“Azerbaijan Supermarket” şirkəti yeni “Oluna” qarğıdalı yağını bazara təqdim edib.
GDP xəbər verir ki, məhsulun 1 və 2 litrlik çeşidləri BRAVO mağazalarında satışa çıxarılıb.
Şirkət bildirir ki, “Oluna” yağı 100% təbii məhsuldur və yüksək keyfiyyət standartlarına cavab verir.
Yerli istehsalın inkişafında mühüm addım kimi qiymətləndirirlər. “Oluna” yağı tez bir zamanda istehlakçıların diqqətini cəlb etməyə və yerli bazarda özünəməxsus yer tutmağa iddialıdır.