdır. Lakin son mərhələdə müəyyən sabitləşmə və ya korreksiya baş vermişdir ki, bu da dövlətin xarici ödənişlərinin (borc ödənişləri, idxal xərcləri və s.) artması, Mərkəzi Bankın valyuta satışı etməsi və ya xarici aktivlərin bir hissəsinin daxili bazara yönəldilməsi ilə əlaqədar ola bilər.

    Bunun əksinə olaraq, xalis daxili aktivlər 24 016,1 mln. manatdan 22 599,3 mln. manata enərək 1 416,8 mln. manat və ya 5,90% azalmışdır. Bu azalma əsasən dekabr–yanvar mərhələsində baş vermiş və həmin dövrdə göstərici 2 477,5 mln. manat və ya 10,3% geriləmişdir. Fevral ayında isə vəziyyət qismən yaxşılaşmış və 1 061,7 mln. manat və ya 4,93% artım qeydə alınmışdır. bu fevralda dövlət xərclərinin artması, Mərkəzi Bankın siyasətini qismən yumşaltması və ya bank sisteminə yeni likvidlik daxil olması ilə bağlı ola bilər. Ümumilikdə isə bu dəyişikliklər daxili maliyyə mənbələrinin müvəqqəti zəiflədiyini, lakin sonradan müəyyən bərpa prosesinin başladığını göstərir.

    İqtisadiyyata tələblərdə daha sabit dinamika qeydə alınıb. Belə ki, bu göstərici 29 592,5 mln. manatdan 29 666,3 mln. manata yüksələrək 73,8 mln. manat və ya 0,25% artıb. Bu, kredit bazarında nə ciddi canlanma, nə də azalma olmadığını, iqtisadi subyektlərin borclanma davranışında ciddi dəyişiklik baş vermədiyini göstərir. Banklar ehtiyatlı kredit siyasəti aparır, iqtisadi subyektlərin isə borclanma davranışının kəskin dəyişmədiyi aydın görünür.

    Geniş pul kütləsi isə əks istiqamətdə dəyişmişdir. Göstərici 49 860,3 mln. manatdan 49 116,1 mln. manata enərək 744,2 mln. manat və ya 1,49% azalmışdır. Bu azalma əsasən dekabr-yanvar ayları ərzində baş vermişdir  və bu dövrdə 1 674,2 mln. manat və ya 3,36% geriləmə qeydə alınmışdır. Fevral ayında isə 930,0 mln. manat və ya 1,93% artım müşahidə olunmuşdur ki, bu da dövlət xərclərinin artması, büdcə transfertləri və ya Mərkəzi Bankın siyasətini qismən yumşaltması hesabına likvidliyin qismən bərpası ilə əlaqədar ola bilər. Lakin ümumi dinamika pul təklifində azalma tendensiyasının üstün olduğunu göstərir.

    Manatla geniş pul kütləsi daha kəskin azalma ilə fərqlənmişdir. Bu göstərici 40 393,7 mln. manatdan 39 190,7 mln. manata enərək 1 203,0 mln. manat və ya 2,98% azalmışdır. Bu hal pul strukturunda dəyişikliklərin baş verdiyini göstərir. Belə ki, manatla olan vəsaitlərin azalması fonunda xarici valyutanın nisbi payının artması və ya əmanətlərin strukturunda dəyişiklik ehtimalını güclənir. Belə nəticəyə gəlmək olar ki, manat likvidliyi hədəfli şəkildə azaldılmışdır.

    Pulun dövretmə sürəti isə ən çox diqqəti cəlb edən dəyişikliklərdən birini nümayiş etdirmişdir. Bu göstərici 3,20-dən 2,83-ə enərək 0,37 vahid və ya 11,56% azalmışdır. Dövretmə sürəti ardıcıl olaraq hər iki ayda azalmışdır dekabr-yanvar aralığında 0,03,yanvar-fevral ayları aralığında isə 0,04 azalma qeydə alınıb. Bu, pulun iqtisadiyyatda dövriyyəsinin əhəmiyyətli dərəcədə yavaşladığını, pul vahidinin daha yavaş dövr etdiyini göstərir. Başqa sözlə, mövcud pul kütləsi ilə daha az mal və xidmət alqı-satqısı həyata keçirilir. Əhali və biznes pulu xərcləmək, investisiya etmək əvəzinə yığmağa üstünlük verir ki, bu da iqtisadi fəallığın zəifləməsinə işarə edən əsas göstəricilərdən biridir.

    Beləliklə, ümumi nəticə olaraq demək olar ki, 2026-cı ilin fevral ayında xarici sektor nisbi olaraq güclənmiş, lakin daxili aktivlər və pul təklifi azalmışdır. Manatla pul komponentinin daha sürətli daralması və pulun dövretmə sürətinin əhəmiyyətli şəkildə zəifləməsi göstərir ki, iqtisadi subyektlər daha ehtiyatlı davranmağa başlamış, likvidlik isə dövriyyədən qismən çəkilərək yığıma yönəlmişdir. Bu isə pulun real sektora ötürülmə mexanizminin zəiflədiyini və iqtisadi fəallığın süstləşdiyini göstərir.

    Müəllif: Aynur Qəniyeva

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email Telegram WhatsApp

    Related Posts

    Çinin Xpeng şirkəti Volkswagen-in Avropa zavodunu almaq ərəfəsində

    14 May 2026

    Risksiz gəlir illüziyası: Bitkoin, inflyasiya və real sərvət müqayisəsi-Tamerlan Bayramov yazır

    06 May 2026

    Dollar rekord qırdı: ofşor depozitlərin həcmi 14,5 trilyon dollar təşkil edib

    05 May 2026

    ABŞ-ın dövlət borcu II Dünya müharibəsindən sonra ilk dəfə ÜDM-i üstələyib

    02 May 2026
    Kateqoriyalar
    • Audit
    • Avto
    • Bank
    • Banklar
    • Bankların renkinqi
    • Birja
    • Biznes
    • Biznesmenlər
    • Bloq yazıları
    • BOKT
    • Bu günün xəbərləri
    • Büdcə
    • Digər
    • Dünya
    • Energetika
    • Əmlak
    • Fintex
    • Gömrük
    • İdman
    • İKT
    • İqtisadiyyat
    • Kənd Təsərüfatı
    • Kliptovalyuta
    • Marketinq
    • Mərkəzi Bank
    • Moda
    • Neft qaz
    • Nəqliyyat
    • qısa xəbərlər
    • Qlobal birjalar
    • Rəsmi
    • Rəsmi
    • Sığorta
    • Startaplar
    • Tender
    • Turizm
    • Vakansiya
    • Vergi
    • Yerli bazar
    • Yerli Bizneslər
    GDP.AZ bütün hüquqlar qorunur

    Type above and press Enter to search. Press Esc to cancel.