Close Menu
    What's Hot

    TuranBank Zəfər Günü ərəfəsində təşkil edilən ağacəkmə aksiyasında iştirak edib

    05 Noyabr 2026

    Mərkəzi Bank “Binance” ilə kriptoaktivlər sahəsində əməkdaşlıq imkanlarını müzakirə edib

    05 Noyabr 2026

    Çipsinin hər kiloqramına 1 manat aksiz vergisi tətbiqi təklif olunur

    05 Noyabr 2026
    Trending
    • TuranBank Zəfər Günü ərəfəsində təşkil edilən ağacəkmə aksiyasında iştirak edib
    • Mərkəzi Bank “Binance” ilə kriptoaktivlər sahəsində əməkdaşlıq imkanlarını müzakirə edib
    • Çipsinin hər kiloqramına 1 manat aksiz vergisi tətbiqi təklif olunur
    • “Sahibkarlara illik 5%-dək faiz dərəcəsi ilə “Yaşıl kredit” veriləcək
    • “Atəşgah Həyat”ın İdarə Heyətinə yeni üzv təyin olunub
    • Qərarların hazırlanmasından ictimaiyyətə təqdimatına qədər kommunikasiyanın strateji əhəmiyyəti
    • AMFA COP31-də iqlim dəyişikliklərinə uyğunlaşmanın maliyyələşdirilməsinə dair seminar keçirəcək
    • SOCAR “Comstock”un aktivlərində payları 1,65 milyard dollara alır
    pashabank
    Gdp.azGdp.az
    • Ana səhifə
    • Rəsmi
    • Bank
      1. Mərkəzi Bank
      2. Banklar
      3. BOKT
      4. Fintex
      5. Bankların renkinqi
      Featured

      TuranBank Zəfər Günü ərəfəsində təşkil edilən ağacəkmə aksiyasında iştirak edib

      05 Noyabr 2026
      Recent

      TuranBank Zəfər Günü ərəfəsində təşkil edilən ağacəkmə aksiyasında iştirak edib

      05 Noyabr 2026

      Mərkəzi Bank “Binance” ilə kriptoaktivlər sahəsində əməkdaşlıq imkanlarını müzakirə edib

      05 Noyabr 2026

      “Sahibkarlara illik 5%-dək faiz dərəcəsi ilə “Yaşıl kredit” veriləcək

      05 Noyabr 2026
    • Birja
      1. Yerli bazar
      2. Qlobal birjalar
      3. Kliptovalyuta
      4. View All

      “PAŞA Kapital” “Ziraat Bank Azərbaycan”ın 15 milyon manatlıq istiqrazlarını yerləşdirib

      30 Oktyabr 2026

      Azərbaycan şirkətlərinin London Fond Birjasına çıxışı müzakirə olunub – Londonda mühüm görüş

      26 Oktyabr 2026

      “PAŞA Kapital” və İnnovasiyalar Mərkəzi maliyyə savadlılığı üzrə əməkdaşlıq edəcək

      21 Oktyabr 2026

      ABB Invest Daşkənddə neft-qaz layihələrinin maliyyələşdirilməsi təcrübəsini bölüşüb

      21 Oktyabr 2026

      ABŞ fond bazarının kapitallaşması bir gündə 1,1 trilyon dollar artıb

      04 Noyabr 2026

      Neftin qiyməti 6%-dən çox ucuzlaşıb

      02 Noyabr 2026

      ABŞ-nin texnologiya sektorunda kəskin eniş: Nasdaq şirkətləri 5 trilyon dollar dəyər itirib

      30 Oktyabr 2026

      ABŞ birjalarında fərqli dinamika: Dow Jones yüksəlib, Nasdaq geriləyib

      28 Oktyabr 2026

      133 milyon dollardan çox kriptoaktiv oğurluğu Fransanın bank qrupu ilə əlaqələndirilir

      04 Noyabr 2026

      Binance-də mümkün zərər 6,3 milyard dollar qiymətləndirilir-bütün itkilər qarşılanacaq

      30 Oktyabr 2026

      Binance-ə 5,8 milyard dollarlıq haker hücumu iddiası: vəsaitlərin bir hissəsinin dondurulduğu bildirilir

      30 Oktyabr 2026

      Steyblkoin köçürmələrinin həcmi III rübdə 891 milyard dollara çatıb

      25 Oktyabr 2026

      ABŞ fond bazarının kapitallaşması bir gündə 1,1 trilyon dollar artıb

      04 Noyabr 2026

      133 milyon dollardan çox kriptoaktiv oğurluğu Fransanın bank qrupu ilə əlaqələndirilir

      04 Noyabr 2026

      Neftin qiyməti 6%-dən çox ucuzlaşıb

      02 Noyabr 2026

      ABŞ-nin texnologiya sektorunda kəskin eniş: Nasdaq şirkətləri 5 trilyon dollar dəyər itirib

      30 Oktyabr 2026
    • İqtisadiyyat
      1. Büdcə
      2. Vergi
      3. Kənd Təsərüfatı
      4. Nəqliyyat
      5. Energetika
      6. Neft qaz
      7. Əmlak
      8. Audit
      9. İKT
      Featured

      Çipsinin hər kiloqramına 1 manat aksiz vergisi tətbiqi təklif olunur

      05 Noyabr 2026
      Recent

      Çipsinin hər kiloqramına 1 manat aksiz vergisi tətbiqi təklif olunur

      05 Noyabr 2026

      SOCAR “Comstock”un aktivlərində payları 1,65 milyard dollara alır

      05 Noyabr 2026

      Elnur Soltanov: “Biz hasilatın pay bölgüsü sazişlərini bir dəfə də olsun dəyişməmiş ölkəyik”

      04 Noyabr 2026
    • Sığorta
    • Biznes
      • Rəsmi
      • Yerli Bizneslər
      • Biznesmenlər
      • Startaplar
      • Gömrük
      • Tender
    • Vakansiya
    • Digər
      • Marketinq
      • Turizm
      • Moda
      • İdman
      • Bloq yazıları
    pashabank
    Gdp.azGdp.az
    Ana səhifə » Biznes » Azərbaycanın idxalı 36.6%, ixracı 26.4%, xarici ticarət dövriyyəsi 30.5% azalıb-Gömrük Komitəsinin hesabatı
    Biznes

    Azərbaycanın idxalı 36.6%, ixracı 26.4%, xarici ticarət dövriyyəsi 30.5% azalıb-Gömrük Komitəsinin hesabatı

    17 Fevral 2026
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    Dövlət Gömrük Komitəsinin açıqladığı rəsmi statistikaya əsasən, 2026-cı ilin yanvar ayında ölkənin xarici ticarət göstəricilərində 2025-ci ilin eyni dövrü ilə müqayisədə kəskin eniş qeydə alınıb. Həm ixrac, həm də idxal əhəmiyyətli dərəcədə azalıb, lakin ən böyük çöküş idxal seqmentində baş verib.

    GDP Dövlət Gömrük Komitəsinin yayımladığı məlumatlara istinadla xəbər verir ki, 2025-ci ilin yanvarında 5 milyard 90.83 milyon ABŞ dolları səviyyəsində olan xarici ticarət dövriyyəsi, 2026-cı ilin eyni dövründə 3 milyard 538.06 milyon ABŞ dollarına enib. Bir il ərzində ümumi ticarət həcmi 1 milyard 552.77 milyon ABŞ dolları azalıb. Faiz ifadəsində bu, 30.5 %-lik eniş deməkdir.

    Xarici ticarətin hər iki əsas komponenti -ixrac və idxal ciddi itkilərlə üzləşib:

    İxrac göstəriciləri:2025-ci ilin yanvarında ölkədən 3 milyard 38.45 milyon dollar dəyərində məhsul ixrac edilmişdisə, 2026-cı ilin yanvarında bu rəqəm 2 milyard 235.85 milyon dollara düşüb. İxracda azalma 802.60 milyon dollar və ya 26.4% təşkil edib.

    İdxal göstəriciləri: İdxalda vəziyyət daha dramatikdir. 2025-ci ilin ilk ayında ölkəyə  2 milyard 52.38 milyon dollar dəyərində mal gətirilərkən, 2026-cı ilin yanvarında idxalın həcmi  1 milyard 302.21 milyon dollara qədər azalıb. İdxaldakı azalma 750.17 milyon dollar təşkil edib ki, bu da 36.6 faizlik  kəskin eniş deməkdir. Beləliklə, idxal ümumi dövriyyədəki azalmada əsas rol oynayıb.

    Ticarət saldosunda cüzi azalma

    İdxal və ixracın hər ikisi azalsa da, idxalın daha sürətli enməsi xarici ticarət saldosuna müəyyən mənada təsir edib. İdxalın ixracdan az olması demək olan müsbət saldo (fərq) 986.07 milyon dollardan, 933.63 milyon dollara enib. Bu göstərici üzrə azalma 52.44 milyon dollar və ya 5.3 faiz təşkil edib.

    Xüsusi çəkilərdə struktur dəyişikliyi

    Ümumi dövriyyədə ixrac və idxalın payları da dəyişib. 2025-ci ilin yanvarında ixracın ümumi ticarətdə xüsusi çəkisi 59.68 faiz, idxalın payı isə 40.32 faiz  idi. 2026-cı ilin yanvarında isə bu nisbət dəyişərək ixracın payı 63.19 faizə yüksəlib, idxalın payı isə 36.81 %-ə enib. Beləliklə, ixracın xüsusi çəkisi 3.51 faiz bəndi artıb, idxalın xüsusi çəkisi isə eyni miqdarda azalıb.

    2026-cı ilin yanvar ayı xarici ticarət statistikası iqtisadi aktivliyin tempində ciddi azalmaya işarə edir. İdxalın 36.6% azalması daxili tələbin zəifləməsi və ya xarici tədarük zəncirindəki problemlərlə əlaqəli ola bilər. İxracın 26.4% azalması isə xarici bazarlarda tələbin azaldığını göstərir. Ümumi dövriyyənin 30.5% geriləməsi fonnda ticarət saldosunun cəmi 5.3% azalması, idxalın daha sürətli enməsi hesabına baş verib.

    Müəllif: Aynur Qəniyeva

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email Telegram WhatsApp

    Related Posts

    Fərid Məmmədov: “PAŞA Qrup Azərbaycanda 5 milyondan çox insana və 70 min biznesə xidmət göstərir”

    02 Noyabr 2026

    Abşeron Ticarət Mərkəzində ölkənin ən böyük mərkəzləşdirilmiş boya mərkəzi açılıb

    31 Oktyabr 2026

    İşğaldan azad edilmiş ərazilərdə sahibkarlara 5%-dək faizlə 10 milyon manatadək kredit veriləcək

    30 Oktyabr 2026

    Vüqar Əhmədov iqtisadiyyat nazirinin müşaviri təyin edilib

    30 Oktyabr 2026
    Kateqoriyalar
    • Audit
    • Avto
    • Bank
    • Banklar
    • Bankların renkinqi
    • Birja
    • Biznes
    • Biznesmenlər
    • Bloq yazıları
    • BOKT
    • Bu günün xəbərləri
    • Büdcə
    • Digər
    • Dünya
    • Energetika
    • Əmlak
    • Fintex
    • Gömrük
    • İdman
    • İKT
    • İqtisadiyyat
    • Kənd Təsərüfatı
    • Kliptovalyuta
    • Marketinq
    • Mərkəzi Bank
    • Moda
    • Neft qaz
    • Nəqliyyat
    • qısa xəbərlər
    • Qlobal birjalar
    • Rəsmi
    • Rəsmi
    • Sığorta
    • Startaplar
    • Tender
    • Turizm
    • Vakansiya
    • Vergi
    • Yerli bazar
    • Yerli Bizneslər
    GDP.AZ bütün hüquqlar qorunur

    Type above and press Enter to search. Press Esc to cancel.