2026-cı ilin ilk yarısında KOB evlərində sahibkarlara ən çox yükdaşımalar üçün icazə blanklarının verilməsi, fərqlənmə nişanlarının təqdim olunması, poçt göndərişləri, mənşə sertifikatlarının rəsmiləşdirilməsi, eləcə də vergi və gömrük xidmətləri göstərilib.
GDP xəbər verir ki, bu dövrdə Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi 129 698, “Azərpoçt” MMC 46 020, Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyi 29 867, Dövlət Gömrük Komitəsi 14 481, Dövlət Vergi Xidməti isə 13 962 xidmət təqdim edib.
Ümumilikdə, ilin ilk altı ayında Bakı, Gəncə, Xaçmaz, Yevlax və Şuşadakı KOB evlərində sahibkarlara 312 365 xidmət göstərilib.

