Azərbaycan bazarında pərakəndə ticarət işi çox rentabelli deyil.
Bu barədə GDP-yə eksklüziv açıqlamasında “Azərsun Holdinq”in baş direktoru Savaş Uzan bildirib.
Azərbaycanın pərakəndə ticarət bazarının mövcud vəziyyətini şərh edən Savaş Uzan, ölkə bazarında çoxsaylı market şəbəkələrinin fəaliyyət göstərdiyini və bu şəbəkələr arasında rəqabətin çox normal olduğunu vurğulayıb.
Uzan qeyd edib ki, Azərbaycanda bazarında pərakəndə ticarət işi çox rentabelli deyil.
Qeyd edək ki, “Azərsun Holdinq” Azərbaycan pərakəndə ticarət sektorunda “Bazar Store” və “Al Market” MMC market şəbəkələrinin təsisçisidir.
Müəllif: Aynur Qəniyeva

