Saudi Aramco-nun üçüncü rübdə xam neft üzrə orta satış qiyməti bir barel üçün 95,2 dollar təşkil edib.
GDP xəbər verir ki, şirkətin açıqladığı göstərici dünya bazarındakı neft qiymətləri ilə yanaşı, “Arab Light” markasının etalon neft növlərinə nisbətən qiymət əlavəsini də əks etdirir.
Neft qiymətlərinin bu diapazonda qalması Səudiyyə Ərəbistanının büdcəsinin neft gəlirlərinə və şirkətin dividend siyasətinə təzyiqi mülayim səviyyədə saxlaya bilər.

